“QƏNAƏTCİL” NAZİR BU ŞİRKƏTLƏRƏ 250 MİLYON VERİB! - Bir binanın təmirinə 27 milyon ayırıb?


İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycanın ən “qənaətcil və insaflı” nazirlərindən biri sayılan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin “tender siyasəti” ilə bağlı maraqlı paylaşım edib.
“AzPolitika.info” xəbər verir ki, B.Hacıyev paylaşımında S.Babayevin rəhbərlik etdiyi nazirliyin "Aznest" və "Aqri Kon" şirkətlərinə 160 milyon manatdan artıq dəyəri olan şübhəli tenderlər verdiyini yazır.
Və misal olaraq, Göygöl rayonunda yerləşən Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin əsaslı təmirinə 27 milyon(!) manat xərclənməsini göstərir: “Sahil Babayev nazir təyin olunduqdan 2 ay sonra yaranan, bu günə qədər saytları, işlək telefonları, ofisləri olmayan, telefon nömrələri ard-arda gizlədilən "Aznest" və "Aqri Kon" şirkətlərinin açıq mənbələrdə 160 milyon manatdan çox tender udduğu qeyd olunur. Soldakı sənəddən də göründüyü kimi açıq mənbələrdə bütün tenderlər qeyd edilməyib, məsələn, 3 saylı Psixonevroloji müəssisənin təmirinə nə az, nə çox, 27.6 milyon manat ayrılıb. Ancaq bu məlumat elektron satınalmalar portalında yoxdur. Belə tenderləri, nazir müavininin "Ekvita"sı, "Ekvita" işçisinin "Global Legal" şirkətlərini də əlavə etsək, Sahil Babayev təxminən 250 milyon manatdan çox vəsaiti bu şirkətlərə verib.”

Xatırladaq ki, B.Hacıyevin adını çəkdiyi "Ekvita" və "Global Legal" şirkətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron xidmətlər adı altında milyonlarla manatlıq müəmmalı tenderlər verildiyi bildirilir. Həmin şirkətlərinsə Sahil Babayevin müavini Anar Kərimova yaxlın olduğu qeyd edilir. Lakin nazirlik indiyədək bununla bağlı ittihamlara heç bir rəsmi cavab verməyib.
Ardınca paylaşımda sözügedən nazirliyin əməkdaşlıq etdiyi şirkətlər barədə deyilir: “"AqriKon" QSC-nin saytı yoxdur. Facebookdakı səhifəsini hazırda 4(!) nəfər izləyir. Son post 2019-cu ildə yenilənib. Şirkətin nömrəsi GetContactda "Aznest" nömrəsi gizlədildiyi gün gizlədilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qədər sıx əməkdaşlıq etdiyi, 160 milyon manatdan çox tender verdiyi şirkətlərin rəhbərlərini cəmiyyətə təqdim etməlidir. Onların ofislərini çəkib, ictimaiyyətə məlumat verməlidirlər. Təsisçi mətbuat konfransı keçirməlidir, bu tenderləri necə udmaqları barədə açıqlama verilməlidir. Əks halda, susduqları müddətcə bu şirkətlərin Sahil Babayevə məxsus olması, Sahil Babayevin kabinetini təmir edən fəhlənin üstünü təmizləyərək atdığı imza ilə milyonların ora köçürülməsi barədə deyilənləri səssizlikləri ilə təsdiq etmiş olacaqlar. Eyni zamanda milyonlarla insanımız pensiya, müavinət dərdi çəkdiyi, işsizlikdən əziyyət çəkdiyi bir vaxtda naməlum, heç bir əlaqə məlumatları işləməyən, facebookda 4 izləyicisi olan şirkətlərə 160 milyon manat ayırmaqlarının cinayət olduğunu qəbul etdiklərini göstərəcəklər. “

Adətən, qanunsuz hesab olunaraq kəsilən pensiyaların məbləği barədə tez-tez fəxrlə hesabatlar verən, reallıqda isə çox zaman “qurunun oduna yaşın da yanması”, həmçinin əlillərin qəpik-quruşdan ibarət pensiyalarının müxtəlif bəhanələrlə və süründürməçiliklə kəsilməsilə, aylarla verilməməsilə müşaiyət olunan “qənaət prosesini” həyata keçirən nazirliyin 4 mərtəbəli və elədə böyük olmayan bir binanın təmirinə 27 milyon manat xərcləməsi doğrudan da düşündürücüdür…
Elə B.Hacıyev də nazirliyin bu “qənaətcilliyinə” eyham vuraraq yazıb: “Tikinti sektorunda təcrübəsi olan dostlar, bizi aydınlada bilərsinizmi ki, Sahil Babayev Göygöl kimi bahalı rayonda hazır tikilmiş olan bu boyda böyük binanı cəmi-cümü 27-cə milyon manata necə əsaslı təmir etdirib, necə qənaət edib o boyda böyük vəsaitə? Bu binanın əsaslı təmiri əslində neçə yüz milyon manat olmalı idi?”
C.Məmmədov
“AzPolitika.info”
Şərhlər
......... bir gün qusacaqsan hamısını
.... əl altından rüşvət alır və istəsəniz bunun üçün əlimdə lazımı sübut var. Allah bəlasın versin. Əsl güllə yarası almış Qazilərin həyatını məhf etdi. ......Müavinidə onun özündən betər rüşvətxor və xaindir.
Sahil Babayev əhali arasında nüfuzunu itirmişdir.Belə adamın nazir postunda qalması hakimiyyət üçün problemə çevrilə bilər..
SAHİL BABAYEV HAQQINDA BU GÜNƏ QƏDƏR XOŞ SÖZ EŞİTMƏDİM.VƏZİFƏYƏ TƏYİN OLUNAN GÜNDƏN İNSANLARIN CÖRƏYİNİ KƏSMƏKLƏ MƏŞĞULDUR.MÖHTƏRƏM PREZİDENTİMİZ İNŞALLAH TEZLİKLƏ ONUN FƏALİYYƏTİNƏ QİYMƏT VERƏR.
Sahil Babayev və onun yandaşları Dövlətçiliyimiz çökdürən,xalq və hakimiyyət arasında körpüləri yandıran,Qazaxstan olaylarının ölkəmizdə təkrarlanmasına zəmin yanadan,büdcə və xalqın kisəsinə qəsd edənlərdir.
Bu vicdansızı hardan getirdiler
O "çox təmiz " adamdır.İnanmıram belə işlərlə məşğul olsun .
Tərpənmə amandır bala, qəflətdən ayılma! Açma gözünü, xabi-cəhalətdən ayılma! Açsan gözünü rəngü məşəqqət görəcəksən, Millətdə qəm ümmətdə, küdurət görəcəksən, Qıldıqca nəzər millətə heyrat görəcəksən, Çək başına yorğanını, nikbətdən ayılma! Laylay, bala, laylay! Yat, qal dala, laylay!
meqalede.yazilanlari deye bilmerem, amma anar kerimov duz adamdir.
Siz Turizm Agentliyinde bas veren tender korrupsiyasi faktlarini arasdirsaniz yer ayaginizin altindan qacar! Fuad nagiyev butun tenderleri sifaris esasinda mueyyen qrupun uzvlerine yaxud oz dost tanisina verdirir. Turizm sektorundaki qanunsuzluqlari izleyen xususi sexsler hara baxir? Belke fuad ozude xususi insandir deye ona toxunmurlar? Azadeni ozune muavin secdirerek islerini daha da asanlasdirdi. Son dovrler kadr teyinatlari “teyinatsiz” ve absurddur. Medsedli sekilde leyaqetsiz sexsler vezifeye getirilir, semere ve seriste ise “0”. Prezidente verilen teqdimatlar merklidir. Kim Prezidenti aldadir Allah belasini verecek!! verirde!! Azpolitikadan xahis edirik ki xeber kampaniyalari hansisa sexsi yaxud qrup uzvlerini hedef almasin. Xeber yelpazesini genislendirin. Her nazirin, her bascinin her sedrin noqsanlarini ifsa edin. Amma bildirim ki, azpolitika cox beyenilir ozellikle C.Mammadovun arasdirmalari!
Şerti olaraq bir mertebe 1000 kvm.olsa demeli ancaq temire 1-1,2 million manat serf olunar,tebii ki bura avadsnlıq ve inventarların qiymeti daxil deyil.
Yuxarıda qeyd olunan müessisenin temşrine xerclenen 27 million manatın düzgünlüyünü yoxlamağın çox sade bir üsulu var ki bunu da tikinti sektorunda işleyen mühendisler yox,adi fehleler de bilir.Qimetler qalxmamışdsn evvel temir olunan saheni vurusan orta hesabla 300-400 manata alınan mebleğ çekilen xerci gösterir,İndi qiymetler qalxıb deye ssheni vurursan maksimium 500-600 manata bessalam.
Sahili hökumət islahatçı adlandırır Amma o məşğulluq proqramından milyonlar qazanır.Hacı ZAkir və oğlanları onun sağ əlidir
...Bununda vaxtına bir şey qalmayıb,İNSALLAH burnundan gələr! Adama ən çox təsir edən odu ki, gözü kasıbların,əlillərin pulundadı.....!
Bu Bextiyar Hacıyev Dünyanın 1 nömreli üniversiteti olan ABŞ-Harvardını qurtarsa da onun savadı “ çatmaz ki,Sahil Babayeve qiymet versin.Bınun üçün o gerek ya Naxçıvan ya da Lenkeran AOİ-mi qurtars.Qeribe oğlandı e bu Baxtiyar.
Anar Kərimov Bakı Dövlət Universitetində işləyərkən hec kimdən rüşvət almayan bir vicdanlı insan olub.Yüksək savadı və intelekti var.Bəxtiyar Hacıyev (Azərbaycanda 5 rayonun icra başcısı olmuş və DTX tərəfdən tutularaq məhkəmə hökmü ilə tutulmuş Vilyam Hacıyevin doğmaca əmisioğlu olan Bəxtiyar Hacıyev ) dəfələrlə ona cirkab atır ki, ləkələyə bilsin.Özü də bu qısqanclıqdan başqa bir şey deyil.Bəxtiyar Hacıyev yalancı , avantürist adamdır.Şər -xəta ilə məşğul olan Bəxtiyar Hacıyevin Allah cəzasını verəcək.
Tamamilə obyektiv yazıdır! Calal Məmmədovu dəstəkləyirik!
250 milyonun otkatı nə qədərdir? Nazir atasnın pulunu vermir ki, düşünə.Hələ otkat?
Elhelal ay sahil ) sûkani bele saxla !
Söküb dağıdırlar bizi. Misli görünməmiş talan-qarətə uğramış bir millətik. Axırımız necə olacaq? Yatırıq.
halal olsun gor ne gozal nazirdi qanayatcil ne gozal islayir vallah adam soz tapmir demaya
Otkat
Sahil Babayevin atası polis sistemində yüksək vəzifə tutub və buna görə də o ömrü boyu "halal" çörək yeməyə öyrəndiyindən mənə elə gəlir ki, bu rəqəm 27 milyon yox 27 manat kimi oxunsa daha "ədalətli" olardı.