AzTV-də yayımlanan “Əsas məsələ” verilişinin növbəti buraxılışı Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə həsr olunub.
"AzPolitika.info” xəbər verir ki, efirə dəvət olunan qonaqlar arasında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay da yer alıb. Bu, Bəxtiyar Paşanın Azərbaycan teleməkanında ilk çıxışı olub.
“Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri bu il icra olunan son təlimlərdir. Bu təlimlərdə qazandığımız barədə danışarkən bunu deyə bilərik: Tək millət, iki dövlət, tək ordu!” -deyə, Bəxtiyar Ersay bildirib.
“Azərbaycan Ordusunun və Türkiyə Ordusunun savaş təcrübəsini bir araya gətirmək qarşılıqlı olaraq yaxşı və çatışmayan hallarını görməyə, onu aradan qaldırmağa imkan verir. İki ölkənin birlikdə icra etdiyi bu təlimlər yeni bir səviyyəsini nümayiş edirdi”,- general vurğulayıb.
“44 günlük müharibənin qəhrəmanları qazilərimiz və şəhidlərimizdir” -deyə, Bəxtiyar Ersay vurğulayıb.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov da keçirilən təlimlərdən danışmaq üçün studiyada qonaq qismində çıxış edib.
Yüksək rütbəli zabitlər iki qardaş ölkənin ordusunun birgə təlimlərinin miqyasından, xarakterindən, eləcə də verdiyi ismarışlardan söz açıblar.
Sözügedən verilişin videosunu təqdim edirik:
Rasim
“AzPolitika.info”

Şərhlər