DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ HƏBSLƏR... - “Meyvəli” terminalının rəisi və daha 3 nəfərin saxlanıldığı bildirilir

Bir müddət əvvəl “Meyvəli” gömrük postuna rəisi təyin olunan gömrük polkovnik-leytenantı Cəfərov Davud Cabbar oğlu və daha 3 nəfər şəxs DGK-nın Əməliyyat İdarəsi əməkdaşları tərəfindən rüşvət alarkən tutulub. 

Bununla bağlı “AzPolitika.info”-ya daxil olan məlumatda deyilir ki, Davud Cəfərovun DGK sədri Səfər Mehdiyevin yaxın qohumları ilə şərikli biznesi də var.

Mənbə bildirir ki, əməliyyat fevralın 9-da keçirilib: “Səfər Mehdiyevin bacısı yoldaşının qohumu, bir müddət əvvəl “Meyvəli” gömrük postuna rəis təyin olunan gömrük polkovnik-leytenantı Cəfərov Davud Cabbar oğlu və daha 3 nəfər DGK-nın Əməliyyat İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Fevral ayının 9-da idarə əməkdaşlarının apardığı operativ tədbirlər nəticəsində “Meyvəli” gömrük postunda xadimə işləyən qadından külli miqdarda pul vəsaiti götürülüb. Qadın ilkin dindirmə zamanı bundan əvvəl də rüşvət kimi ona verilən pulların hamısını Davud Cəfərova verdiyini bildirib”.

Məlumatda deyilir ki, hal-hazırda tutulan şəxslər sərəncama alınıb. Digər şəxslərin adları hələlik məlum olmasa da, onların birbaşa post rəisinin tapşırığı ilə hərəkət etdiyi bildirilir.

Məlumata görə, Davud Cəfərov S.Mehdiyevin bacısı oğlu, Gömrük Komitəsində Audit Baş idarəsinin rəis müavini işləyən Asiman Cəfərovla biznes şərikidir.

Hətta bildirilir ki, bu hadisə səbəbindən S.Mehdiyevin bacısının yoldaşı Cəlil Cəfərovla gömrük rəisi arasında münasibətlər pisləşib. Hələ ki, işin prokurorluq orqanlarına verilmədiyi bildirilir və daxildə təhqiqat aparıldığı qeyd olunur.

Qeyd olunanlarla bağlı Gömrük Komitəsinin mövqeyini öyrənməyə cəhd etsək də, zənglərimizə cavab verən olmadı. Ancaq onların da mövqeyini işıqlandırmağa hazırıq.

“AzPolitika.info”

635x100

Şərhlər

RAHİM 2022-02-26 17:37:37

Tamamilə Doğrudur. Nehrəmlilərin Gömrükxanası.

Azərbaycanlı 2022-02-19 09:22:15

Kömrük Naxçıvanlıların koperatividir

rasim quliyev 2022-02-16 23:45:36

Bir yerdeki adini yaza bilmeyen ishleyir.Ordan ne gozlemek olar.Gomrukde 80 balldan yuxari yigan adamlar hamsi rayonlara gedir .Baki yalniz Nehremliler ucundur.Hec Kemalleddin Heyderov vaxtinda gomruk bele kolxoz deyildi.Rusveti qanunileshdiribler.Sadece adam var mallini duz 1ay saxlayirlar gunede 100dollardan .Sahibkarlar hamsi gomrukden sikayetcidirler

Adil 2022-02-16 20:56:52

Bəs burada lövbər salmış Məmmədhəsən lişinin "adamlarını"nə vaxt dəyişəcəklər.

Qurban 2022-02-16 13:57:57

Dövlət Gömrük Komitəsinin adının dəyişdirilərək Nehrəmlilətərin Gömrük bazarı, marketi, talkuşkası nə bilim ticarət bazarı kimi bir ad qoymaq onun faktiki fəaliyyətini özündə daha dolgun və ədalətli şəkildə ehtiva edər. Millətin də agzı birdəfəlik yumular.....Oxay nə qəşəng səslənir.

Veteran 2022-02-16 13:39:42

Bunların hamısı bir kəndin eşşək minənləridirlər,Özləridə bir yırtıcı tayfadandırlar.Səlim deyilən başda olmaqla bütün kömrük komitəsində 30 ildir yuva salmış cinayətkar dəstəni damlamaq lazımdır .Yığdıqları sərvəti isə əllərindən almaq,Qarabağın bərpasına sərf etmək lazımdır.Onsuzda bütün dünyada biabır olmuşuq.

RR 2022-02-16 07:19:33

Kômrûk , milletin qara ûzûdû)) biyabr olmushuq tay ,,,,,,

Patriot 2022-02-15 21:36:14

Sefer Mehdiyevi ne vaxt qaramaskalilar gelib aparacaqlar

İş adamı 2022-02-15 20:19:12

Gömrük tam tərkibdə buraxılmasa bura düzələn deyil.Nehrəm klanı gömrükdən təmizlənməlidir.

Son yazılar