KORRUPSİONERLƏRİN “AZADLIQ MARŞI” – Ağır cinayət üstündə yaxalananları kimlər xilas edir?

Bu ilin avqust ayının 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il azadlıqdan məhrum edilmiş Rafiq Babayevin cəzası iki ay keçməmiş Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə yarıbayarı azaldılaraq 4 il 6 aya endirilib.

R.Babayev, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin müavini olub, 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Əməliyyatın, habelə keçmiş müavinin rüşvət alması ilə bağlı gizli çəkilişin görüntüləri yayımlanmışdı. "İş başında" yaxalanan zaman Rafiq müəllim özünü çox sakit, təmkinli aparmışdı, onun rişxəndlə dolu simasından hətta belə təəssürat yaranırdı ki, o bu günü hər dəqiqə gözləyib...

R.Bayramova qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Prokurorluğun ittiham aktında sabiq nazir müavininin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət aldğı qeyd olunub. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedirdi.

İstintaq materiallarına görə, Rafiq Bayramov Mədəniyyət Nazirliyinin Sumqayıt Regional İdarəsindən 167 505 manat, Xaçmazdan müxtəlif zamanlarda 69 400 manat, 137 165 manat, 27 432 manat, 250 500 manat, 42 000 manat rüşvət götürüb.

İsmayıllıdakı idarədən 126 165 manat və 16 000 manat, Kürdəmirdən 167 265 manat, Ağstafadan 166 965 manat və 16 000 manat, Şəmkirdən 181 465 manat alıb.

Onun digər regional idarələrdən aldığı rüşvətin siyahısı da həmin vərəqdə yazılıb:

- Gəncə: 158 465 manat, 

- Ağdaş: 116 965 manat, 

- Biləsuvar: 115 965 manat, 250 500 manat, 

- Masallı: 116 165 manat, 

- Lənkəran: 116 065 manat, 

- Sabirabad: 216 565 manat, 

- Ağcabədi: 201 965 manat, 

- Bərdə: 174 965 manat, 250 500 manat və 68 000 manat, 

- Şəki: 141 465 manat...

Məhkəmə prosesində R.Bayramov son sözünü deyərkən rüşvət almadığını bildirib. Qeyd edib ki, nazir müavini olsa da, imza səlahiyyəti, maddi-məsuliyyətli şəxs olmayıb: "Sonradan ittihamlar dəyişdirildi, rüşvət ittihamı verdilər. Mən heç kəsdən rüşvət almamışam. Yoxlamalar heç bir yeyintidə iştirakımın olmadığını göstərib. Mənimlə bağlı rüşvət aldığıma dair şikayət də yoxdur". O qeyd edib ki, işdə müəyyən diqqətsizlik və nöqsanları olub: "Buna görə cənab Prezidentdən üzr istəyirəm". O, məhkəmədən himayəsində üç azyaşlı uşağın və həyat yoldaşının ağır xəstə olmasının nəzərə alınmasını xahiş edib.

Xatırladaq ki, DTX-nın keçirdiyi əməliyyat zamanı R.Bayramovla yanaşı Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da həbs edilmişdi. Amma maraqlıdır, istintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. R.Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Zakir Sultanov məhkəmə prosesində ifadə verərək keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin məhkəmədə dindirilməsini tələb edib. Z.Sultanov bildirib ki, nazirlikdə həyata keçirilən bir çox işlərdən Ə.Qarayevin xəbəri olub.

İstintaq materiallarında Rafiq Babayevin törətdiyi korrupsiya və rüşvətalma əməllərinin miqyası aydın görünür. Nazirlikdə keçirilən əməliyyat da kifayət qədər rezonans doğurmuşdu, amma sonuncu məhkəmə qərarından belə nəticə çıxarmaq olur ki, sonuc yenə də fərqli olmayacaq. Daha doğrusu, Rafiq Babayev də korruspiya cinayətlərinə görə məhkum olunmuş məmur həmkarları kimi qısa müddətdə azadlığın yolunu tutacaq. Məsələn, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, ləğv edilmiş Milli Təhlükəsizilik Nazirliyinin rəhbərliyində uzun illər mütəşəkkil cinayətkarlıqla məşğul olmuş dəstənin üzvləri indi haradadırlar? Onların həbsindən 5-6 il keçməyib, amma hamısı azadlıqdadır və dövlətdən oğurladıqları milyonların hesabına ölkədə və xaricdə cah-cəlallı həyat sürürlər.

Bəs korrupsiya, vəzifə saxtakarlığı, dövlət əmlakını mənimsəmə, quldurluq və s. cinayətlərə görə vəzifələrini itirmiş nazirlər haradadırlar? Keçmiş rabitə naziri Əli Abbasov Milli Elmlər Akademiyasında vəzifədə, milli təhlükəsizlik naziri Eldar Mahmudov, mədəniyyət naziri Əbülfəs Qarayev, xarici işlər naziri Elmar Məmmədyarov öz keflərindədir. Onlar niyə məsuliyyətə cəlb olunmadılar? 

Məhkəmədə Zakir Sultanov ifadə verərək deyir ki, cinayətlərdən Əbülfəs Qarayevin xəbəri olub, onu məhkəmədə dindirin. Amma keçmiş naziri əziyyətə salıb heç prosesə də dəvət etməyiblər.

Yüksək çinli məmurların belə rahatlıqla cəzadan yaxa qurtarması Azərbaycanda korrupsiyaya qarşı mübarizəni tamamilə gözdən salır. Cəmiyyətə o mesajlar verilir ki, bunlar mövsümi kampaniyalardır, əslində ciddi bir niyyət yoxdur. Həmçinin dövlət əmlakını dağıdan korrupsionerlər daha da həvəsləndirilir. Ki, nə qədər böyük cinayətlər törətsələr də uzaqbaşı bir neçə il həbslə, yığdıqlarının bir qismini verməklə canlarını qurtaracaqlar. Başqa hansı biznesdə, hansı işdə qısa müddətdə bu qədər varlanmaq, sərvət sahibi olmaq olar? Əlbəttə, heç yerdə!

Azərbaycanda məhkəmələr korrupsiya, rüşvət girdabında çabalasalar da, yüksək vəzifə tutmuş məmurları "aç-burax" qərarlarının verilməsi onların özfəaliyyətinin nəticəsi deyil. Yüksək vəzifələrdə bu korrupsionerlərin möhkəm dayaqları var, onlar lazımı anda dövriyyəyə girir və onların xilas edilməsinə nail olur. Cəmiyyətin buna necə reaksiya verəcəyi, dövlətin nüfuzuna hansı zərbələrin dəyəcəyi, vətəndaşın dövlətə inamının necə sarsıldığı onların vercinə deyil.

Bunu hər kəs görür, həm də xırda cinayətlərə görə ağır cəzalar alan vətəndaşlar da...

Elçin Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Şəkidən 2021-11-17 16:54:23

Şəki Mədəniyyət İdarəsinin müdiri Mirvari hələdə iş başındadır...!

baba 2021-10-16 21:28:11

Şəkidə Musiqi məktəblərinin direktorlarının hər birinin alrında 100 minlik maşın var !!! Şəki Mədəniyyət İdarəsi başda olmaqla, Kollegin direktorundan ta Musiqi Məıktəblərin direktorların işləri yoxlanılmalı və hüquqi qiymət verilməlidir !

Sədrəddinə 2021-10-15 22:59:06

Sədrəddinin yazdığı Şərh həqiqəti əks etdirir !

RR 2021-10-13 05:27:51

Allah rehmet elesin shehidkerimize!!!! Bunnar cehennem odunda yanacaqlar !!! inanin

Aborigen 2021-10-12 15:40:39

Məni bir məsələ maraqlandırır: görəsən bizim cəmiyyətdə bunların hörməti çoxdur, yoxsa halal çörək yeyərək millətinin, dövlətinin yolunda ölməyə hazır olanların? Burda mənim yadıma rəhmətlik ... düşür.

Roma 2021-10-12 07:46:45

Məncə rüşvət almayan məmur rüşvət alandan azdır, yəni 30-40/70-60 nisbətində və ya daha da çox, mən buna əminəm və ürək ağrısı ilə yanaşıram, nə üçün bizim millətimiz bu vəziyyətə düşüb???

muro 2021-10-12 00:59:07

eh, bu ba. verenler aysberqin görünen hisseleridierler. Ayäerbaycan Xarici Ishler Nazirliyinde cox cinayetler bash verir, hammi Mamedyarovdan danisharken onun müavinlerden hec danishmirlar........

Sedreddin 2021-10-11 22:01:28

Sheki medeniyyet sobesinin mudiri Mirvarinin 142 min manat rusvet verdiyi yazilib. Lakin hele de oz kefinde keyfiyyetindedir. Meger rusvet almaq cinayet vermek xeyirxaxliqdir? Bilinen 142 min manatdir gor bilinmeyen ne qederdir. Bu rusvet veribse demeli eyni zamanda rusvetde alib. Almayibsa nece vererdi? Oz cibinden? Hele de onu qoruyan quvveler ish basindadir. bascinin muavini zerinenin dergahina siginanlar hec zaman ezilmir. Yeqin qanun kesikcileri de bundan behrelenir. Islahat seffaf aparilmazsa cinayet daha da vehsileser! Olke bascisinin verdiyi tapsiriqlar derhal ve tereddudsuz icra edilmelidir!!

Davud 2021-10-11 20:56:01

Bəs sonra? Mövzu yarımçıq qaldı.Bəs onları kimlər mühafizə edir?

Son yazılar