Menu

ŞEYXİN DEPUTAT QARDAŞI ÖZÜNÜ GÜLÜŞ OBYEKTİNƏ ÇEVİRDİ - "Azərbaycan” sözünü düzgün yaza bilmir + FOTO

25.10.2021, 11:23
ŞEYXİN DEPUTAT QARDAŞI ÖZÜNÜ GÜLÜŞ OBYEKTİNƏ ÇEVİRDİ - "Azərbaycan” sözünü düzgün yaza bilmir +  FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadə sosial media hesabında Özbəkistan Respublikasında keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirakından yazıb.

Oxu.Az xəbər verir ki, Cavanşir Paşazadə “Facebook” hesabındakı paylaşımında dəfələrlə kobud orfoqrafik səhvlərə yol verib.

Belə ki, cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi” kimi qeyd edib.

Üstəlik, deputatın təmsil etdiyi ölkənin adının düzgün yazılış qaydasını bilmədiyi məlum olub. Cavanşir Paşazadə paylaşımında “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd edib.

Bu səhvləri ilə deputat ümumiyyətlə Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib.

Deputatın paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub, o, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.

Cavanşir Paşazadə daha sonra paylaşımını silib.

Onun sosial media hesabında yazdıqlarını olduğu kimi təqdim edirik: “Özbəkistan respublikasında keçirilən Prizident seçkilərində , Azarbaycan respublikasının parlamenti tərəfinnən muşahidəçi kimi iştirak edirəm”.


Şərhlər

GƏNCƏ 2021-10-28 16:00:52

Belələrinə antimilli ünsür demək lazımdır.Bunlarda utanan sifət yoxdur...

Aborigen 2021-10-25 16:52:20

Buna gülürük! Ancaq öz halımıza ağlamalıyıq!!!

Niyaməddin 2021-10-25 15:44:55

"Qiyamət əlamətlərindən biri də əhliyətsiz, savadsız, zalım şəxslərin səlahiyyət əldə etməsi olacaq." Hədisi Şərif. Allah sizə hidayət versin ay ...

pensioner 2021-10-25 15:18:48

Şükür etmək lazımdır ki,soyadını səhv yazsa da adını düz yazıb.

Azad 2021-10-25 14:49:28

Geyiminə- keciminə baxırsan, hər şey super. Ağızlarına açanda məlum olur ki, okazıvaetsa bu bahalı, brend geyimlərin içərisi .....(pardon) doldurulmuş numunəsiymiş. Dəhşət burasındadır ki ...xalqımızı parlamentində " təmsil" edirlər. Dəhşətdir....

Tahir 2021-10-25 14:40:45

60-70 ildə normal yazmagı öyrənə bilməyən aglın, təfəkkürün sahibinin ölkənin qanunverici orqanında xalqı təmsil edə bilməcəyi aksiomdur. Kiminsə nəsnəsidir prinsipi ilə dövlətin idarə edilməsinə soxuşdurulmanın belə də acı, biabırçı nəticəsi qaçılmazdır. Dövlət və xalq üçün utancvericidir. Təəssüf ki, bu yeganə hal deyil və təkcə deputatxanada baş vermir. Bütün ölkənin kadr bazası bu prinsip əsasında "formalaşıb," və ona görə də hərəkət və davranışları ilə, hər agızlarını açıb danışanda da ,yazı yazı yazanda belə onların yerinə bu xalq xəcalət çəkməli olur.Allah sizi də, sizləri bu xalqa sırıyanlara da lənət eləsin, xəcil etsin.Amin...

Roma 2021-10-25 14:22:12

"Axsaq atın kor da nalbəndi olar", "Ağası gülüm olanın...." və s... Şeyx həzrətləri "Vicdan və Şərəf Universitetində"," Vicdanın insan şəxsiyyətinin formalaşmasında rolu" mövzusunda mühazirə oxuyur...

RR 2021-10-25 14:17:39

Derdeee mimler deputat olur ) day sheyxin qardashididaaa ) Utanib yere qirmirleree

İsmayıl Xələfov 2021-10-25 14:04:31

Hansı biri danışdıqca özlərin batırırlar

Mahir 2021-10-25 12:15:36

Bu o deməkdir ki,seçicilərin səsinə bir qoz.Əsaspulnan deputat olmaqdır.

Xeqani 2021-10-25 11:46:15

Gūnūmūz qara gələr deputatımız "zırputat"olanda

Azər 2021-10-25 11:29:57

soyadını düzgün yaza bilməyəndən başqa nə gözləyirsiniz?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol