AZƏRBAYCANIN LONDONDAKI SƏFİRLİYİNƏ HÜCUM OLDU - Radikal dini dəstə tərəfindən + VİDEO

Azərbaycan Xarici İşlər Nazirliyi Londondakı səfirliyə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.


635x100

Şərhlər

Camaat 2022-08-05 10:20:32

Səfiri və əməkdaşları oradan RƏDD etmək lazımdır.Bayrağımızı çıxarıb hansısa molla rejiminə məsus ünsürlərin cındır parçaları ilə binaya girməyə və asmağa imkan verilməməli idilər.Polis gələnə kimi bu ünsürlər öz misiyalarını yerinə yetirdilər. UTANIN ay səfir deyilən "adam" və qoxaq ,lazımsız əməkdaşlar.

Camaat 2022-08-05 10:19:27

Səfiri və əməkdaşları oradan RƏDD etmək lazımdır.Bayrağımızı çıxarıb hansısa molla rejiminə məsus ünsürlərin cındır parçaları ilə binaya girməyə və asmağa imkan verilməməli idilər.Polis gələnə kimi bu ünsürlər öz misiyalarını yerinə yetirdilər. UTANIN ay səfir deyilən "adam" və qoxaq ,lazımsız əməkdaşlar.

Cəmşid Dərələyəzli 2022-08-05 08:51:43

Utancverici. Təbii ki, ümumi bir qayda olaraq diplomatik kanallarla meseleye Azərbaycan öz münasibətini bildirir ve bildirecek de. . Amma bizləri əsas maraqlandıran həmin görüntülərdə heç bir səfirlik əməkdaşımlzn gözə dəyməməsidir. Necə yani bir qrup çapulçu bayrağı endirsin, səfirliyin heç bir əməkdaşı reaksiya verməsin və hələ utanmadan da deyilsin ki, heç bir səfirlik əməkdaşı xəsarət almamışdır. Onlara diplomatik dəyərlər və bayraq sevgisi bu qədərmiu zəif aşılanıb. Təbii ki, xaricə göndərilən diplomatların çoxu day-dayı ilə, tapşırıqla göndəriləndə "cəsarətləri" də bu olacaq. Bəyəm onlar bilmirlər ki, siyasət yürüdüldüyü yere kimi yeter, sonrası gücdür. Şəhid qanları ilə boyanmış o bayraq, bəyəm onlar üçün nədir. Olmazdımı ki, biri canını ona sipər edərdi. Ona görə də Xarici İşlər Nazirimiz Cehun Bayramov bütün bunlara da cavab verməli və öz işlərinə və xaricdə olan səfirlik əməkdaşlarının tərkibinə də yenidən baxmalıdır. Bunlar bəyəm heçmi Dövlət Başçısından ders almazlar. Görmədilərmi, 44 günlük Vətən Müharibəsində o Adam Şuşada şəhadət şərbətini içib döyüşə atılan əsgərlər qədər, masada bütün dünya güclərinə qorxmadan, çəkinmədən meydan oxudu. Beyem bu kadar ucuzmu, Ali Baş Komandanın masada askeri olmaq.

Vahid 2022-08-05 02:34:43

Ermeniynen farsin birge ishbirliyinin subutu

turan 2022-08-05 00:49:00

Şiri-xurşid caynaqlarını göstərir

Alim 2022-08-05 00:20:41

Britannia bunu bilerekden edin. Britanniayanin bakidaki sefirliyine miting olunmalidi

Telman 2022-08-05 00:17:53

Ingilisler hemishe ermeniperest olublar

Son yazılar