SABİQ NAZİR AVROPANI NECƏ “FƏTH” EDİB? - Qarayev ailəsinin daha 2 ölkədə çoxmilyonluq biznesi aşkarlandı + FOTOLAR

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin ailəsinin xarici ölkələrdə çoxsaylı biznes obyektlərinə sahib olduğu məlumdur.  Bu ailənin Rusiya, Litva, Panama, Malta, Türkiyəni əhatə edən böyük biznesi barədə mətbuatda geniş materiallar verilib.  

Araşdırmaçı jurnalist Cavanşir Həsənli DTX-nın Mədəniyyət Nazirliyində apardığı korrupsiya əməliyyatından sonra vəzifəsindən azad edilən sabiq nazirin ailəsinin Avropanın daha iki ölkəsində biznesini aşkarlayıb. Bu barədə o, özünün "Facebook" səhifəsində məlumat yayıb.

C. Həsənli bildirir ki, Adriatik dənizinin sahilində, Xorvatiyanın tarixi Pula şəhərinin Amfiteatr meydanında Əbülfəs Qarayevin ailəsinə məxsus üçulduzlu, üçmərtəbəli "Amfiteatr" oteli yerləşir. Keçmiş nazirin ailəsi bu otelə 12 il əvvəl sahib olub.

Jurnalist əlavə edir ki, Pulanın Amfiteatr küçəsi 6-da yerləşən otel 18 nömrədən və geniş restorandan ibarətdir: "Bura köhnə tarixi bina olub. Yerli dövlət orqanları binanın mühafizəsi şərtilə modernləşdirilməsinə icazə veriblər. O zaman Xorvatiya mediası yazırdı ki, otel Azərbaycandan olan "biznesmenə" 1 milyon avroya başa gəlib".

C. Həsənlinin sözlərinə görə, yatırım edən LK D.O.O. (LTD) şirkəti 2008-ci ildə Pulada, Mutvoranska 3 ünvanında 20 min xorvat kunası nizamnamə kapitalı ilə qeydiyyata alınıb: "Daşınmaz əmlak alışı və satışı kateqoriyasında təsnifləşdirilmiş LK D.O.O-nun təsisçisi isə keçmiş mədəniyyət naziri Ə.Qarayevin həyat yoldaşı Lalə Kazımovadır.

Xorvatiya mənbələrinə görə LK (Lalə Kazımova ad-soydının abbreviaturası) LTD-nin 2020-ci idə gəliri 604.712.00 xorvat kunası təşkil edib.

Rəsmi sənədlərdə şirkətin icraçı direktoru kimi Anar Nağıyevin adı keçir. O, Əbülfəs Qarayevin zamanında Mədəniyyət və Turizm Nazirliyində müşavir vəzifəsində çalışıb.

Anar vaxtilə YAP elitasının önəmli fiquru olmuş sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin qardaşı oğludur. A.Nağıyevin atası bir zamanlar Səbail və Binəqədi rayonlarının polis rəisi olmuş Nazim Nağıyevdir.

Yeri gəlmişkən, Əli Nağıyevin Rusiya paytaxtında bizneslə məşğul olan oğlu Araz Nağıbəyli də Ə.Qarayevin ailəsinə məxsus şirkətlərdən birinin direktoru olub.

Xorvatiya mediası o zaman Ə.Qarayevin otelinə iki mənbədən - Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) vəsait yatırıldığını yazırdı. Bu məlumat Qarayevlərin Azərbaycan mədəniyyətinin talan edilməsi hesabına əldə edilmiş pulların BƏƏ-yə qədər daşındığına ipucu verir".

Cavanşir Həsənli yazır ki, keçmiş nazirin və həyat yoldaşının Adriatik sahillərinə marağı Xorvatiyanın bu əsrarəngiz şəhəri ilə bitmir. Ə.Qarayevin həyat yoldaşı 2010-cu ildə Xorvatiyadakı şirkət üzərindən Monteneqroda da eyni adla şirkət - "L.K.Montenegro"nu açıb.

"Onlar bu şirkət vasitəsilə Monteneqroda daşınmaz əmlak sahibi olublar. Şirkət əslində keçmiş nazir ailəsinin Adriatik sahilindəki kiçik kurort şəhəri Herseq Novidə, Srbina küçəsi 1 ünvanında aldıqları bağ-bağatlı iri mülkün üzərinə qeydiyyata alınıb, 2018-ci ildə isə ləğv edilib. Herseq Novidəki şirkətinin direktoru qismində Abbas Fatullayev adlı şəxsin adı keçir. Abbas həmçinin Qarayev ailəsinin Azərbaycanda təsis etdikləti “GALS” MMC-nin də qanuni təmsilçisidir" - deyə C. Həsənli yazır. .

Araşdırmaçı jurnalist daha sonra keçmiş nazirin Azərbaycan, Rusiya, Litva, Panama, Türkiyə, Malta kimi ölkələrdəki şirkətləri haqqında məlumatları açıqlayıb:

“TRIAT EXIRE” UAB (LTD) - Litva;

KL BODRUM EMLAK TİCARET VE SANAYİ LİMİTED - Türkiyə;

“SQ-FUTURE” MMC - Azərbaycan;

"TM GROUP" - Azərbaycan;

"QALS MMC" (ГАЛСООО) - Rusiya;

“GALS GALLERY” MMC - Azərbaycan;

“GALS BEAUTY AND SPA” - Azərbaycan;

"RİMBA S.A." - Panama (ləğv edilib);

"GREEN FARMS AZERBAİJAN" MMC - Azərbaycan;

"GREEN FARMS INTERNATIONAL" LTD -Malta;

"A&S LIMITED" - Malta;

"ADİNOTEC LTD" - Malta;

“COLAB” BİZNES MƏRKƏZLƏRİ - Azərbaycan;

BODRUMDA OTEL;

"NAİLROOM" GÖZƏLLİK SALONLARI - Azərbaycan;

Biləsuvarda 5000 ha torpaq sahəsi.

Qeyd edək ki, Əbülfəs Qarayevin Azərbaycanla yanaşı Rusiya, Litva, Panama, Maltanı da əhatə edən böyük biznesi barədə "AzPolitika.info"-da geniş yazı verilib (BAX: ƏBÜLFƏS QARAYEV PULLARI PANAMA, MALTA, LİTVA VƏ RUSİYAYA DAŞIYIB... - Şok faktlar, sənədlər yayıldı + FOTOLAR)

"AzPolitika.info" 



635x100

Şərhlər

Famil 2022-04-08 00:38:08

Jurnalist müəllim və Doğru qardaş, mənə bilgi verdiyiniz üçün sizə təşəkkür edirəm. Amma dediyim odur ki, bu internet müəllim və araşdırıcı fondlar deyəsən yaman korrupsiyaya uğraşıblar. Məmur vəzifədə olanda yazmır, yıxılan kimi baltalayır, məqalələr yaxır, yaxud da fondun günahıdır ki araşdırıcı jurnalistə maaşı həmin dövrdə verir

Məzahir 2022-04-07 10:07:11

Qanı natəmiz.vicdanı pak olmayan təsadüfi şəxslərdən..........

Vətəndaş 2022-04-07 07:56:35

TALANÇILAR BİZİ ÖLKƏMİZİ ÇAPIB TALAYIB DAŞIYIBLAR VƏ DAŞIYIRLAR. BİZ İSƏ ŞİRİN YUXUDAYIQ YATIRIQ.

Seyid ƏnHU 2022-04-07 01:00:04

Putin cəhənnəmə gedəndən sonra belə həyasız oğruların sonu çatacaq. Məncə indidən postputiniuzmə hazırlıq işlərinə başlanılmalıdır.Ölüm hökmü qəbuledilən olmadığı üçün ən azından sürgün cəzası qanuniləşdirilməlidir. Əminəm ki, ölkəni xilas etmək üçün bu ediləcəkdir. Bir az gec-tez məsələsi var. Millətimizin pulunu qarət edib sonra sırtıqcasına onun gözünün önündəcə kef edənlərə nəhayət ki, yerləri göstərilməlidir. Ölkənin məşhur oğrularını uşaqdan tutmuş böyüyə kimi hamı tanıyır. İlk öncə bu oğruların ölkədən çıxışına qadağa qoyulmalıdır. Mətbuatda gedən məlumata görə bu adam da milli sanksiya altındadır. Yəqin ki, yuxarıda sadalanan mülkləri də hələ ki, mətbuata təıqdim olunan hissəsidir. Görünən odur ki, ölkənin imicinə zərbə vuran, xalqımız haqqında mənfi fikirlər oyadan bu cür harın anarxistləri sivil qanunlara cəzalandırmaq effekt verməyəcəkdir. Odur ki, orta əsrlərin klassik təcrübəsini tətbiq etmək zərurəti ilə razılaşmaqdan savayı əlacımız qalmır. Bir halda ki ölüm cəzası mümkün deyil, elə isə bu tiplər heç olmasa ölkə daxilinə ucqarlara və ya yiyəsiz Xəzər adalarına sürgün edilib tənha yaşamağa məkum edilsinlər. Məsələn, sözügedən varlıq ömürlük olaraq Kürdəmir-Hacıqəbul biyabanına sürgün edilə bilər. Qoy orada səhradan kənara çıxmamaq şərti ilə 56% istidə, al günün altında, qara çadırın içində özü yatsın-özü dursun.Özü bişirsin-özü yesin. Özü əksin-özü biçsin. Bu göz ovan manqurtların analarından əmdikləri süd burunlarından töküməyənə qədər millətin ahı yerdən qalxmayacaq. Bundan ədalətli hökm olarmı? O ki qaldı bunların xaricdəki villa və malikanələrinə millətimin bir balasına da o qan və qarğışla tikilən mülkdə nəfəs almağı yaraşdırmaram. Qoy o mülklər də başımızın-gözümüzün sadağası olsun, küləklərə, cinlərə, ifritlərə qalsın.

Jurnalist 2022-04-06 20:39:35

Araşdırıcı jurnalistlərə oģru məmurları ifşa edən beynəlxalq fondlar maaş verir. Bir az savadlı olun Famil m. Onlar heç yetə getmirlər. Internetdən məlumatları tapırlar.

Doģru 2022-04-06 20:15:49

Famil, deyəsən sən də oliqarxsan? Heç xoşuna gəlmir oģru məmurların ifşası. Sən jurnalistdən haradan pul tapdıģįnı soruşmaqdansa xalqın pulunu oģrayanlardan haqq hesab soruş.

millət 2022-04-06 17:12:54

Guya indiki mədəniyyət naziri və digər nazir və komitə sədrləri Əbülfəs kimi işləmirlər? Hamı belə işləyir. Ancaq millət acından ölür. 50 manat uşaq pulu verməyə pulları yoxdur. Pensiyaçılar qareındolusu yemək yeyə bilmir. Dövlətin onlara verməyə pulu yoxdur?

pensioner 2022-04-06 17:06:09

Soruşan yoxdur ki mədəniyyət nazirində bu qədər pul hardandır? Guya bilmirdilər ki Əbülfəsin nəyi var, nəyi yoxdu?

hökümətə 2022-04-06 16:15:09

xalqın pensiyalarını kəsirlər ki, pul yoxdur. Bəs bu pul deyil? Zəhmət çəkin bu əmlakları satıb camaatın pensiyalarını verin!

İslam 2022-04-06 15:52:19

Ona görə də camaat acinnan hamisi taxi sürür. Bele gədələrin 1000 yerde her bir şheyi var. Amma yanlarına girib 50 manat istiyende uşag kimi aglayirlar. Lənət 1000 lənət

AMIN 2022-04-06 15:21:17

Dövlətin və millətin sərvətlərini dağıdanlara ar olsun.Azərbaycanda oğurladıqları pulları xaricə çıxaranlar dövlətə və Prezidentə inanmayanlardır.Onlar əsl vətən xainləridir.

Roma 2022-04-06 14:18:12

Daraşıblarmış Əbülfəs və onun kimiləri, Xalqın malına, canına qanına...Lazımı cəzasını almalıdırlar...

Loğman Behbudov 2022-04-06 13:53:31

Bunun səbəbi hakimiyyətin ətrafına nadürüst adamları yığmasıdır.Belə hal indi də davam etməkdədir.Ən pisi isə odur ki, hətta aşkar olunduğu halda belə hökumət b adamlara güzəştə gedir.Niyə? Cəbəb nəditr?Məgər hakimiyyət d belə aadamlardan təşkil olunub?Axı bu həm ölkənin,həm də milətin faciəsidir.

Faiq 2022-04-06 13:40:12

bu hec dilimize hormet efib sirketleride oz dilimizde adlandirmayib).niye cezalandirilmir bes ?)

Famil 2022-04-06 13:13:14

Bu araşdırıcı jurnalist özünün gəlir mənbəsi hardandır, hansı vəsait hesabına ölkə-ölkə gəzir araşdırır?

Son yazılar