“Azərbaycan heç vaxt Ukraynanın əleyhinə səs verməyib...” - Diaspora rəhbərinin Ukrayna mətbuatında məqaləsi dərc edilib

“Azərbaycan heç vaxt AŞPA-da və digər beynəlxalq meydançalarda anti-Ukrayna qətnamələrinə səs verməyib”. 

“AzPolitika.info” xəbər verir ki, bu fikir Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun(UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadovun Ukraynanın tanlnmış “Gazeta.ua” dərgisində dərc olunan məqaləsində yer alıb.

H.Cavadov yazısında hazırda işğala məruz qalan Ukrayna ilə az qala 30 il erməni işğalı ilə üz-üzə olan Azərbaycan arasında paralellər aparar. O, həmçinin BMT-nin Baş Assambleyasında Rusiyanın Ukraynaya təzminat ödəməsini tələb edən sənədin qəbuluna diqqət yönəldib. Diaspora rəhbəri qeyd edib ki, belə qərarlar tövsiyyə xarakteri daşıyır və Azərbaycan uzun illər ərzində beynəlxalq qurumların qərar və qətnamələrinin kağız üzərində qalmasını öz təcrübəsində dəfələrlə yaşayıb. Ona görə də 44 günlük müharibədə beynəlxalq təşkilatların, vasitəçilərin edə bilmədiyinə öz gücü və ordusunun qəhrəmanlığı hesabına nail olub.

Bununla yanaşı, Ukraynada bəzi jurnalistlərin və bloqerlərin Azərbaycanın BMT-dəki səsvermədə iştirak etməməsinə görə tənqidi mülahizələrinə cavab verən diaspora rəhbəri qeyd edib ki, Azərbaycan bütün beynlxalq qurumlarda keçirilən səsvermələrdə Ukraynanı dəstəkləyib və heç zaman onun əleyhinə səs verməyib. Hansı ki, misal üçün 2017-ci ildə AŞPA-da Azərbaycan əleyhinə qətnamə qəbul edilərkən bəzi ukraynalı deputatlar həmin qətnamənin lehinə səs vermişdilər.

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının Ukraynaya dəstəyini xüsusi vurğulayan H.Cavadov yazıb: “Müharibə başlayandan sonra Azərbaycanda olmuş hər bir ukraynalı təsdiqləyə bilər ki, Azərbaycanda səmimi olaraq Ukraynanın qələbəsini arzulayırlar”.

Azərbaycan dövlətinin hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirən diaspora rəhbəri eləcə də, UABD-nin Ukrayna Ordusuna bacardığı köməkliyi göstərdiyini vurğulayıb. Nəhayət, H.Cavadov qeyd edib ki, Ukrayna savaşında bu ölkənin ərazi bütövlüyünün qorunması uğrunda indiyə qədər 20-dən çox azərbaycanlı həlak olub: “Biz ədalətli müharibədə qalib gəlmiş ölkəyik. Ukraynaya da tezliklə qələbə çalmağı və öz ərazi bütövlüyünü bərpa etməsini arzulayırıq”.

E.Məmmədov

“AzPolitika.info”




635x100

Şərhlər

Oxucu 2022-11-17 13:32:57

2014-cü ildə Rusiya-Ukrayna münaqişəsinin əsasını Rusiya tərəfdən Xarici İşlər naziri Lavrov –Kələntərov, Rusiyanın Ukraynadakı səfiri Zurabov, Ukrayna tərəfdən Avakov qoyub. Nə 20 yanvar, nə Xocalı faciələrində, nə də ki, Qarabağ məsələsində biz Ukraynanın səsini eşitməmişik və Ukrayna GUAM ölkəsi kimi Azərbaycana heç bir dəstək verməyib.

Elmira 2022-11-17 10:23:58

Tamamilə düzdür. Hər dəfə: Yaşasın Ukraina ! deyirik. Rusiyaya qalib gəlsin!!!

Son yazılar