Bakıda icra başçısı oğluna yarım milyonluq toy etdi - FOTO

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov oğluna təmtəraqlı toy edib. "Unikal.az" xəbər verir ki, toy Gülüstan sarayında baş tutub. 

Belə ki, 1000 nəfərlik zalda xeyli sayda məmur təbəqəsi, qohumlar olmaqla, bəyin dostları da iştirak edib. O da bildirilir ki, toyda ingilis dilində mahnılar ifa edilib, rəqslər olunub.

Gülüstan Sarayında menyunun qiymətinin minimum 310 manat olduğunu nəzərə alsaq, məclisə təxminən 500 min manata yaxın pul xərclənib.

Qeyd edək ki, Gülüstan Sarayı Prezidentin İşlər İdarəsinə məxsusdur və orada adətən dövlət tədbirləri keçirilir.

İcra başçısı Gülüstan Sarayında oğluna toy etdi - 500 min manata yaxın...

635x100

Şərhlər

Vətəndaş 2022-11-22 09:55:15

Ali təhsili qabiliyyətli insanlar da gecələr zibil eşirlər. Ölkədə vəzifə ancaq rüşvətxor talançı quldurlara verilir.

ƏNHU 2022-11-21 22:34:13

Hə nə olsun? Bununlıa nə demək istəyirsən ay icra başçısı? Guya ki millətin gözündə ucaldın? Tamamilə əksinə. Məlum oldu ki dəbdəbə əsirisən və sənə ancaq öz çevrən maraqlıdır. Nifrət olsun kapitalizmə...

Turan 2022-11-21 21:49:23

Xalqın xidmətçisinin bu qədər pulu hardandır???

rasim quliyev 2022-11-21 20:54:53

varliga ne darlig

TT 2022-11-21 16:00:59

Aha

Son yazılar