Ötən əsri 60-cü illərində qramafon valına yazılmış bir mahnı var idi- «Ananın səsi». Mahnıya rəhmətlik Şövkət Ələkbərovanın ifasında qulaq asmışam. Sözləri belə idi:
«Sülhə gəlin, ey insanlar,
Yoxsa, dünya məhv olar!»
Təminən 15-20 il bundan əvvəl bir kitabla tanış olmuşam. Kitabı əldə etməyə imkanım olmayıb, odur ki, dəyərli tanışlarımdan biri onu qısa müddətə oxumaq üçün mənə verib. Kitabın müəllifi Rusiya istehlakçı birlikləri konfederasiyasının (rusca «KonFOP») yaradıcılarından biri, İvanovo vilayətindən olan hərəkat öncülü Vladimir Romanets, adı isə «İstehlakın fəlsəfəsi»dir.
Günümüzdə rəsmi səhiyyə adlanan fəaliyyət sahəsində cərəyan edən proseslər göstərir ki, indi bu mahnını bir qədər fərqli sözlərlə oxumağın vaxtı çatıb:
İmana gəlin ey insanlar,
Yoxsa dünya məhv olar!
Həyatın mənası
Başlayaq, həyatın mənasından… Həyatın mənası nədədir? Həyatın mənası onun əbədi davam etməsindədir! Bu zaman ayrıca götürülmüş bir və ya bir neçə fərdin həyatından söhbət getmir, məsələyə geniş aspektdən yanaşılır - Yer kürəsində həyatın mənası nəzərdə tutulur. Mənbələr izah edirlər ki, bütün canlılar instinktiv olaraq öz həyatı boyunca buna çalışırlar («Özünü qoruma instinkti»-ni xatırla). Bax, istehlak bu məqsədə xidmət edir və etməlidir! Etmədiyi halda vəziyyət dəyişir və Yer üzündəki bütün canlı aləm təhlükə ilə üz-üzə qalır - dini kitablarda buna «Məşhər günü» deyirlər.
Təəssüf ki, indi rəsmi səhiyyə adlandırılan fəaliyyət sferasında cəmlənmiş bir qrup - mütəşəkkil cinayətkar dəstə yuxarıdakı məqsəddən ciddi şəkildə sapıb və həyatın davam etməsinə yox, insanların məhv edilməsinə xidmət göstərən bir «loxotron» yaradıb, işə salıb. Adını da qoyublar özəl (ödənişli) səhiyyə! İndi hər addımda özəl «apteklər» və «klinikalarla» rastlaşırıq, fəqət bunlar əsla insanların sağlamlığına xidmət etmirlər, əksinə onların ömrünü gödəltməklə yanaşı, insanların axırıncı çörək pulunu uf demədən əlindən alırlar. Bu missiyanı isə «həkim» adlandırılan bir dəstə dələduz həyata keçirir…
Həkim, yoxsa «vraç»?

Rus dilində həkimə «vraç» deyilir, mənası isə «yalançı» deməkdir («stukaç» kəlməsinə oxşar - «xəbərçi» mənasına gəlir). Əvvəllər heç bunun fərqinə varmamışdım. Psevdotəbabətin oyunlarının köməksiz «qurbanına» çevriləndən sonra, düşünməli oldum və qəflətən ayıldım! Sən demə, özəl səhiyyə adlı fəaliyyət sahəsində indi həkimlərin əvəzində «vraç»lar meydan sulayırmışlar və ən yaxşı halda onlar təbabətlə yox, «menecmentlə» vaxt ötürürlər. İnsanlar isə ən müxtəlif mərəzlərin sayəsində kütləvi halda məhv olurlar və ya şikəst vəziyyətə düşürlər…
Açıq mənbələrin məlumatına görə, hər dəqiqə ərzində dünyamızda 2 nəfər insan keyfiyyətli müalicə ala bilməməsi səbəbilə şikəst olur! İnsanları müalicə etməyin vaxtı çoxdan ötüb, indi biznes dövrü yetişib. Misal üçün, günümüzdə dərman vasitələri insanları axıra qədər sağaltmaq məqsədlərinə yox, xəstəliklərin simptomlarını müəyyən vaxt ərzində yavaşıtmağa xidmət edirlər. İnsanlar isə buna ÖYRƏŞİRLƏR! Bu zaman paralel olaraq, xəstəliklər inkişaf etdirilir. Bax, tibbi vasitələrin gerçək məqsədləri məhz bundan ibarətdir…
Keyfiyyətli dərmanlar isə gerçək həkimlərə çatmır və ən yaxşı halda «ştuçnıy» məhsula çevrilir, səhiyyə sistemi isə buna sadəcə, göz yumur.
«Loxotron» işə salınıb
Koronavirus pandemiyası dünya səhiyyə sisteminin əslində, necə acınacaqlı duruma düşdüyünü əyani şəkildə ortaya qoydu. Yox, mən bununla son 2 əsr ərzində dünya təbabətinin inkişafı üzərindən xətt çəkilməsinin tərəfdarı deyiləm. Əksinə, statistikaya görə son 200 ildə dünyada insan ömrü 35 il uzanıb və bu, əsasən, yoluxucu xəstəliklərlə mübarizə, antibiotiklərin kəşfi və peyvəndlərin ixtirası ilə əlaqələndirilir. Fəqət, son 100-150 ildə dünyada meydana gəlmiş bəzi üzdəniraq «mərkəzlər» dünya səhiyyə sistemini inkişaf etməkdən yayındırır. Misal olararaq, ABŞ-da ərsəyə gəlmiş Rokfeller Fondunu göstərmək olar. Bu fondun əsas məqsədi səhiyyəni inkişaf edirmək yox, sadəcə onu NƏZARƏT ALTINDA SALMAQdan ibarətdir, vəssalam. Bu məqsədlə, dünya təbabətinin adını da dəyişib «rəsmi təbabət» qoyaraq, sahəni sərt bir çərçivəyə salıblar - «hərəkətverici qüvvəsi» isə özəl səhiyyədir - gerçək "loxotron"!
Bunun sayəsində günümüzdə təbabət və farmasevtika nəhəng gəlir mənbəyinə çevrilib. Bu mənbəyə kimlər sahibdirlər və bunun gəlirləri kimin cibinə axır? Aşağıda buna aydınlıq gətirməyə çalışacam. Bu məqsədlə açıq mənbələrin məlumatlarına üz tutacam.

Bu zaman başlıca diqqəti Rokfeller Fonduna - səhiyyəyə beynəlxalq nəzarət sisteminə yönəldəcəm. Məhz səhiyyə sisteminin yaradılmasına yox, ona qlobal nəzarətin yaradılıb, həyata keçirilməsinə. Bu fond yaradılarkən onun üçün nəzərdə tutulmuş məqsəd və vəzifələr insanların sağlamlığının qorunması ilə bir araya sığmır.
Rokfeller ailəsi müasir farmasevtik təbabətin və farmasevtika sənayesinin yaradılmasında çox böyük rol oynayıb. Bu, elə bir şəraitdə baş verib ki, bir çox illər ərzində insanların sağlamlığının qorunması fəaliyyətindən sərt imtina edilib. Ötən əsrin 20-ci illərinin əvvəllərinə - natural təbabətin mövcud olduğu zamana qədər. Müəyyən vaxtdan sonra kimya əsrinin əsası qoyulub…
Məhz bu dövrdən başlayaraq, müasir farmasevtika və müasir təbabət insanları müalcə etmək və onların sağlamlığını qorumaq yox, mənəviyyatsız spekulyativ biznesə - xəstəliklərlə bağlı mümkün qədər çox dərman məhsulu satmaq biznesinə çevrilib…
Fikrimi əsaslandırmaq üçün yaşadığım müsibətlərin timsalında misallara müraciət edəcəm. Beləliklə…
Yıxıldım!
Ötən ilin aprelində yüksək arterial təzyiq səbəbilə pilləkəndən yıxıldım - sol qolum sındı, gözlərim zəiflədi, ayaqlarım tutuldu… Təcili yadım maşını ilə məni Sabunçu Şəhər Xəstəxanasına apardılar. Orda Loğman adlı həkim mənə ilkin tibbi yardım göstərdi, qolumu sarıdı… İki aydan sonra sarğını açdılar. İndi gec də olsa bir daha cərrah-travmatoloq Loğman həkimə və xəstəxananın tibb personalına təşəkkür etmək istəyirəm…

Təzyiq və ayaqlarımın problemilə bağlı yaxınlarım məni «Medilend» özəl klinikasına apardılır. Analizlər edildi, başımı aparatla yoxladılar və… «yüksək təzyiqin var» dedilər - heç bir müalicə ala bilmədim, təzyiqə qarşı cəmi iki həb yazdılar - «Amolvas» və «Talliton». Sonradan başqa bir bir həkim Amolvası qadağan etdi - ayaqlarımda şiş əmələ gəlmişdi. Vəssalam, 300 manat xərcimin qarşılığında «Medilend»ın mənə göstərdiyi xidmət bundun ibarət oldu! Kardioloq-həkimdən soruşdum ki, yüksək təzyiq hansı səbəbdən yaranır? Cavab verdi ki, onu bilmək olmur və s. Bu da bahalı-özəl klinikada mənə göstərilən təbbi xidmətin kəmiyyət və keyfiyyəti…
Böyrəklərim şəkər səbəbilə sıradan çıxıbmış…
İkinci dəfə böyrək çatışmazlığı səbəbilə yenə «Medilend»ə üz tutdum - bir tanışımın məsləhəti ilə uroloq Elnur adlı həkimin qəbuluna düşmək istədim, düz 4 gün növbədə keçirdim, sonra o, mənə dedi ki, başqa br həkimin qəbuluna gedim və məni «dializ» edəcəklər. Bunun üçün isə 650 manat ödəməli olduğumu nəzərimə çatdırdı. Bu dəfə də iki kəlmə sözün qarşılığında 150 manat pulumu aldılar - heç bir müalicə ala bilmədim. İndi hazırlaşıram ki, belə yarıtmaz və dələduz fəaliyyətinə görə «Medilend»i məhkəməyə verim…
Sabunçu xəstəxanasına üz tutdum…
Tanış bir xeyirxah həkimin məsləhəti ilə dövlət tibb müəssisələrinin uroloji şöbəsinə müraciət etməli oldum. Beləliklə, Bakı Şəhər Sabunçu Xəstəxanasının Urologiya şöbəsinə üz tutdum. Doğrusu, belə yüksək səviyyəli qəbul, həssas xidmət gözləmirdim - gözləntimin əksinə oldu. Həkim-uroloq Asif Babayev məni dinlədi, erkən müayinədən sonra şöbəyə müalicə üçün yazdı.

Həssas və isti qəbula görə xəstəxananın bütün kollektivinə dərin təşəkkürümü ifadə edirəm - personal, xüsusilə də Asif həkimin sayəsində ayağa qalxdım. Xəstəxananın rəhbərliyinə təşəkkür edirəm - şöbədə yaradılan yüksək sanitariya vəziyyətinə, xüsusilə də təmizliyə görə.

Qeyd etməliyəm ki, şöbədə bütün döşəmələr, pəncərə altlıqları, ümumiyyətlə toz qona biləcək bütün səthlər personal tərəfindən gündə azı 2 dəfə silinib təmizlənir. Xəstələrə gün ərzində 3 dəfə vaxtında və keyfiyyətli yemək təklif olunur. Bu işi texniki işçilərdən Elza, Dilbər və tibb bacısı Yasəmən xüsusi qayğı ilə görürlər - onlara təşəkkür! Böyük tibb bacısı Kamalova Nəzakətin, tibb bacısı «Bəzəkli qız»ın, tibb bacısı «Balıq yeyən qız»ın həssas və yüksək keyfiyyətli prosedur xidmətlərini xüsusi qeyd etməliyəm - onlara təşəkkür!

Bir sözlə, həkim belə, tibbi xidmət belə olar - SAĞ OLUN!!!
Mirzə AĞ (Şakir Ağayev)
AzPolitika.info

Şərhlər
Mirzə bəy, sizə çox təşəkkür edirik, minnətdarıq, əliniz, qolunuz var olsun. Nə yaxşı ki, varsınız! Sizinlə tamamilə razıyıq. Nə yaxşı ki, belə həkimlər var, yoxsa millətdən əsər-əlamət qalmaz.