VİRUSDAN SAĞALMIŞ İNSANIN PEYVƏND OLUNMASI VACİBDİRMİ? - Tibb elmləri doktoru açıqlayır

"İstənilən vaksin orqanizmdə həmin infeksiyanın “şərti xəstələnmə modeli”ni yaradır. Yəni orqanizm həmin virusun genom quruluşunun nəsil artımından məhrum edilmiş, qısırlaşdırılmış subhüceyrəvi vahidini təhlükə kimi qəbul edir, onu görür və ona qarşı anticisim, yəni onu məhv edən bioloji fəal hissəciklər hazırlayır. Buna immunitet deyilir".

"AzPolitika.info" xəbər verir ki, bunları tibb elmləri doktoru, professor Musa Qəniyev COVİD 19-dan sağalmış insanların bir neçə vaksin dozası qəbul etməsinin nə qədər əhəmiyyətli olduğunu şərh edərkən deyib.

Professor bildirir ki, orqanizm bu bioloji aktiv “agenti” qidalandırır, onun daha güclü və “döyüşkən” olması üçün, endogen ehtiyatından onun daxili tələbatı üçün lazım olan və tələb etdiyi hər bir yaşam və inkişaf vasitələrini artıqlaması ilə verir. "Bu anticismlər səfərbər olub, xəstəliyi törədən vasitə ilə “ölüm-dirim” savaşına girir. Başqa sözlə, sonda kimin-kimə qalib gələcəyi məlum olmayan “açıq döyüş” baş verir. Bu mübarizədə orqanizm qalib gəlirsə, bunun ilkin səbəbi, obrazlı şəkildə desək, anticisimlərə düzgün rəhbərlik, onlara mübarizlik, döyüşkənlik ruhunun aşılanmasıdır", - deyə tibb elmləri doktoru vurğulayıb. Musa Qəniyev hesab edir ki, xəstəlikdən qorxmamaq, xəstəlik xofunu unutmaq, pozitivə yüklənmək və həyat eşqini yüksək tutmaq vacibdir. Onun sözlərinə görə, anticisimlər virusları tam məhv etdikdən və ya neytrallaşdıraraq özünə tabe etdirdikdən sonra, orqanizm artıq onları yemləyib saxlamaqda maraqlı olmur. Professor əlavə edir ki, həm COVİD 19-dan sağalmış, həm də vaksin almış insanlarda onların kəmiyyət tərkibi azalmağa başlayır.

O, prosesin aşağıdakı ardıcıllıqla baş verdiyini qeyd edir: "COVİD 19-u fəsadsız keçirmiş insanlarda tam sağalma klinik əlamətlər meydana çıxdıqdan sonra 17-ci gündə baş verdiyindən, sağalmadan sonrakı 14 günlük fərdi qorunma nəzərə alınarsa, anticisimlərdə ilkin azalma 32-ci gündən başlayir və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, 6 aydan 8 aya qədərki müddətdə minimal kritik həddə enir. Bu hal insanları qorxutmamalıdır. Çünki infeksiyaya təkrar yoluxma ehtimalını nəzərə alaraq, orqanizmin xüsusi immun hüceyrələri olan limfositlər, ilkin qarşılaşdığı COVİD 19-un sürət əksi, gen yaddaşına yazılmış spesifik antitellər sintez edir. Bu hüceyrələr “yaddaş kartını” demək olar ki, ömürlük, yəni insan dünyasını dəyişən anadək saxlayır. Odur ki, COVİD 19 əleyhinə antitellərin titrinin azalmasının vaksinasiyaya göstəriş olması və ya COVİD 19-a təkrar yoluxmanın ağır keçəcəyi ehtimalını söyləməyə heç bir əsas vermir". 

M.Qəniyev da sonra bunları əlavə edib:

a) COVİD 19-un klassik əlamətli (temperatur, halsızlıq, iştəhasızlıq və s.) klinik formasını keçirmiş şəxslərin vaksinasiya olunması xüsusi əhəmiyyət kəsb etmir.

b) COVİD 19 əleyhinə hətta bir doza vaksin alan şəxslərdə 21-ci günün tamamından qoruyucu antitellərin hiperaktivliyi müşahidə edildiyi və virusun sürət əksi hüceyrə yaddaşına yazıldığından, 2-ci, 3-cü və sair təkrar dozaların vurulması, immun sistemin hiperaktivlik və növbəti mərhələdə “süstləşməsi” ehtimalına görə zərurət sayılmamalıdır.

c) a və b bəndi üzrə revaksinasiyanın aparılması yalnız o halda elmi əsasa istinad edə bilər ki, insanın öz yaşadığı ölkədə bu infeksiya tam yox olsun və yoluxma sıfırlansın, lakin həmin şəxsin bu infeksiyanın tüğyan etdiyi hansısa bir ölkəyə getməsinə zərurət yaransın".

"AzPolitika.info"

635x100

Şərhlər

Niyaməddin 2021-10-20 23:08:24

Musa Qəniyevə təşəkkür edirik, Allah razı olsun sizdən! Hər kəs yediyi, içdiyi qidalara diqqət etməli, immun sistemini gücləndirməli, təmizliyə normal riayət etməlidir. Bu "bəla" daha çox imperialist qüvvələrin şəxsi mənafeyini gücləndirmək, dünya əhalisinin bu və ya digər şəkildə sayını azaltmaq üçün ortaya atılan alçaq bir siyasətdir.

Nur Mustafayev 2021-10-20 19:36:25

Tam düzgün yanaşmadır

Hekim 2021-10-20 17:30:54

Bu da gunde bir mahni oxuyur

Son yazılar