“EMA” AZƏRBAYCANLI FERMERLƏRİ ANTALYAYA APARIB – FOTOLAR

Azərbaycanın kənd təsərrüfatı sahəsində çalışan 50-dən artıq sahibkar “Ema” şirkəti və Türkiyənin nüfuzlu “Hektaş” şirkətinin təşkilatçılığı ilə Antalyada keçirilən “Growtech” sərgisində iştirak edib.

Qeyd edək ki, 22-ci dəfə baş tutan və dünyanın ən böyük istixana və kənd təsərrüfatı sektoru sərgisində bu sahənin peşəkarları bir araya gəlib. 3 gün davam edən sərgidə “İstixana və Texnologiyalar”, “Suvarma Sistemləri və Texnologiyaları”, “Toxumçuluq”, “Bitki Qidalanması” və “Bitki Mühafizəsi” məhsulları istehsalı ilə məşğul olan şirkətlər iştirak edib. Tədbirə Türkiyənin, Hollandiyanın, Cənubi Koreyanın, Çin Xalq Respublikasının və s. ölkələrin nüfuzlu təmsilçiləri qatılıb.

Sərgi çərçivəsində keçirlən müxtəlif məlumatlandırma sessiyalarında sahibkarlar kənd təsərrüfatı sahəsindəki yeniliklər barədə ətraflı məlumatlandırılıb. Azərbaycanlı sahibkarlar sərgidə nümayiş olunan dərmanlar, gübrələr, tinglər, kənd təsərrüfatı texnikaları ilə tanış olublar.

Xatırladaq ki, “Ema” şirkəti 1996-cı ildən fəaliyyətə başlayıb, hazırda Azərbaycanda kənd təsərrüfatı üçün dərman, gübrə, toxum və avadanlıq sahəsində qabaqcıl şirkətlərdən biridir. “Ema” həm də dünya miqyaslı şirkətlərin Azərbaycanda rəsmi distribütorudur. Şirkət həm yerli, həm də əcnəbi aqronomlar komandasına sahibdir, bunun sayəsində müştərilərə və partnyorlara qısa zamanda təsirli həll yolları təklif edir. Şirkətin qurucusu Əbdül Abdullayevdir.

“Hektaş” şirkəti isə 1956-cı ildə Türkiyənin Adana şəhərində qurulub. Yarandığı gündən yerli bazar şərtlərindən çıxış edərək əsas diqqətini pestisidlərin istehsalı və marketinqinə yönəldib. Bu çərçivədə ilk istehsal müəssisəsini 1962-ci ildə İstanbulda Cevizlidə yaradıb. 1963-cü ildən avtomobil, sement, mədənçilik, enerji, kimya, maliyyə və xidmət sektorlarında da fəaliyyət göstərən 90-a yaxın şirkəti və təxminən 30 min işçisi ilə Türkiyənin ən böyük sənaye qruplarından biri olan OYAK “Hektaş”ın ortağı olub. Hazırda 53,8 faiz səhm paketi ilə şirkətin ən böyük səhmdardır.

Şirkətin məhsul portfelində 250-dən çox bitki mühafizəsi və bitki dərmanları məhsulları, həmçinin 30-a yaxın heyvan sağlamlığı üçün dərman və yem əlavələri var. “Hektaş” hazırda pestisid sənayesində ən geniş məhsul çeşidinə malik lider şirkətdir. “Hektaş” dərman istehsalı ilə yanaşı, dünyanın aparıcı bitki mühafizə şirkətləri ilə də strateji tərəfdaşlıq əlaqələri qurub.

“Ema” və “Hektaş”ın birgə təşkilatçılığı ilə azərbaycanlı fermerlərin hər il “Growtech” sərgisində iştirakı artıq ənənə halını alıb. Səfər bu il də yüksək səviyyədə təşkil olunub. 

Rasim Əliyev

“AzPolitika.info”




















635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar