DEPUTATIN 20 MİLYONLUQ HESABLARI NƏZARƏTƏ GÖTÜRÜLÜB - Londonda Feyziyevlərə qarşı təqib başlayıb

Böyük Britaniyada Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 15 milyon funt sterlinq (20,5 milyon dollar) dəyərindəki hesablar nəzarətə götürülüb. Onların üzərinə həbs qoyulması ilə bağlı Britaniya Milli Cinayət Agentliyi vəsatət qaldırıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə blogerlər məlumat paylaşıb. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) beynəlxalq təşkilatının hesabatına istinadən qeyd olunur ki, şübhəli pullar Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın (7,86 milyon funt sterlinq), oğlu Orxan Cavanşirin (6,4 milyon funt sterlinq) və yaxın qohumu Elman Cavanşirin adına olan bank hesablarında saxlanılır.

İddia olunur ki, C.Feyziyev tərəfindən yaradılmış iki dərman kompaniyasına Azərbaycandakı müxtəlif mənbələrdən 138 milyon dollar pul köçürülüb.

“AzPolitika.info”

635x100

Şərhlər

Oxucu 2021-11-09 23:35:25

Azərbaycanın milyonlarını xarici dövlətin banklarında yatırılması, onu göstərir ki, aidiyyatı qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilmirər !

Şəkili 2021-11-03 21:14:33

Şəkini pis günə qoyublar, Səhiyyə sahəsinə kuratorluq edən, Şəki İcra Hakmiyyətinin müavini Zərinə Cavadovadır, o Yaqub Mahmudovun kadrı sayılır .

Vetendas 2021-11-03 11:08:21

Ona gore de Azerbaycannan getmisem. Indi amerikada heyat gorurem nedir..

Seyid Ənhu 2021-11-03 00:54:31

ƏZİZ MİLLƏT KİM Kİ BAHALI KOSTYUM GEYİNİB BOYNUNA QALSTUK TAXIR, MƏDƏNİ DANIŞIR BİL Kİ , ADAM İSTİSNASIZ OLARAQ OĞRUDUR.

Vuqar Memmed.oglu 2021-11-03 00:02:30

Bakıda apteklərdə həmişə aldığım müalicəvi şampun Kenozol..15.50 qəp Naxçıvanda 4.8qəp satılır!

Patriotka 2021-11-02 22:52:11

Feyziyev ve Yaqub mahmudov Sekide heryeri qamarlayib. Ailelerinin adlarina olan mulkler torpaqlar arasdirilmir. Shekide edalet qanun sirin yuxudan ayilmir. vaxtile katibeleri rolunda olan qadinlari vasitesile rayonda elalti fealiyyetlerini davam etdirirler. Sekinin 3 deputati var ucunden bir nescafe cixmaz. Bu qeder var dovlet olmagina baxmayaraq aileleri ovladlari neveleri xestedir. Bu dovrde cibindeki dollara baxib aglayan coxdur. Fagirda bundan zovq alir. Sekide temizleme getmelidir ufunetli rus esgileri yandirilmalidir.

Oxucu 2021-11-02 20:54:50

Caanşir Veyziyevin deputat təyin olunmasından ,yalnız onun yaxın qohumları və köməkçisi Akif Salamov divident əldə ediblər ?

OXUCU 2021-11-02 20:40:04

HEÇ SAĞ YEMƏSİN.DƏRMANDAN YIĞDIĞI MİLYONLAR DADINA ÇATMASIN.

Loğman 2021-11-02 20:25:31

Türkiyədə 32 lirəyə satılan dərman Azərbaycanda 17,8 manata satılşa qoyulur.Hələ nəzərə alsanız ki, Tüekiyə aptekləri də topdan həmin dərmanı daha ucuzalır və satış xərclərini əlavə edrlər. Bu zaman bu dərman möhtəkirlərinin AZərbaycan xalqını necə soyduqlarını və nəzarət olmadığını əyani sübut edir....

Famil 2021-11-02 18:41:59

Dərmandan qazanılan haram pullar cəzasız qalmır.Onları Allah cəzalandıeıe.

Camal 2021-11-02 16:46:53

Dərman biznesini özbaşına buraxılması belə hallatın baş verməsinin əsas səbəbidir.Nəzarətsiz səhiyyə,nəzarətsiz ticarət milləti məhv edir.

Şəkili 2021-11-02 15:32:26

Bəs xalq artisti segvilisin adına olan milyolar, milyonluq şirkətlərdən niyə danışılmır?

esger 2021-11-02 15:25:35

Cinayətkarın gec-tez məhkəməsi və cazəsi göydə yox yerdə və vaxtında olmalıdır

Qafar 2021-11-02 12:32:07

InwAllah Allah qarwisinda cavab verecik !

t.ədalət 2021-11-02 11:06:46

Allah xalqın haqqını yeyənləri,dərmandan var-dövlət piramidası quranları gec-tez cəzalandırır.

Camaat 2021-11-02 10:49:25

Bu qayırma "deputat" deyilən adam nə üzlə hər gün teleekranlara çıxaraq artistlik yapır?

Son yazılar