Azərbaycan Ordusunun generalı vəfat edib - Nəcməddin Sadıqovla eyni gündə MN-dən uzaqlaşdırılmışdı...

Uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş ehtiyatda olan general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən vəfat edib. "Report" xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Xatırladaq ki, general A.Vasyak birinci Qarabağ müharibəsinin ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında aktiv iştirak edib. O, həmçinin 1992-ci ildə Ağdərə istiqamətində ermənilərə qarşı uğurlu əməliyyatlarda şəxsən iştirak edib. A.Vasyak birinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsul vəzifədə çalışıb. Ordudan tərxis olunduqdan sonra Ukraynada yaşayıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.

A.Vasyak bir müddət əvvəl yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə, ailə üzvlərinin yanına getmişdi. O, bu gün ağır xəstəlikdən dünyasını dəyişib. A.Vasyakın həyat yoldaşı onun vəfatı xəbərini təsdiqləyib.

Qeyd edək ki, A.Vasyak 26 noyabr 1954-cü ildə anadan olub.

Əldə etdiyimiz məlumata görə, sabah generalın nəşi Bakıya gətiriləcək və o, Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi noyabrın 23-ə planlaşdırılıb.

Müdafiə Nazirliyinin rəsmilərindən general E.Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb.

***

"AzPolitika.info" dəqiqləşdirib ki, A.Vasyak 44 günlük Vətən müharibəsi başlayandan bir neçə gün sonra - Baş Qərargah rəisi Nəcməddin Sadıqovla eyni gündə Müdafiə Nazirliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılıb.

635x100

Şərhlər

korrektor 2021-11-22 12:54:46

Allah rəhmət eləsin!

B.Qarabağlı 2021-11-22 10:38:02

General_Mayor Aleksandr Petroviç Vasyaka insanların Yek Pənahı ALLAHdan rəhmət və RUHU ŞADlıq diləyirəm. Bütün qohum qohum və yaxınlarına Baş Sağlığı, uca rifah arzulayıram. Eləcə də 1987 ci ilin əvvəlindən Azərbaycanlıların erməni-daşnaq Milis və Hərbi soyqırımlarından müdafiəsində həlak olanların MÜQƏDDƏS RUHLARI qarşısında diz çökərək hamısının qalan qohum-yaxınlarına BAŞ SAĞLIĞI verir, əbədi ÇOX SAĞ OLUN!, deyirəm.

Son yazılar