İCRA BAŞÇISININ DİREKTOR ARVADI İŞDƏN ÇIXARILDI - Vətən müharibəsi barədə kobud səhv etmişdi + VİDEO

Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr - Anım Gününə “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyən direktor işdən çıxarılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən direktorun işdən çıxarılması ilə bağlı məlumat təsdiqlənib.

Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən müharibəsi” kimi ifadə edib.

Xatırladaq ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

635x100

Şərhlər

Şəkili qardaş 2021-10-17 21:50:18

Şəkinin icra hakimiyyətinin birinci müavini Həsən Həsənov 25-ildir ki, birinci müavin vəzifəsindədir, artıq kreslosu kürüyüb ? Belə bir rayonda inkişaf olarmı ?

Hətəm həmov 2021-10-17 01:31:58

Ali ondan da savadsizdioktay əsədovun hesabina dashci olub

Niyaməddin 2021-10-17 00:04:40

Belə bisavad direktor şagirdlərə necə nümunə ola bilər? Təlim-tədris, nizam-intizam qaydalarını bilməyən cahil direktor yalnız və yalnız gələcəyimiz olan şagirdləri uçuruma aparar.

Fakt 2021-10-16 21:17:47

Elxan Usubov 11-ildir ki, Şəkinin İcra başçısıdır... Ayda 10-gün işdə olmayır !

Helime 2021-10-16 14:56:53

Bunun eri kim olub, ozu biler. Beyen , bir kelme chashib deye(her birimiz heyecandan chasha bilerik), adami ishden chixarirlar? Nonsens

t.ədalət 2021-10-16 14:15:26

Sahil Babayev fəraridir.Görəsən,qanunlar ona nə vaxt aid olacaq?

Kamran 2021-10-16 14:03:37

Bu Qocayevlərdən Azərbaycan nəz zaman qurtaracaq?

Eko 2021-10-16 12:46:15

Belelerini muharibe , səhid maraqlandirmir) pul maraqlandirir

Son yazılar