DEPUTAT OĞLU İLƏ MİLYONLUQ MÜQAVİLƏ – Dövlət qurumu Orxan Feyziyevdən anbar icarəyə götürüb

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildi fəaliyyətə başlayıb, pilot layihələr edib - bununla bağlı normal məlumatlar yaymayıb”.

"AzPolitika.info" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O bildirib ki, Agentliyin fəaliyyəti ilə bağlı ciddi suallar var: “Əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin. İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb - müqavilənin dəyəri 1 milyon 176 min manatdır. Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada”.

Ekspertin sözlərinə görə, həmin obyektin sahibi gənc bir insandır: “Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur. Bu da Azərbaycan fenomenidir - bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderləri udurlar, bu "sirri" İskoç Bilim Adamları da çözə bilməz”.

Qeyd edək ki, Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə Dövlət Vergi Xidmətinin sistemində Cavanşir, Orxan və ya VÖEN-i 1404799542 ilə axtarış apardıqda "Bu ada uyğun VÖEN müəyyən edilmədi!" məlumatı çıxır.

Deputat Cavanşir Feyziyev vaxtı ilə Azərbaycanda dərman biznesi sektorunda ən iri şirkətlərdən biri olan "Avromed" QSC-nin sahibi olub. Amma 2016-cı ildə o bu şirkətdəki səhmlərini sataraq bazardan çıxıb. Şirkət bu haqda yaydığı açıqlamada deputatın 1 dekabr 2010-cu il tarixinədək “Avromed”-in direktoru vəzifəsində çalışdığı və 2016-cı ildə şirkətdəki səhmlərini satdığı bildirilib.

"AzPolitika.info"

635x100

Şərhlər

Aydın 2021-09-17 21:26:21

Cavanşir Veyziyevin deputat seçilməsində, yalnlz köməkçisi Akif Salamov qazanıb ? Heç bir seçicini Cavanşir Veyziyevlə görüşməyə imkan verməyir.... ? Cavanşir müəllim, Akif Salamovdan sizə köməçki olmaz, o sizin işinizə xələl gətirir... Özünüzə layiq köməçki təyin edin ?

Prezidentini qəlbən sevən 2021-08-20 15:12:13

25 və 11-il rayonu idarə etmək olar ? Başçı 11 il və 1-ci müavin 25 il bir kresloda otururlar.. Kresloları kürüyüb,ancaq özləri hələ kürüməyib ? Özləri və qohum-qardaşları üçün çalışırlar,vətəndaşı dövlətdən narazı salmağa çalışırlar.....? Şəkidə fəaliyyət göstərən bütün yerlər özlərinə məxsusdur...Şəki dövlətin yadından çıxan bir rayondur deyirlər... Cənab Prezident Sizi hər daim Allah qorusun ! Xahiş edirik, bizi Şəkini zəbt etmişlərin əlindən xilas edin !

Niyaməddin 2021-08-19 22:37:25

İcbari tibbi sığorta və digər qurumlar vasitəsilə camaatın, dövlətimizin büdcəsi talanır. Heç şübhəsiz gözünüzdən gələcək!

Niyaməddin 2021-08-19 22:32:57

Bu antimilli insana bənzərləri yaxşı tanıyırıq. Zamanı gələndə həbs olunacaq... Hələlik tanımağımız, bəzən şikayət etməyimiz, ən əsası bu.....unutmamağımız lazımdır. ....Dövlət isə yatmamalı, vətənpərvər oğulları daim diqqətli olmalıdırlar.

Sabir 2021-08-19 11:37:54

Seki bugun en geride qalmis korrupsioner rayondur. bunun sebebi ne icra hakimiyyeti ne de belediyyenin fealiyyetini duzgun qurmamasidir. O qeder olke rehberliyine sikayetler unvanlanir lakin hec bir neticesi yoxdur cunki hele de antimilliler temizlenmeyib. hec bir qanunvericiliye nezaret eden orqan Sekide yoxlama kecirib noqsan tapmir. Cunki zincirde herkes el-eledir. Prezidente ve millete layiqli veten ovladlari rehber sexs secilmelidir. Hansisa qani qarisiq yaxud kriminal ailenin uzvu yox! Leyaqetli insan netice cixaran insandir.

t.ədalət 2021-08-19 10:28:07

Burda icarə haqqının 50 faizi "otkat"dır.Dövlət idarələri icarəyə götürdüyü obyektlərdən pulun 50 faizini almasa razılaşmır.erməni kafrasanlığındakı Biznes centrin ƏƏSMN-lə belə icarə ödəməsi daha çoxdur.

Şəkili 2021-08-18 23:17:32

Şəki ən geridə qalan rayonlardan biridir. Şəkinin inkişafı üçün cənab Prezidentimiz milyonlar ayırmasına baxmayaraq, Şəkinin inkişafı üçün ayrılan milyonlar öz təyinatı üzrə xərclənməmişdir ? Şəkinin İcra Hakimiyyəti o gündə, Deputatları o gündə və Bələdiyyəsi o gündə.. İnkişafdan qalan Şəkim ? DTX gözləyirik.......???

Vetendaş 2021-08-18 19:15:58

Salam, nese bu adam Azərbaycandan Çinə 1 milyon maska gönderende işin üstü açıldı ve qan sümüren med rehberlyinden çıxdı. Son vaxtlar haqqında sifarişli terifnameler çox yazdırır

Vətəndaş 2021-08-18 17:40:41

Ölkədə dərəbəylikdir. Millti xalqı atan talayan,oğurlayanların dövranıdır. Millət xalq isə çörək puluna möhtacdır. Belə də olacaq həmişə neçə ki,,,,,,,,,,,,,,,,,,,,,,............

Son yazılar