LONDONDA OLİQARX DEPUTATIN MİLYONLARI MÜSADİRƏ EDİLDİ! - Məhkəmə Feyziyevlərlə bağlı qərar verdi + FOTO

Bu gün Londonun Westminster Magistrates Məhkəməsi azərbaycanlı oliqarx və deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyeva, cütlüyün oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsus olan bank hesabındakı 5.6 milyon funt sterlinqin Britaniya Milli Cinayət Agentliyi tərəfindən müsadirə olunması ilə bağlı qərar verib.

Ailə üzvləri iddia ediblər ki, onların sərvətləri Cavanşir Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib. Onlar “Regents” parkının yanındakı “Cumberland Terrace”də aldıqları milyonlarla funtluq evin pulunu da ordan ödədikləırini deyiblər.

Buna baxmayaraq, hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt sterlinqin 5,6 milyon funt-sterlinqinin müsadirə olunmasına dair qərar çıxarıb.

Müsadirə olunan pulun böyük hissəsi 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Deputatın oğlu Orxanın 1 milyon funt-sterlinqi, Elmanın da 240.000 funt-sterlinqi müsadirə ediləcək.

Qeyd edək ki, cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub.

“AzPolitika.info”

635x100

Şərhlər

Oxucu 2022-02-02 12:33:19

elxan Usubov 11- ildir ki, Şəkinin icra başçısıdır, onun birinci müavini həsən Həsənov 24- ildir ki, bir kresloda oturur, o biri müavini zərinə Cavadova 17-ildir Yaqub Mahmudovun kadrı kimi tanınır, Ərazi İdarə etmə şöbəsinin müdiri rəfail Mənəfov 30 ilə yaxındır, Hüquq şöbəsinin müdiri əhmədiyə 35 ilə yaxındır, Xəlil 40-ilə yaxındır icra hakimiyyətində işləyir, İcra Hakimiyyətinin Həmkarlar təşkilatının sədri Qüdrət Babayev 40-ilə yaxındır, artıq həmin vəzifəni özəlləşdiribdir.. Hörmətli məmurlar bu rayonda inkişaf olarmı ?

AZAD 2022-02-01 22:59:03

BƏS BELƏ FAKTLARA HAKİMİYYƏTİN REAKSİYASI NİYƏ GECİKİR ?

baba 2022-02-01 22:41:44

Cavanşirin köməçkisi Akif Salamov görmədikləri günü görür.....Özündən başqa heç kimi gözü görmək istəmir ?

İ.M. 2022-02-01 21:00:46

Oliqarx deputatların qanunsuz yolla əldə etdikləri milyonlar dövlətin büdcəsinə keçməlidir, çünki belə adamların milyader olması gələcəkdə dölətimiz üçün təhlükə mənbəyidirlər ?

Azər 2022-02-01 16:13:12

Bu "Şəkili" YerAz görüç hökumətin köməyi ilə nə hoqqalardan çıxır.Ay Feyziyev yalın artıq düşüb ki, Londindan səsin gəlir?Bütün bunlar hakimiyyətin bağışlanılmaz səhvlərindəndir.J

pensiyaçıdan Ədalətə 2022-02-01 14:08:26

Bunun nəyi ziyalıya oxşayır? Yaşlıların, xıstələrin qanını içir, od qiymətinə dərman satıb haram pulları xarici ölkə banklarına daşıyır. Allah bəlanı versin tezliklə. Dərman almağa pulumuz belə çatmır .

şəkili 2022-02-01 14:03:12

Hələ maliyyələşdirdiyi şəkili 2 bacı müğənnilərdən demirsiniz? Böyük bacınını adına 8 milyon manatlıq obyekt alıb Bakının mərkəzidə..Feyziyevin pulları hesabına bacılar günü-gündən çiçəklənirlər. Yazıq millətə od qiymətinə keyfiyyətsiz sırınan dərmanların hesaqbına...

t.ədalət 2022-02-01 11:28:51

Xarici ölkə səfirliklərində Azərbaycan talançılarının fəaliyyətini izləyən xüsusi casus şəbəkəsi var.Kim nəyi haradan çırpışdırır və hansı banklara yerləşdirir onlar onu çox yaxşı bilirlər.Xarici ölkə kəşfiyyatçılarının bu fəaliyyəti , həm də talan yolu ilə ələ keçirilmiş pulların terrora yönəlməsinin qarşısını almaq üçündür.

Cəfər 2022-02-01 10:23:59

Hakimiyyət 7 dərədən 7 cür su gətirir ki , uşaqpulu verə bilmərik. Bunların ən zəifin babat silkələsən 1 milyardan çox "bar" verər. Amma silkəmək işini ingilislər daha yaxşı bilir. Adam təsəlli tapır ki , biz ala bilməsək də , heç olmasa ingilislər alır. Necə deyərlər , " dinsizin öhdəsindən , imansız gələr " .

Insan 2022-02-01 10:05:41

Hele bu harasidir Dali gelecek dermanlari 5 gat giymetine satanda Irin gusacagsan

Vəkil 2022-02-01 09:28:24

O qərari qəbul etmish hakimin geni-milləti arashdirilamilidr.

Eldəniz 2022-02-01 07:32:04

Nə vaxta kimi MM de gəlir beyenamesi haqda qanun qəbul edilməsə xalq heç vaxt bilməz bunların nə qədər pulu var , haradan götürüb o pulu , hardan nə yolla qazanıb ..Bu işin hüquqi tərəfi ..Amma bu şəxsləre deesn ki , qazilere pul ver , tələbəyə kömək et deyəcək ki , dövlət etsin ....Al sene ...Pulları ingilislər alıb yedi , səsini çıxara bilmirsən ...Demək olar ki , əbədi deputat və məmurların uşaqları heç biri Azərbaycanda yaşamır . Hamisi xaricdə kef edirlər .

Rauf 2022-02-01 07:19:56

Deputatların hamısı Cavanşir gündədir. Ona görə iyirmi ildir eyni dairədən deputat seçilənlər zəli kimi yapışıblar MM-in kürsüsündən. Onları da araşdırsınlar.

Ramin 2022-02-01 07:11:41

Men Londonda yashayiram ve Orxani bir neche defe Sohoda Londonun merkezindeki barlarda gormushem yaninda sarishin ingilis gizlarla gezirdi. Chox guman ki Azerbaycan xalqinin pulu ingilis gizlarin meclisne xerclenir.

Vətəndaş 2022-02-01 02:12:56

Girdirmə dərman gətirib millətə baha sırıyanda bunu anlamalı idi.Millətin ahı yerdə qalmaz!

Seyid ƏNHU 2022-02-01 00:33:51

Bunun adı ingilis tələsidir.Əla tələdir. HA HA HA.

kasıb 2022-01-31 22:47:43

xalqın pulunu haramı yeyən özü də olmasa uşaqları qusacaq

miri 2022-01-31 22:06:14

Britaniya hakimiyyəti "əl qoyulan pul və əmlak sahiblərinin" sakit duracagını bilir....

Vuqar Memmed.oglu 2022-01-31 21:38:15

Cavanşir Feyziyev hörmət etdiyim şəxslərdən biridir,day bu və ailə üzvləri belə edirsə o birilər dən nə gözləyəsən?

Hummet 2022-01-31 21:09:47

Deputati beledirse rustem usubovun sheki xani elxan usubov Allah bilir iller erzinde neler qapazlayib. arasdiran yox vecine alan yox dolyalar bakiya axdiqca kreslo hemise firlanacaq. insanlarin ne islahata ne de seffafliga inami qalmayib. Shekinin deputati ingilterede Azerbaycani biabir etdi. Rusvayciliqdir.

turan 2022-01-31 20:37:25

Xalqın puluna ingilislər yiyə durdular. O pullar xalqa heç vaxt qayıtmayacaq. Milyonçunun dilənçi oğulları

Zaur hesenov 2022-01-31 20:04:17

Xalqin pulunu ingilisler yeyir

kohne 2022-01-31 19:44:58

bic gedeler her şeyimizi daşidilar Xarice.

Bashirov Qarib 2022-01-31 19:05:10

Xalqın pulu belə dağıdılr.Heç özlərinə də qismət olmur.Ölkəni idarə edənlər hara baxır?

oxucu 2022-01-31 19:00:18

Şəkinin deputatları o cündə, İcra hakimiyyəti o cündə, Bələdiyyəsi o cündə...? Bu rayonda inkişaf olarmı ?

RAHİM 2022-01-31 18:45:52

Deputat yox BİZNESMENLƏR MƏCLİSİNİN ÜZVÜ ( DEPUTAT ADINA BU LƏKƏDİR).

TT 2022-01-31 18:27:13

Milletin puludu) Haram pullardi, derman pullaridi))

Azər 2022-01-31 18:25:10

...kasıbın qanını sorurlar, yığırlar, yığırlar sonda da aparıb verirlər rusa, erməniyə indi də ingilisə...

Eli 2022-01-31 18:23:14

Göresen bşzim bu hörmetli deputatlar ,memürlar bu qeder eziyyet çekib qazandıqları millionları niye mehz esasen İngilterede müxtelif sahelere yatırırlar.Mence onlar bizim başqa bir Atalar misalına emel etseler başkarı salamat olar:Al qapında ,sat qapında.Ferq nededir.Ferq ondadır ki xaricde mğsadire olunanlar onlara qalır bizde musadire olunanlar Azerbaycana.Bunlarda vetenperverlik de yoxdur bir sz da olsa.

Eli 2022-01-31 18:16:03

Bizım Azerbaycan Xalqının gözel bir Atalar meseli var:Ağıllı ovçunun beresine ov öz ayağı ile geler.İndi ingilisler işlerini çıx gözel qurublar.Esrler boyu dunyada müstemkeçilik siyasetinin başında duran Böyük Britaniya bu gün Dünyaya Demokratiyadan ders keçir,ancaq müstemkiçilik siyaseti de öz yerinde qalıb,sadece forması deyişib,mezmun ise eynidir.

Ədalət 2022-01-31 18:13:22

Londonda cinayətkar, burada ziyalı deputat ! Bu dəhşətdir !

Son yazılar