Azərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat etdi - FOTO

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov vəfat edib. Bu barədə “Report”a qurumdan məlumat verilib.

O, 62 yaşında Türkiyədə, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mərhum bu gün Yevlax rayonunun Aran qəsəbəsində dəfn ediləcək.

"Qaynarinfo" xəbər verir ki, adı KİV-də oğlunun qəza keçirməsi, bir sıra tender qalmaqallarında hallanan mərhumu vəfatına səbəb  ciyərlərində yaranan ciddi problemlər olub. 

Yaxınlarının verdiyi məlumata görə, illər əvvəl İlyas Səfərovu teplavoz vurması nəticəsində daxili orqanlarından ciddi xəsarət alıb. Nəticədə problemlər ciyərinə də sızıb.

İlyas Səfərov uzun müddət idi müalicə alırdı. Türkiyədə həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

İlyas Səfərov

İlyas Səfərov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar