OQTAY ƏSƏDOVUN QANUNSUZ YOLLARLA ƏLDƏ ETDİYİ BÖYÜK VARİDATI... - Eks-spiker ortada yeyib, kənarda gəzir

Vəzifədə olduğu dönəmdə on milyonlara sahiblənən Oqtay Əsədov qeybə çəkilib. Onun korrupsiya sxemləri üzrə büdcə vəsaitlərini mənimsəyərək xaricə daşıması iddiaları isə bu günə qədər araşdırılmamış qalıb.

Spiker olduğu dönəmdə Milli Məclisi Eldar Mahmudovun oylağına çevirməsi ilə yaddaşlarda qalan Oqtay Əsədov boğaza kimi korrupsiyanın içindədir. İndiki deputat Oqtay Əsədovun dünyanın 4 bir tərəfində restoranları, mülkləri, barları, hətta saunası belə var. Həyat yoldaşı Zemfira Əsədova Bakıda yerləşən 175 nömrəli Şənlik uşaq bağçasının müdirəsi olduğu günlərdə Moskvada sauna işlədirdi. “Kapriz” adını daşıyan sauna şəxsən Zemfira Əsədovanın öz adına qeydiyyatdan keçiririlmişdi. Məlum olmuşdu ki, Zemfira Əsədova təkcə “Kapriz”dən 1 ilə 130 min dollar qazanır.

Bağça müdirəsinin belə obyektə sahib olması suallar yaratmışdı. Onun ayı 200 min manatdan artıq gəlir gətirən “Kapriz”i necə əldə etməsi, bu məqsəd üçün nə qədər vəsait xərcləməsi və ən əsası həmin vəsaitin mənbəyi barədə suallar bu günə qədər açıq qalır. Oqtay Əsədov deputat kimi qazancı belə bir obyektin alınmasına yetərli deyil. O, 5 il yeyib-içmədən aldığı əmək haqqını, məzuniyyət və ezamiyyət xərclərini toplasaydı belə uzağı 200 min dollara qədər bir məbləğ alınardı. Şənlik bağçasının müdirəsi olan həyat yoldaşı isə cəmi 1 aya deputat Oqtay Əsədovun 5 illik maaşından çox pul əldə edir. Oqtay Əsədov, ailəsi belə gəlirli obyekti aydındır ki, qəpik-quruşa almayıb, əldə etməyib. Bu obyektlərin dəyəri bir neçə milyonları aşır. Bəs Əsədovlar milyonluq mülklərini, şirkətlərini, bahalı maşınlarını, restoranlarını, geyim mağazalarını hansı hesabdan alıb?

Qızları Nərminə və Nigar Bakıda bahalı geyimlər satan mağazalara, uşaq bağçalarına, restoranlara rəhbərlik edirlər. “Yeni Nəfəs” akademiyası, “Yeni Nəfəs” uşaq bağçası, “Mozaik Group” brend geyimlər şirkəti, Sumqayıtda olan “Azkompozit” zavodu eks-spikerin ailə biznesinin görünən tərəfidir. Belə xəbərlər var ki, Oqtay Əsədov illərlə ortada yeyib gəzib, indi isə yaxasını kənar tutub. Onun ölçüyəgəlməz biznes imperiyası 14 il müddətində parlamentin sədri postunu tutduğu dövrdə genişlənib. O zaman da bəlli idi ki, Oqtay Əsədov Eldar Mahmudovun “qanadı” altına sığınıb parlamenti onun nüfuz dairəsinə salıb. Əvəzində isə mal-mülk, sərvət toplamasına razılıq alıb. Spiker olduğu günlərdə Oqtay Əsədovun bir ayağı MTN-də idi.

Eldar Mahmudovun qapısı Oqtay Əsədova böyük talançılıq üçün geniş imkanlar açmışdı. Bu gün onun Türkiyədən Rusiyaya, Rusiyadan Böyük Britaniyaya uzanan böyük biznesi fəaliyyətdədir. Əslində Oqtay Əsədovun korrupsiya içində itib-batdığını görmək üçün çox da uzağa getmək lazım deyil. Bu gün onun sığındığı imarətinin nataraz ölçülərinə diqqət edib, fotolarına baxmaq yetərlidir. Bütün məmur-oliqarxlara xas dəbdəbə sevgisi Oqtay Əsədovdan da yan keçməyib.

Onun imarəti 3-4 hektarlıq sahədə inşa olunub. Hələ spiker olarkən imarətinin peyk görüntüləri yayılmışdı. “Bura Oqtay Əsədovun imarətidir” açıqlaması olmasaydı, görüntüləri görənlər düşünərdilər ki, ərəb şeyxlərindən birinin cah-calalına tamaşa edirlər. Ərazidə 2 günbəzli, dəbdəbə içində itib-batan imarət, çay evi, iri hovuz, yaxınlarının villaları, özəl fitnes və bilyard salonları var. Belə imarətlərdən biri də Bakının Şüvəlan kəndi ərazisindədir. Az qala, dənizin içinə girmiş həmin imarətində olduğu kimi burada da iri tennis kortu diqqət çəkir. Oqtay Əsədov Tennis Federasiyasının prezidentidir deyə, elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir. Odur ki, saysız-hesabsız imarət və villalarının hündür hasarları içində tennis kortları da mütləq şəkildə inşa olunur.

Şüvəlandakı 2 hektardan artıq ərazini əhatə edən dəbdəbəli imarətin ərazisində də xaricdən gətirtdiyi mütəxəssislər tərəfindən biri açıq, digəri qapalı olan 2 tennis kortu və futbol meydançası quraşdırılıb. Spiker postunu itirməkdə olduğu müddətdə məlum olmuşdu ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Nyu-Yorkun Linkoln meydanı ətrafında dəyəri 1 milyon 825 min dollara 2 otaqlı mənzil almağa razılaşıbmış. Son anda isə bu razılaşma pozulmuşdu.

Bununla belə, Əsədovlar ölkə xaricində bahalı mülk almaq sevdasından vaz keçməyiblər. Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgəsində 1 milyonluq mülkü var. O bölgədə ki, orda ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop-divaları yaşayır. Həmin mülklə bağlı yayılmış sənədlərdə bildirilirdi ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Bu, o deməkdir ki, penthauzu Mehman Qocayevə bağışlayıblar.

Londonda, milyarderlər məhəlləsində evi adama ad günü hədiyyəsi olaraq bağışlayıblar. Hədiyyəni alan isə Zemfira Əsədovadır - Qocayevin qayınanası. Penthauzu Mehman Qocayevə doğum günündə o bağışlayıb. Bakıda uşaq bağçasının müdirəsi işləyən Zemfira Əsədovanın maaşı, əlbəttə ki, penthauz əldə etməyə yetər, sadəcə maketini ala bilər. Əsədovların kürəkəni çox bahalı, yüksək sürətli avtomobillərə meyillidir. Onu adətən 12 silindrli, 200 min avro dəyəri olan “Audi A8L WW12"də gəzən görürlər. Bağça müdirəsinin Moskvanın Bakı küçəsindəki striptiz klub sahibəsi olması da korrupsiya əlaqələrinə susqun şahiddir.

Oqtay Əsədov hələ spiker olduğu günlərdə Moskvada, Bakı küçəsində, 29 ünvanında yerləşən obyektdə xüsusi əməliyyat keçirilib. Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşları bu ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz kluba qonşuların şikayəti əsasında getmişdi. Orada narkotik maddələrin satışı ilə bağlı əməliyyat baş tutmuşdu. Bəli, spikerin ailəsinə məxsusluğu sənədlərlə təsdiq edilən barda antinarkotik əməliyyatı gerçəkləşmişdi. Sənədlərdən görünürdü ki, “Kapriz” striptiz klub Oqtay Əsədovun həyat yoldaşı Zemfira Adil qızı Əsədovanın adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum” Qrup Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. “Arizarum” Qrup MMC 10 min rubl Nizamnamə kapitalı ilə qeydə alınıb. O dövrdə “Kapriz” striptiz klubunun real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları qiymətləndirilirdi.

Elə həmin günlərdə Oqtay Əsədov Milli Məclisi Eldar Mahmudova “hədiyyə” etmişdi və hər bir deputat haqda ona məlumatlar ötürürdü. Bunu bütün deputatlar da təbii ki, bilirdi. Oqtay Əsədov Mahmudovun şəxsi əlaqəsində olan agentlərdən biri kimi ad çıxarmışdı. Təbii ki, bu, deputatların xoşuna gəlmirdi. Oqtay Əsədov isə özünü oliqarx kimi aparır, necə varlı olmasını nümayiş etdirməkdən həzz alırdı. Mahmudovun “vurulmasından” sonra Əsədovun da ulduzu öləziməyə başladı, siyasi karyerasının sonu gəldi. O, spiker kreslosunu itirsə də, həmin kreslonun verdiyi imkanlar hesabına əldə etdiyi varidatı qalmaqdadır. Mətbuat Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri haqda ötənlərdə yazıb.

Əsədovlar Rusiya paytaxtında Avropanın ən hündür yaşayış binası olan “Triumph Palace”da məskunlaşıblar. Eks-spikerin həyat yoldaşı Zemfira Əsədova bu binada dəyəri 10 milyon manata yaxın olan 2 lüks mənzilin sahibəsidir. Xalqın illərlə milyardlarlaırnı oğrulayıblar, pulunu yeyiblər. Bu gün adamların əllərində talançılıqla əldə etdikləri böyük pullar var. Hansıların ki, geri alınması zamanıdır... (musavat.com)

635x100

Şərhlər

Fakt 2021-11-09 23:37:30

Şəki İHb-ı elxan Usubovun və onun müavini Həsən Həsənovun sərvətləri ondan çoxdur ?

Roma 2021-10-25 14:27:51

"Azərsu" ASC-nin korrupsiyalaşmasının bünövrəsini Oqtay Əsədov qoyub və bu indidə davam edir. Orada sağlam mühütin yaradılması bu şəraitdə, bu kadrlarla mümkün deyildir...

Aborigen 2021-10-25 08:59:01

Daldan elə-belə atılan daş...

Oxucu 2021-10-24 20:34:22

Azərsuyun yerli İdarə müdirlərinin obyektlərin dəyəri 100,0-200,0 min manatla ölçülür. Şəki Su İdarəsinin müdiri Bayram Məmmədovun topdağıtmaz sərvətləri var.. Sual yaranır : - hardan olub, əlbəttə dövlət vəsaitini talamaqdan......

Vətəndaş 2021-10-24 17:35:58

Talançılar ölkəmizi bizi milli sərvətimizi,bizim milyardlarımızı söküb dağıdır atır bizə,daşıyır ....

Eli 2021-10-24 16:00:40

Eger bu adamın”Azersu”dakı fealiyyeti yoxlanısa bunun Milli Meclisddki fealiyyeti toya getmelidir.”Azersu” Milli Meclis deyil orda istesal ve tikinti saheleti üzre xerclenen maliyyenin miqdari million dollarlarla ölçülür.Yeni bu sahe üzre mükemmel mütexessislerden ibaret Dövlet komissiyası tekce Oğuz -Qebele-Bakı su kemerleri şebekesinin tikintisi istismarı be bu günkü veziyyeti yoxlanılsa dehşetli menzetd yaranar ve melum olar bı gün bu Dövlet ehemiyyetli strateji oblekti demek olar ki nezaretsiz veziyyetde Allahın ümidine qalıb .Tam nezaretsizlşkdir:ne quyular qorunur,ne istismar norma ve qaydalarına riayet olunur ,quyulara geden yollar ise dehşetli bir veziyyetdedir.Xulase bele bir obyekte dövletin yüz millionlarla pulu serf olunsa da veziyyet çox acınacaqlıdır.Buna baxanda Oktay müellimin Milli Meclisdeki fealiyyetine mükafat da vermek olar.

Niyaməddin 2021-10-24 09:23:42

Allah lənət eləsin!

Moshu 2021-10-24 08:20:42

Xalqımın laqeydliyinə, biganəliyinə valeh olmuşam. Bu iki əməl korrupsiya əməllərindən də betərdir, daha təhlükəlidir. Bilmirəm bunun analizini kimsə edibmi? Bu gün oliqarxçıqlar peyda olublar. Oliqarx olmaq pis ŞEY deyil, amma gəlin görək bu bazarlarda vaxtı ilə şmotka, lifçik satanlar haradan oliqarx oldular? Bu oliqarx dediklərimizə xalqımızın böyük “sevgisi” var. Əgər oliqarx dediyimiz, vaxtı ilə zavod, fabriklərimizi dəyər-dəyməzinə həzmi rabedən keçirən, onun avadanlıqlarını, dəmir məmulatlarını İrana satan bu satqın insanclqlar haradan məmur oldular? Onlar olmasa idilər, görün neçə-neçə ailə bu zavod fabriklərdə çalışardılar, evlərinə normal qazanc gətirərdilər, daha gedib qul bazarında çörək pulu axtarmazdılar. Görün bu oliqarx dediklərimizin cinayətkar əməllərindən neçə milyon insan əziyyət çəkir və çəkməkdədirlər? Müzəffər Ali Baş Komandan boğazına qədər silahlanmış mənfur qonşularımıza onların havadarları başda olmaqla qalib gəldi, onları susdurdu, dəmir yumruğu əməldə göstərdi. Eşq olsun ONA. Bu silahsız oliqarxlara, korrupsionerlərə dəmir yumruğunu göstərə bilmədi? Əslində, bu gün bu dediklərimiz real gücə çevrilib, istənilən anda silahı iqtidara qarşı çevirə bilərlər, ona görə də onlara qarşı maliyyə amnistiyası tətbiq etmək əvəzinə vəzifədə olanlara və vəzifədən azad olunanların hərəsinə azad olunmuş rayonların bərpasını tapşırmaq lazımdır. İnanın ki, Qarabağ 5-10 ilə deyil, 1-2 ilə cənnətə dönər. Müzəffər Ali Baş Komandan oturduğu binanı da çirkab-üfunətdən təmizləməlidir. Orada bir neçə barmaqla sayılası məmurları çıxmaq şərtilə, hamısı arxivə təhvil verilməlidir. Görün iş nə yerə çatıb ki, şöbə müdirlərinin bəzilərini işin sonunda YPX evinə qədər müşaiyət edir. Cənab Prezident buna da diqqət çəkməsi gözəl addım olardı. Bundan əvvəlki şərhimdə xanımı Quliyeva Xuraman Böyükkişi qızı kimi göstərmişdim, atasının adı səhv etmirəmsə Böyükağa olmalıdır. Nə qədər gec deyil, Oktay Əsədov daha neçə ölü canları Milli Məclisdə saxladığını etiraf etsin, istintaqla əməkdaşlıq etsin ki, ona cəza təyin etdikdə məhkəmə onun günahının az bir hissəsini nəzərə alsın. Adminə xahişim odur ki, bu xarakterli yazıları gündəmdə saxlasın, bilsin ki, onun da dəmir yumruğu bu silsilə yazılardır.

Mahir 2021-10-24 00:56:59

O.Əsədov butun keyfiyyətləri ilə əsla və əsla layiq olmadıgı millət vəkilliyini indiki halda özü üçün " ştrafnoy" hesab edərək MM- in iclaslarına qatılmayaraq vəzifəsini icra etmir, həm də acgözlüklə maaşını alıb yeyirsən bunu lazımınca " qiymətləndirmək" mütləq lazımdır. Adam sanki çağırış edir ki, " mənim yerimi mənə göstərin" Amma nədən bunu etmirlər? Onun "dəyərini" ona göstərmək vacibdir. Nədən , kimdən küsüb özü bilər. Bəyəm Oqtay evdə arvaddan, övladından küsürsə evə gəlmir? Belə davranış sərgiləyən in hansı səviyyədə olduğu bəlli idi.. Zatən Oqtay Əsədovun simasında bu çoxdan hamıya bəlli idi. Harınlıgın, qudurganlıgın, görməmişliyin özündən müştəbehliyin tipik nümunəsidir Oqtay Əsədov.

Moshu 2021-10-23 22:35:33

Yazı öz aktuallığını saxlamaqdadır. Belə yazıları çox vermək lazımdır ki, xalq öz “qəhrəmanlarını” tanısın. Hərdən də fikirləşirəm, görəsən bu bəla ilə mübarizə aparmalı olan orqanlar bu yazıları oxumurlarmı? Görməli olduqları işin qulpundan niyə yapışmırlar? Konfutsinin gözəl bir ifadəsi var: Ortaya yaxşı davranış nümunəsi qoyarsansa, kim pis davranmağa cəsarət edər? Yaxud başqa bir deyim var: Pulun hökm etdiyi yerdə vicdan susur. Bu mövzu həqiqətən də aktual olaraq qalır. Bu gün də bu suala cavab tapa bilmirəm ki, Oqtay Əsədovun Milli Məclisə deputatlığına kim canfəşanlıq edib, onun sədr seçilməsinə kim yardımçı olub? Bu sualın bir neçə cavabı var, onlardan biri və ən başlıcası odur ki, bunu qanı qanımızdan olanın birisi edə bilməzdi.Heç mənfur qonşumuz da bunu etməzdi. Burada da hörmətli Ramiz Mehdiyevin izləri görünür. Bu mənim fərziyyəmdir, səhv də edə bilərəm. 15 illik Milli Məclisə sədrlik etdiyi dövrdə etmədiyi allahsızlıq qalmadı. Milli Məclisin yeni korpusunun tikintisi, bu yaxşı və xoşagələn addım idi, nəzərə alsaq ki, dədəsinin pulu ilə tikdirməmişdi. Yazıda çox gözəl fikir bildirilir “Elə həmin günlərdə Oqtay Əsədov Milli Məclisi Eldar Mahmudova “hədiyyə” etmişdi və hər bir deputat haqda ona məlumatlar ötürürdü. Bunu bütün deputatlar da təbii ki, bilirdi. Oqtay Əsədov Mahmudovun şəxsi əlaqəsində olan agentlərdən biri kimi ad çıxarmışdı.” Sual olunur, əgər belə idisə, nə üçün deputatlar ağızlarına su alıb bu məsələyə aydınlıq gətirmirdilər? Belə bir prinsipsiz deputat korpusu kimə və nəyə lazımdır? Mənə indi çatır ki, məhz ona görə də Milli Məclisin əməkdaşları məlumat ötürmək yarışına çıxmışdılar. Bunu mənə tanıdığım çox hörmətli əməkdaşlardan biri danışıb. Bu gün Milli Məclisə xanım olmasına baxmayaraq çox gözütox, demokratik ruhlu, Qərb dünyagörüşlü bir insan rəhbərlik edir. Artıq demək olar ki, xəbərçilər Milli Məclisdən yığışdırılıb, lakin az sayda da olsa tör-töküntülər hələ də Parlamentdə çalışmaqdadır. Yeni spiker fəaliyyətə başladıqdan sonra Oktay Əsədovun tör-töküntülərini tarixin zibilliyinə atdı. Yazıdakı fikrə bir balaca aydınlıq gətirmək istərdim. Mən “Oqtay Əsədov Milli Məclisi Eldar Mahmudova “hədiyyə” etmişdi” fikri ilə razı deyiləm. Oqtay Əsədov əslində Milli Məclisi MTN-nin filialına çevirmişdi. Milli Məclisə MTN-nin vəzifəli şəxslərinin övladlarını, qohum-əqrabalarını və s. yerləşdirmişdi. İllərlə Milli Məclisdə çalışan, ona can yandıran insanlar 3-cü sort kimi diqqətdən kənarda qalmışdır. Yazıda qeyd olunur ki, Oktay Əsədov bu qədər var-dövləti hardan əldə etmişdir? Nəzərə alsaq ki, Milli Məclisə yaxşı vəzifələrə qəbul edilənlər bəzi icra başçılarının övladlarıdır, onda bövladlarıütün mənzərə aydın olar. Məs., Çovdarov, Vəliyev, Məmmədov və s., kimi başçıların övladları illərlə Parlamentdə can qoyan əməkdaşları başlarının üstündən yüksək vəzifələrə təyinat alırdılar. Elə düşünürsünüz ki, Oktay Əsədov bütün bunları həmin başçıların ala gözlərinə aşiq olub işə qəbul etmişdi? Böyük ehtimalla bu xidmətin qarşlığında Oktay Əsədov da icra başçıların dan nəsə əldə eləmişdi. Tikinti maqnatlarının övladlarını da bura əlavə etsək yaxşı məbləğ alınar. Nəzərə alsaq ki, Sahibə xanım fəaliyyətə başladığı dövrdə 80-100 nəfərə kimi Oktay Əsədovdan qalma mirası Milli Məclisdən uzaqlaşdırdı, Oktay Əsədovun 15 il ərzində dövlətin büdcəsinə vurduğu ziyanı hesablamaq üçün heç maliyyəçi olmaq da lazım deyil. Daha sonra, xatırlayırsınızsa Milli Məclisin iclas zalının təmiri zamanı yalan olmasın “lesa” qurmaq üçün bir neçə vaqon taxta gətirib zalı təmir etmişdilər. Sonra o taxtalar hara yoxa çıxdı, kiməsə məlum deyil. Bu taxtalarla neçə qaçqın ailəsinə ev tikmək olardı. Milli Məclisə yeni kondisionerlər alındıqdan sonra istifadədə olan konsisionerlər hara yoxa çıxdı, hələ də bunu özlərindən savayı bilən yoxdu. Müddəti keçmiş avtomobillərin də taleyindən hamı bixəbərdir. Suallar çoxdur, cavabını isə Oktay Əsədovdan soruşmağın vaxtıdır. Son olaraq. Hansısa əldə-ayaqda qalan müəssisədə ölü canların mövcudluğu, o da başa düşülən deyil, lakin Milli Məclisdə ölü canların mövcudluğu, artıq bu heç cürə başa düşülən deyil. Məs., 10 il Milli Məclisdə adı gedən, özü isə işləməyən Quliyeva Xuraman Böyükkişi qızı bu sağlığına qismət artıq pensiya alır. Görün dövlətin ciyərini necə çıxardırlar, anasını necə ağladırlar? Bu çox ağır ittihamdır, bu qolovolomkanın həllini tapan oğul istərəm. Hüquq mühafizə orqanları bütün bu məsələlərə cavab axtarmalıdır, axtarmasa, kimə lazımdır belə orqan, Hesablama Palatası hara baxır. Belə-belə işlər.

Abdulla 2021-10-23 21:12:02

Bu qədər məlum faktlar niyə araşdırılmır?t Orqanlar hələ yuxdan ayılmayıb?Yoxsa YAP-çıları yoxlamaq olmaz.Bu gizli gödtrişlətin müddəti niyə qurtarmır.Axı bu talançılığa son qoyulmalıdır.

turan 2021-10-23 17:26:07

guya o biril

RR 2021-10-23 14:09:03

milletin pulunu yeyenler qan qusacaqlar !!!

TARIX 2021-10-23 12:07:49

DEYİLƏNƏ GÖRƏ AZƏRSUDA İŞLƏYƏNDƏ AZƏRBAYCANA SU TƏSƏRÜFATINI QAYDAYA SALMAQ ÜCÜN AYRILAN KREDİTLƏRİ BASIB YEYİRDİ.HARAMI OLSUN..

Son yazılar