AMEA-nın VƏ İŞÇİLƏRİNİN TALEYİ NECƏ OLACAQ? - Məlumatlara aydınlıq gətirildi

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib.

Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatlar elmi tədqiqatların aparılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və elmi nailiyyətlərin iqtisadiyyata inteqrasiyası baxımından əhəmiyyətlidir.

Yəni “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əsas məqsədi elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsidir. Fərmanla Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək. Elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə verilir və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.

Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri ilə bağlı instituları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə də, bu, akademiyanın ləğvi mənasına gəlmir.

Humanitar institutlar AMEA-nın balansında qalır. AMEA-nın Gəncə, Naxçıvan bölmələri, eləcə də Şəki və Lənkəran elmi mərkəzləri öz fəaliyyətini bu qurumun tabeliyində davam etdirəcək.

“Report”un əldə etdiyi məlumata görə, alimlərin, elmi müəssisələrdə çalışan işçilərin ixtisarı nəzərdə tutulmur və qurumun yeni statusu onun yeni nizamnaməsi ilə müəyyənləşdiriləcək. AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər.

AMEA-nın tabeliyində olan elm müəssisələri aşağıdakılardır:

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;

Fəlsəfə və Sosiologiya İnstitutu;

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;

Nəsimi adına Dilçilik İnstitutu;

Memarlıq və İncəsənət İnstitutu;

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;

Folklor İnstitutu;

Elm Tarixi İnstitutu;

Qafqazşünaslıq İnstitutu;

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

Mərkəzi Elmi Kitabxana;

“Elm” Nəşriyyatı.

Onu da qeyd edək ki, Fərmanda həm AMEA, həm də yeni nazirliyin maddi-texniki məsələlərinin həll olunması nəzərdə tutulub.

635x100

Şərhlər

Elmira 2022-07-29 09:08:17

Şükürlər olsun! Allah xeir versin! Çox sağol cənab Prezident!

Eli 2022-07-29 01:29:45

AMEA- nın işçilerini yerine olsam şexse gedib “Uber” şirketinde sürücü -taksi sürücüsü işleyerem, çğnkü orda işçiye qiymet verirler,burda ise kolxoz bazarıdur bir meger cesaretli meşhur alim çıxıb meydana sözünü deye bilmir, daha bu Azerbaycan elmini nece inkişaf etdirmek isteyirler,bunların heç vetendaş mövqeyi yoxdur ,onda biz neden döhbet edirik bunlar ki, yatıblar- qabaqda geden ağıllılar.

Eli 2022-07-29 01:20:44

Mence hem AMEA - nın hem. de Tehsil nazirliyini vermek lazımdır Mijsuıl Cabbarovu İqtisafiyyat nazirliyine o da kollegiya iclasında baxdın meslehet biler saxlasın meslehet bilmez leğv etsin.

Eldar 2022-07-29 00:51:20

AMEA - da 5 - ci kolon rehberinin Bash Qerargahi yerleshir .............

t.ədalət 2022-07-28 20:14:38

Dövlət pul axtarışı ovundadır.Ola bilsin ki,bir-çox lazımlı sahələr ləğv edilsin.AMEA ləğv edilərsə,bu,artıq müstəmləkə idarəetməsi olar.Elmlə təhsili birləşdirmək gülüncdür.Elm ayrı,təhsil ayrı məsələdir.Ləğv edilməli çox sahə var.Məsələn,ekologiya və təbii sərvətlər nazirliyini kiçik bir idarəyə çevirmək olar.Maliyyə nazirliyi ölkədə pulun üzərində nəzarəti itirib.Maliyyə ehtiyatlarımız haqqında məlumatları Rusiyaya ötürən bir quruma çevrilib.Onun da fatihəsini oxumaq zamanıdır.

Esger 2022-07-28 19:59:41

Allah razi olsun bu gerari verennen

Son yazılar