3 İL VƏZİFƏDƏ OLDU, LONDONDA ŞİRKƏT AÇDI - Keçmiş məmur Böyük Britaniyada biznes qurub

Ləğv prosesində olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar Agentliyinin İdarə Heyətinin keçmiş sədri Tural Kərimli Böyük Britaniyanın paytaxtı Londonda biznes fəaliyyətinə başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, o, “Isra Capital” adlı şirkətini dövlət qeydiyyatından keçirib.

Keçmiş məmur hazırda həmin şirkətin həm təsisçisi, həm də Baş İcraçı Direktoru (CEO) kimi fəaliyyət göstərir.

Xatırladaq ki, T.Kərimli 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Yüksək Texnologiyalar Parkı” MMC-yə, daha sonra isə İnnovasiyalar Agentliyinə rəhbərlik edib. Ötən ilin oktyabr ayında Agentlik ləğv edilib.

635x100

Şərhlər

dadaşyev 2022-11-27 15:25:04

Ümumiyyətlə Azərbaycanda müharibəyə getmək təhlükəsini özündən və övladlarından uzaqlaşdırmaq istəyən nə ki "pambıq djudjalyar","ponçiklyar","mamauşaqlyari" varsa hamısı İngiltərəyə qaçıb,qaçır və qaçmaqdadır.Uzaqdan vətənpərvər olmaq stadionda oturub futbolu izləmək qədər asandır.Aralar tamam sakitləşəndə gələcəklər.Görsələr yenə azacıq da olsa təhlükə var,o saat yenə dabanlarına tüpürəcəklər.Çünki Vətəni həmişə,minillər boyunca ölümün gözünə dik baxan mərd kasıb övladları qoruyub.Allah kasıb-kusubu bəlalardan qorusun.Onlar varsa Vətən var,yoxdursa Vətən yoxdur.

TT 2022-11-26 06:51:52

Aha)))

dadaşyev 2022-11-26 00:35:55

Bizdən iki küçə o yanda 25 yaşlı bir oğlan var,hər dəfə onu görəndə elə bilirəm heç vaxt evdən bayıra çıxmayıb,küçədə tay-tuşlarıyla oynamayıb,heç cür təsəvvür edə bilmirəm ki əlində avtomat tutsun o gənc.Nəinki silah,adama elə gəlir ki,heç balta,lopatka,yaba da tutammaz o pambıq əllər.Sanki ömrü boyu yalnız yeyib yatıb televizora,telefona baxıb.Çöldə deyəsən külək əsir.Gilavardı?Yox?Xəzridisə üstümü ört,soyuqdu.

Vətəndaş 2022-11-25 18:46:54

Bizdə işə vəzifəyə talançılart biznes kimi baxırlar. Ona görə də millət bu günkü gündə 100-lərlə miyard dələduz məmular tərəfindən atılıb.

Ə 2022-11-25 16:18:09

Onsuzda London ingilislərin deyil ha. Azərbaycanın oliqarx və korrupsionerləri oranı çirkli pullarla satın alıb. Başınız batsın ingilislər paytaxtınızı hərraca qoymusuz.

Son yazılar