Menu

BAKIDAN NAXÇIVANA UÇUŞ MƏSAFƏSİ QISALDI - Biletlər ucuzlaşacaqmı? + FOTOLAR

12.10.2021, 12:00
BAKIDAN NAXÇIVANA UÇUŞ MƏSAFƏSİ QISALDI - Biletlər ucuzlaşacaqmı? + FOTOLAR

Azərbaycan Hava Yolları Dövlət Şirkətinin (AZAL) Naxçıvan Muxtar Respublikasına (NMR) Ermənistan hava məkanından istifadə etməklə uçuşlar etməsi məsafəni bir qədər qısaldıb. Belə ki, İran üzərindən baş tutan uçuşun məsafəsi 421 km, müddəti 1 saat 10 dəqiqədirsə, Ermənistan üzərindən məsafə 50 km qısalaraq 371 km, müddət isə 10 dəqiqə azalaraq 1 saat təşkil edir.

Xatırladaq ki, Bakı-Naxçıvan-Bakı istiqamətində təyyarə biletinin qiyməti 2 yaşadək uşaqlara pulsuz, 2-12 yaş arası 40, 12 yaşdan yuxarı sərnişinlərə isə 50 manatdır. Məsafənin qısalması, bilet qiymətlərinə təsir edib-etməyəcəyini dəqiqləşdirmək üçün AZAL Dövlət Konserni ilə əlaqə saxladıq.

Şirkətin məlumat mərkəzindən “AzPolitika.info”ya bildirildi ki, hazırda adıçəkilən istiqamətdəki reyslər üçün qiymət dəyişikliyi yoxdur: ”Pandemiya dövründə dəymiş ziyan, təyyarələrin mütəmadi dezinfeksiya xərci, yanacağın qiymətinin bahalaşması səbəbindən qiymət dəyişikliyi gözlənilmir”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”



Şərhlər

Aborigen 2021-10-12 15:17:20

Biri var imiş, biri yox imiş...

Fərid 2021-10-12 13:34:41

Azaldan bunu gözləmək sadəlövhlük olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol