İRAN TÜRKLƏRİN ƏSƏRİDİR! - Yasəmən Qaraqoyunlunun yazısı

Yasəmən Qaraqoyunlu

İranın Fars-Sasanlı şər sisteminə qarşı Azərbaycanın apardığı təbliğat-təşviqat prosesini təhlil edəndə, çıxışçıların, jurnalistlərin dilindən səslənən söyləmlərə, qavramlara, mesajlara və təsəvvür olunan gələcək haqqındakı fikirlərə baxdıqda belə qənaətə gəldim ki, Stalinə bağlı məxfi qrupun hazırladığı, Mir Cəfər Bağırovun həyata keçirmək istədiyi, uğrunda 25 min insanın öldüyü Stalin-Bağırov Bütöv Azərbaycançılığı dirilib.

Bütöv Azərbaycan ideyasını millətimiz bağrında yetişdirib. Lakin Rus imperiya ağlı bu ideyaya çəki düzən verib, ideyanın içi boşaldılıb, türksüz Bütöv Azərbaycan ideyası dəstəklənib və daim orta doğuda rəqabət halında olan İngiltərə (2-ci Dünya Savaşından sonra Amerika)-Rusiya qarşıdurmasında kullanılıb. Rus Bütöv Azərbaycançılığının (Rusiyanın, İranın mərkəzinə qədərki bölgələrə nəzarət etməsini əsaslandıran ideya. Bu ideya əsasında Rusiya Türkmənçay müqaviləsində nəzərdə tutulan ərazidən daha böyük ərazini, İranın yarısını ələ keçirəcəkdi).

Bütöv Azərbaycan uğrunda mübarizənin Elçibəy mərhələsində Bütöv Azərbaycan ideyası milliləşdirildi. Türk və Azərbaycan qavramları eyniləştirildi. Türk millətinin Bütöv Azərbaycan ideyası strateji proqram halına salındı, əsaslandırıldı. Bütöv Azərbaycan sərhədləri Xəzərdən-Kəngər körfəzinə qədər çizildi.

Dəyərli jurnalistlər, təhlilçilər o halda siz nədən Stalin-Bağırov proqramını və qavramlarını dirildirsiniz? Niyə Elçibəy Bütöv Azərbaycanını diriltmirsiniz? Məsələn, əgər siz Elçibəy Bütöv Azərbaycanından danışsanız, gərək Kəngər körfəzinə yaxın olan Xuzistan əyalətindəki Türk hərəkatından da, hətta Kərkük hərəkatından da danışasınız.

Azərbaycan şüur və düşüncə baxımından əsla dəyişməyib. İran təsəvvürü, İrana yanaşma tərzi da Stalin-Rus ədəbiyyatının ürətdiyi tezislər, ideyalar əsasında formalaşan düşüncənin əsəridir.

İran fars hökuməti ilə gərginləşən münasibətlər kontekstində bəlli oldu ki, Azərbaycanda Stalin-Bağırov Bütöv Azərbaycançılığı mənimsənilib. Buradan televizyalara, dostlarıma müraciət edirəm:

1. Cənubi Azərbaycan deməyin. Güney Azərbaycan deyin. Vətən sözlərdən, qavramlardan başlanır.

2. Təkcə Azərbaycanın güneyi bizim deyil. Bütün İran Türklərin əsəridir!

İranda çoğunluq türkdür. 1925-ci ildə ingilislər fars millətini, milli kimliyini inşa etdilər və İranı fars dövlətinə çevirdilər. 

İranı fars dövlətinə çevirən bütün elmi konsepsiyalar, tarixi-dini əsaslandırmalar, ideologiyalar saxtadır, yapaydır, təkzib oluna biləndir. Türklər İranda çoxluqdur, farslardan güclüdür və mədənidir. İrandakı türk olmayan xalqları və qrupları harmoniya və uyum içində idarəetmə yetənəyinə sahibdir və farslardan daha yaxşı idarəçidirlər. Tarixi təcrübə göstərir ki, farslar irqçi, şovinist təsəvvürləri ilə son yüzillikdə İrana böyük zərbələr vurdular.

“Fars” adlı bir millət də tarixdə olmamışdır, yapaydır və ingilislərin İran platosunu ələ keçirmək üçün Səlçukluların Xorasandan gətirdikləri dəri dilini mərkəz almaqla çeşidli İran dilli qrupları “fars” adı altında birləşdirərək əski Sasanlı dövlətini diriltməsi planından başqa bir şey deyil. Türklər idarəçilikdə mərkəziyyətçidir və xoşgörülü uzlaştırıcıdır. İranda Türk dövləti bərpa olunmalıdır. Farslar da o biri azınlıqlar kimi bu bölgədə yaşaya bilərlər.

3. Türk İranının (Qacarlar İranı 4 inzibati əyalətə bölmüşdülər: Fars, Xorasan, Kirman, Azərbaycan-Bütöv Azərbaycan) mərkəzində millət kimi Türk, coğrafiya kimi Azərbaycan (Türklərin kompakt yaşadığı bölgə. Qafqazı və Anadolunu İran platosuna bağlayan kilid bölgə) dayanmışdır. Qacar vəliəhdləri öncə Azərbaycanda yetişdirilirdi.

4. Türklər mərkəzi bütöv Azərbaycan olmaqla bütün İran platosuna sahib olma haqqına malikdir. Türklər İran platosunun hər yerində, bütün bölgələrində yaşayırlar və İrandakı tarixlərinin 7 min il yaşı var.

5. Bizim davamız təkcə Vətən (coğrafiya-Bütöv Azərbaycan) davası deyildir, həm də Türk - Millət davasıdır. Türk millətinin İran platosundakı min illik dövləti əlindən alınmışdır, qəsb edilmişdir. Bərpa olunmalıdır.

6. Qısası - Türklərin 2 davası vardır: Parçalanmış Azərbaycan torpaqlarını birləştirmək. Bütöv Azərbaycan qurmaq - İran platosunda (Türkeli) Türk Dövlətçiliyini bərpa etmək.

Azərbaycan-Türk teorisyenləri, ideoloqları, stratejistləri, Türk dövlət ağlı bu iki davanı, ideyanı, məqsədi-tarixi, mədəni, hüquqi, siyasi, strateji konsept kimi işləməli, əlaqələndirməli, uzlaşdırmalıdır.

7. İran adlanan plato Ərəb yarımadasını-Qafqazı-Xorasanı(Türküstan)-Anadolunu-Hindistanı bir-birinə bağlayan tarixi, kültürəl, iqtisadi kilid nöqtəsidir, Turanın mərkəzidir, Türklərin tarixi Hinterlandıdır, Həyat məkanıdır. Türklər bu platonu sahiblənməzsə, İranı bölüb parçalayan Amerika-İsrail-Rusiya stratejilərinə uduzarsa, Batı İmperializmi hər zaman Turanın içində, qəlbində, mərkəzində İran-Aryan çatlaq mifini diri tutacaqdır. Turanın mərkəzindəki İran -Aryan mifi tarixə gömülməsə, İran-Turan mədəniyyətlər savaşı dirildiləcəkdir. Əslində dirildilmişdir də.

Türklər İran platosuna-Türk həyat məkanına sahiblənməzlərsə, bunu bacarmazlarsa, o zaman Turan mərkəzindən, ürəyindən vurulmuşdur deməkdir. Türk İrana sahiblənmək məcburiyyətindədir.

İran tarixinin və stratejisinin, coğrafiyasının, mədəniyyətinin təhlilində və dəyərləndirilməsində Batı imperializminin, ingilislərin, Avropasentrist-Hind Avropa mərkəzli Aryan tezisindən, baxış acısından, eyni zamanda Rusiya imperiya maraqlarına xidmət edən tarix hafizəsindən imtina edilməlidir. İranın fars mərkəzli Batı və Rus yorumlarından imtina edilməlidir. İranın Türk yorumu, Türk dəyərləndirilməsi, Türk mərkəzli izahı, baxışı, konsepti yaradılmalıdır. Bölgəyə və dünyaya Türk mərkəzli baxış sərgiləmək zamanı gəlmişdir. İrana Türk mərkəzli baxış stratejisi meydana qoyulmalıdır. 

Türk Milləti, Türk irqi İrana sahib olmalıdır.

İran Turanın bir parçasıdır.

İran Turandır!

P.S. 1. Bunlar reallığa uyğun olmayan fikirlərdir deyənlərə sözüm: Reallığı sən yaradırsan.

2. Tarix içində çoxlu dünyalar – sosio-kültürəl super sistemlər oluşmuşdur. Fəqət biz dünyanı Batının-Rusiyanın ürətdiyi, yazdığı, dərk etdiyi tarixdən, bilimdən, anlayışdan, şüurdan, paradiqmalardan oxuduq, öyrəndik, anladıq. Dünyaya Batının ürətdiyi dünyadan baxdıq. İranda da, Turanda da yenilgimizin gerçək səbəbi budur. İranı Türk paradiqmalarından oxumalı və dizayn etməliyik.

Özümüz dünya təsəvvürü ürətməliyik. Türk Dünya Təsəvvürü. Dünyanın Türk İzahı.

635x100

Şərhlər

N.Seyfeli. 2022-11-16 00:58:10

Uzun prosesdir, boyuk akulalardan qurtarmaq ve sonra deyilenleri heyata kecirmeyin temelini mohkem yapmaliyiq.

ƏNHU 2022-11-15 23:54:39

Hörmətli Yasəmən xanım, sizi Azpolitika.info-da görmək çox xoşdur.Silsilə yazılarınızı gözləyirik.

dadaşyev 2022-11-15 23:53:29

Əlbəttə ki İran türk dədələrimizin əsəridir,fars qor-qoduğuyla heç bir əlaqəsi olmayıb min illərlə o torpaqların.Dədələrimiz Kür çayından ta Fars körfəzinə,cənubda da Hind okeanına qədər olan torpaqlara Ərən torpaqları deyiblər.Ər yurdu,həm də İşıq yurdu.Ərəbin ər-Ran kəlməsiylə əlaqəsi yoxdur bu kəlmənin.Ər-Ran “düzən yer” deməkdir,halbuki ər-Ranın,yəni Aranın dağlıq hissələri də var.Ərəndən ətrafdakı torpaqlara Qaranlıq yurd,yəni Toran deyiblər.İşığın qaranlıqla mübarizəsi Ərən-Toran mübarizəsi kimi bilinib.Fars körfəzi adı da doğru deyildir,o əl-Xəlic əl-Ərəbidir,yəni Ərəb körfəzi və ya Bəsrə körfəzi də deyilir ona.Türkmənçay müqaviləsiylə Araz çayı boyunca Azərbaycan torpaqları bölündüyündən Ərən kəlməsi Aran olaraq bu gün də Kür-Araz arası torpaqlara deyilir,o böyük Ərəndən xatirə olaraq.1925-dən sonra qacar sülaləsinin yerinə pəhləvi farslar oturdulmuş, İranlaşmış Ərənin düşməni Toran da “Turan” olaraq,yəni dağlılar-türklər olaraq bəşəriyyətə sırınmışdır.Bu yaramazlığın banisi də əslində Firdovsi olub.Yəni əslində türklər “ərən-işıqlar” olduqları halda fars özünü “ərənləşdirib”,türkləri qaranlıqlaşdırıb.Yeri gəlmişkən,”Avesta”dakı Hörmüzd-Əhrimən də xeyir-şər,işıqla-qaranlıqdır.Avestaya da barmaq ediblərmi farslar?Axı yunanların xeyirxahlıq tanrıçası Hermes adlı ilahəymiş.Hermes və Hörmüzd.Eyni şey deyilmi?Yunan-Troya müharibələrində karamanlı türk tayfaları da yunanlarla savaşmışlar.O zaman Əhrimən-Anqramanyu da həmin o “karaman” sözündən deyilmi?Elə isə Avestada da Hermesi Hörmüzdləşdirənlər “işıqlaşdırılmış”,türklər isə “qaranlıqlaşdırılmış”dır.Avesta tədqiqatçılarından xahiş edərdim verdiyim bu ipucuna diqqət yetirsinlər.Yasəmən xanımdan isə oxucularla yeni-yeni yazılarını bölüşməyi arzulayıram.Çox xoşuma gəldi.

Rəfail 2022-11-15 16:32:10

Çox sağ olun Yasəmən xanım!

dadaşyev 2022-11-15 15:55:08

Super,Yasəmən xanım!Belə gözəl yazı yazan əllərinizdən öpürəm.Millət vəkillərimiz qoy bu yazını oxuyub anlasınlar ki,onların öz maaşlarını,ezamiyyə xərclərini artırmaqdan qabaq çox-çox vacib işləri var millət üçün.

t.ədalət 2022-11-15 15:47:36

Yasəmən xanım,sizə böyük hörmətim var.Ancaq Bütöv Azərbaycan ideyası Məmməd Əmin Rəsulzadədən başlayır.

Son yazılar