AZƏRBAYCANDA 830 MİLYON MƏNİMSƏDİ... - İndi Londonda 560 milyona futbol klubu alır

Bir neçə il əvvəl “Beynəlxalq Bank işi” ilə bağlı həbs edilən və daha sonra azadlığa buraxılan “kredit oliqarxı” Nizami Piriyevin oğlu Nəsib Piriyev Londonda 560 milyon dollara futbol klubu alır. Virtualaz.org xəbər verir ki, Nəsib Piriyev “PAI Capital” firmasının icraçı partnyoru qismində “West Ham United” futbol klubunun səhmlərini almaq barədə təklifini təqdim edib və yaxın vaxtlarda bu firma klubun gələcəyinə dair planlarını açıqlayacaq. Bu haqda “Hammers News” yazır.

Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankından Qaradağda metanol zavodu tikmək üçün aldığı və faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham olunaraq 2015-ci ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdı. Onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. Piriyev daha sonra SOCAR-la anlaşdı və onun “AzMeCo” şirkəti metanol zavodunu dövlət neft şirkətinə verdi, əvəzində kredit borclarının qaytarılacağına dair SOCAR-dan təminat aldı və həbsdən çıxdı. Piriyevin metanol zavodu fəaliyyətə başladıqdan qısa zaman sonra, xammal qismində təbii qazın təchizatının dayandırılmasına görə işini dayandırmışdı.

N.Piriyev həbs olunandan sonra onun oğlu Nəsib Piriyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi. Piriyevin barəsindəki axtarış qərarının daha sonra ləğv edilib-edilmədiyi məlum deyil. Hazırda onun adı İnterpol-un axtarışda olan şəxslər siyahısında yoxdur.

“Hammers News” Piriyevin “PAI Capital” şirkətinə müraciət edərək onun nədən “West Ham United” futbol klubunu almaq istədiyini soruşub. Şirkətdən bu suala maraqlı cavab verilib: ““PAI Capital” -ın icraçı partnyoru Nəsib Piriyev 1986-cı ildən başlayaraq “West Ham United” klubunun və İngiltərə yığmasının qızğın azarkeşidir”

Lakin nəşr azərbaycanlı biznesmenin təkcə çılğın azarkeş olduğu üçün bu futbol klubunu almaq istədiyini inandırıcı saymır. Xüsusən də İngiltərənin “Queens Park Rangers” futbol klubunun keçmiş rəhbəri Filip Birdanın bu sövdələşmədə iştirakı haqda məlumatların olduğu nəzərə alınarsa. Bildirilir ki, “West Ham United” azarkeşləri Filip Birdanın şübhəli imici haqda məlumatlıdır. Bəs “West Ham United” klubunun səhmlərini David Sallivan və David Qolddan almaq istəyən müəmmalı azarkeşin, yəni Nəsib Piriyevin barəsində nə məlumdur?

“PAI Capital” şirkətinin saytında Piriyev neft-kimya, neft və qaz, maliyyə xidmətləri, habelə istehlak və pərakəndə satış bazarları üzrə iş təcrübəsi olan sahibkar kimi təqdim olunur. O, həmçinin “PNN Group” və “AzMeCo” şirkətinin həmtəsisçiləri sırasında yer alır.

“Cənab Piriyev son 15 ildə Rusiyada, Mərkəzi Asiyada və Uzaq Şərqdə bir çox layihələri uğurla həyata keçirib. Bu layihələrə Azərbaycanda müasir metanol zavodunun tikilməsi də daxildir”,-şirkətin saytında deyilir.

Nəsib Piriyev

Bundan başqa, “PNN Group” şirkəti özünün “Buta Fashion Group” törəmə şirkəti vasitəsilə Azərbaycanda məşhur geyim brendlərinin, zərgərlik məmulatlarının və aksesuarlarının, o cümlədən “Alfred Dunhill”, “DeBeers Diamond Jewelers”, “Nina Ricci”, “Brunello Cucinelli” və digərlərinin satışı və distribütorluğunu həyata keçirib. 2015-ci ildə isə “Buta Fashion Group” şirkətini satıb.

Bildirilir ki, 2019-cu ildən Piriyev “PAI Capital” şirkətinin beynəlxalq səviyyədə fəaliyyətini inkişaf etdirməklə məşğuldur.

“West Ham United” klubunun indiki sahibləri

Nəşr Piriyevin “West Ham United” klubunu almaq təklifinin müəmmalı olduğuna dair daha bir məqamı qeyd edir: biznesmen doğrudan da “West Ham United” klubunun çılğın azarkeşidirsə 2020-ci ilin mayında nədən Fransanın “Marcel” (“Olimpic”) futbol klubunu almaq istəyirdi? (Baş tutmamış bu sövdələşmə təklifi barədə o vaxt mətbuat yazıb,-red.)

Xatırladılır ki, Nəsib Piriyevin atası və Böyük Britaniyanın keçmiş baş naziri ilə maliyyə bağlantıları olan Nizami 2015-ci ildə Azərbaycanda seriya maliyyə cinayətlərində ittiham olunaraq həbs edilmişdi. Nəşr yazır ki, “West Ham United” fanatları artıq indidən Piriyevin sərvətini aydınlaşdırmağa çalışırlar, amma Google terminalında bununla bağlı aparılan axtarışlar nəticə vermir.

635x100

Şərhlər

Aborigen 2021-09-01 19:56:16

560 milyon dollara Futbol klubu almaq istəyən ixtiyari şəxs üçün milyard dolların problem olmadığı aydındır. Məni maraqlandıran odur ki, bu qəbildən olan şəxslər Azərbaycanda nə qədərdir və bunun fonunda Azərbaycanın dövlət büdcəsi nə qədər olmalıdır?

Niyaməddin 2021-08-06 03:17:29

Xəstə canıma pul tapa bilmirəm. Allah belinizi qırsın.

NİZAN 2021-08-05 21:24:32

1000 manat rüşvət alanı tutub 10 dənə yüzlüyü stolun üstünə düzüb şəklini çəkirlər 837 milyon manatı yan yana düzsən planeti dövr edər

Xalq 2021-08-05 20:18:19

oğru-biznesmen! indi belələrini təbliğ edirlər. Bu çox "intellektual" oğrudur. Oğradığını tapmaq olmur,"malades

Vətəndaş 2021-08-05 18:27:06

Salam, bir neçə yox on minlərlə memur ya keçmiş memur. Rehmetlik Heydər Eliyev sadə ailədən çıxıb rehber olub. İndikiler kiminsə yeznesi kimlese qohumdu,

kasıb 2021-08-05 17:48:41

100-lərlə milyard talanıb. Hökumətin bundan xəbəri olmayıb? 300 deyil 500 deyil milyardlarımızı bizə atıblar ay millət

Afiyeddin 2021-08-05 16:53:05

Ölkə başlı-başına bir neçə məmurun ixtiyarına buraxılıb...

Son yazılar