“MEHDİYEVİN NƏVƏSİ İŞƏ GƏLMİR, AMMA MAAŞ ALIR...” - “Fikrət Əliyevi vəzifəyə qoyduqdan sonra tender maxinasiyaları başladı”

“Ramiz Mehdiyevi burada tanıdım ki, bu adam dəhşətli, neqativ əməllərlə zəngin, qanun tanımayan, ətrafı savadsız, fırıldaqçı adamlarla dolu, elmi yox pulu üstün tutan bir şəxsdir.” Bunu AMEA Rəyasət Heyətinin İşlər İdarəsində baş mütəxəssis işləmiş, hazırda isə qanunsuz olaraq işdən qovulduğunu deyən Coşqun Yəhyayev “AzPolitika.info”-ya məktubunda deyir.

C.Yəhyayev şikayətində qeyd edir ki, Ramiz Mehdiyev AMEA-ya sədr təyin olunandan sonra tender maxinasiyaları da daxil olmaqla, çoxsaylı qanunsuzluqlara və özbaşınalıqlara yol verilir: “Mən AMEA Rəyasət Heyətinin İşlər İdarəsində baş mütəxəssis işləmişəm. 2020-ci il mayın 20-də işdən çıxarılmışam. Mayın 17-dən 31-dək xəstə olmağıma və bununla bağlı müvafiq arayış təqim etməyimə baxmayaraq, məni qanunsuz olaraq işdən çıxarıblar. Ramiz Mehdiyev İşlər İdarəsinə qohumu Fikrət Əliyevi müdir qoyandan sonra neqativ əməllərə, tender maxinasiyalarına və s. etiraz etmişəm. Mənim belə əməllərlə ailəmə ləkə vuracağımı, belə işləyə bilməyəcəyimi deməyim, başqa işə keçirilməyimi tələb etməyim, eləcə də “mən doktorantam, ziyaliyam, siz isə diş texnikisiniz, akademiyada nə edirsiniz” deməyim onların xoşuna gəlmədi.”

C.Yəhyayev bildirir ki, bundan sonra rəhbərlik onu kənarlaşdırmaq qərarına gəlib və buna nail olub. Şikayətçi R.Mehdiyevin və yaxın ətrafının akademiyada olduqca neqativ mühit yaratdığını yazır: “Onlar yalnız neqativ əməllərlə, şər atmaqla insanları işdən çıxarırlar. Mənim kimi onlarla əməkdaş var ki, bunların ucbatından məhkəmələrdə qalıblar. R.Mehdiyevin qalmaqallı toy edən nəvəsi bir dəfə də işə gəlməyib, onu heç akademiyada tanıyan da yoxdur, ancaq buna baxmayaraq, həmin təşkilatdan maaş alır, mənim kimi mütəxəssislər isə işdən çıxarılır...”


Şikayətçi qeyd edir ki, R.Mehdiyevə aid müəssisələrdə çalışmış şəxslər akademiyada müxtəlif vəzifələrə təyin edilir, alimlər, mütəxəssislər isə müxtəlif bəhanələrlə işdən kənarlaşdırılır: “AMEA-da olan problemlər danışmaqla bitmir. R.Mehdiyev qurumda aparat rəhbəri ştatı yaradaraq, oraya özünün Slavyan Universitetindən qovulmuş adamını - Seyfəl Həsənovu təyin edib. Hansi ki, aparat rəhbəri ştatı Nazirlər Kabineti tərəfindən təsdiq edilməmiş ona 1500 AZN maaş verilə bilməzdi. 

Eləcə də AMEA-nın qarajının bu sahə üzrə ali təhsilli mütəxəssisi olan müdirini işdən çıxarıb, onun yerinə armatur zavodunda işdən qovulmuş adamlarından birini təyin etdilər. Məlumdur ki, həmin zavodu onlardan məlum neqativ əməllərə görə alıblar. Ondan sonra həmin müəssisədən kimi çıxarsalar, AMEA-ya işə götürürlər. Təsəvvür edin, ziyalılar Allaha dua edirlər ki, bunların zavodlardakı adamlarını işdən çıxarmasınlar ki, sonradan bizi işdən çıxarıb, yerimizə onları təyin etməsinlər.”

Şikayətçi həmçinin, Mehdiyev akademiyaya gələndən sonra ev bölgüsündə qanunsuzluqlara yol verildiyini və bunun araşdırılmasının vacib olduğunu bildirir.

“AzPolitika.info” 

635x100

Şərhlər

İşdən çıxarılmış alimlər 2021-11-22 17:20:12

Bu gün Ramiz Mehdiyev Azərbaycan elminə qarşı terror həyata keçirdir. Terrorun başında da Ramiz mehdiyevin göstərişi və dəstəyi ilə Hüquq və İnsan Haqların İnstitutunun direktoru Aytən Mustafazadə durur. 3-4 gün ərzində 10-12 nəfəri ə\sassız yerə işdən çıxardır, yerlərinbi satır. İnstitut "ölü can"larla doludur.

siyasət 2021-11-02 12:00:00

Nəinki Ramiz Mehdiyevin nəvəsi hem olmazsa özü işləmədiyi halda maaş alır. İnstitutların bir çoxunda işə gəlməyən əməkdaşların maaş kartları direktorlardadır. Onların pullarını direktor mənimsəyir. Bu gün ən böyük korrupsiya AMEA-dadır. Ramiz Mehdiyev prezident təyin olunandan sonra açıq şəkil alıb. Direktorlarla şərik işləyir.

Ədalət 2021-10-29 20:59:02

Seyfəllə Ramiz Mehdiyev AMEA-da diktatura qurublar.

Alim 2021-10-09 13:14:23

Coşqun Yəhyayev işləyəndə niyə bunları deyə bilmirdi? Paketlərini alırlar, cinayyətlərdə iştirak edirlər, işdən qovulan kimi dönüb olurlar haq-ədalət uğrunda mübarizlər.

Vətəndaş 2021-10-04 00:37:07

görəsən bu TAP-da bir nəfər təmiz sağlam düşüncəli,vətəni,milləti düşünən vəzifədə oturan qalıb? Bunları saymaqla qurtarmır. Çox atıb və dəhşət

rabitəçi 2021-10-01 21:47:55

Qanunlarımız işlək vəziyyətində olmalıdır... Şəki Poçtunun müdiri Seyran Abduləlimov saat 12-də gəlir, bir saat stolunda oturmamış çıxıb gedir, o cümlədən müavini Xədicədə yaşı 80-na çatmasına baxmayar 1(bir) ildir ki, işə gəlməyir,ancaq aylıq maaşını alır, aidiyyatı qurumlarda bu qanunsuzluqlara göz yumurlar ???

Adil 2021-10-01 06:56:49

Allah ,,,, re mûraciet etmek lazim ! Fetvasi insannari dine imana , en esasi Hakk edalete qetirecek

Hərbi pensiyaçı 2021-09-30 21:43:32

ЕА-да mtn-nin aqibəti gözləyir.

Eli 2021-09-30 20:12:24

Ramiz Mehdiyev ömrü boyu vezifede işleyib .O ne zaman vaxt tapıb elmle meşğul olub ve akademik olub,özü de hümanitar sahe üzre .O göresen fiziklere ,matematiklere,kimyaçılara mece rehberlik edir axı prezident olmaq azdır gerek bu sahenin işinin içine gire bilesen ki sene göstetiş verende gülmesinler.Bu birincisi.İkincisi bu insan dünyagörmüş,yaxşı vezifelerde işlemiş heyatının da çox firevan keçirib.Sual olunur bu yaşda senin neyine lazımdır beld mesuliyyetli iş .Elmi inkişaf etdirmek üçün yox bu yalandır bu onluq deyil elm zor ile inkişaf etmez.Demeli evde darıxır deye ancaq baş qatmaq vaxt keçirmek üçün.Bele halda demel bu adam heç semimi de deyil ve tüpürür Azerbaycanda elme de .onun inkişafına da.Bele bele işler.Allah canına deymesin get neve neticelerle şenlen zövq al da bı heyatdan.Elmi. öz fedaileri var .Meselen rehmetlik Azad Mirzecanzade,professor Rafiq Eliyev be s.Adam gerek bir özüne. de hörmet etsin ne olar ölke rehberliyi alıcenablıq edir bes sağ olın ne üçündür.

Ümidə 2021-09-30 17:31:55

Ramiz Mehdiyev ona göndərilən şikayətlərə baxmır. Əgər belə olmasaydı dəfəflərlə ona göndərilən Hüquq və İnsan Haqları İnstitutunda baş verən korrupsiya halları və özbaşınalıqlar araşdırılardı. Heç bir fakt araşdırılmır.

Adil 2021-09-30 16:39:18

Paşazadəyə mûraciet etmek lazim ! Fetvasi insannari dine imana , en esasi Hakqa qetirecek

OXUCU 2021-09-30 13:04:42

ÜMÜD QALIB ANCAQ ƏZRAYILA

Hərbi pensiyaçı 2021-09-30 12:07:43

Sizin bu şikayətinizin ünvanı düz deyil!!! Rusiyaya

esger 2021-09-30 11:57:50

Hər dəfə onunbunun işində digər ölkənin izi yaxud partiya mənsubiyyətini axtaran var Bərkəm dost-tanış gohumbazlıq kadr siyəsətindən danışmaq vaxtı gəlib

t.ədalət 2021-09-30 10:08:38

Belə çıxır ki,kommunist cəlladlarından qurtulmaq üçün ancaq Allahın hökmünə ehtiyac vardır.

GƏNCƏ 2021-09-30 10:08:05

Sağsağanın bəyliyi xırmanda dən qurtarana kimidir.Qoy gəlməsin.

Nazim 2021-09-30 09:52:09

Bunlarin yeri hebsdir...

Son yazılar