“Tərtər hadisələrində işgəncə verənlər, işgəncə əmrini verənlər hardadılar? Cəmiyyət bu adamları, bu adamların ən ağır cəza almasını görmək istəyir. Hardadır bu müstəntiqlər? Bu müstəntiqlər təkrar bu sistemdə çalışacaqsa, o zaman Azərbaycan xalqının hüquq-mühafizə orqanlarına necə inamı ola bilər?”
“AzPolitika.info” “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bunları deputat Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında Tərtər işi üzrə həbs olunmuş şəxslərin bəraət alaraq azadlığa buraxılmalarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin işgəncəni verənlərin hansı cəzanı alması televiziya ekranlarında xalqa göstərilməlidir: "Bu işi aparan müstəntiqləri Azərbaycan cəmiyyəti görməlidir. Həmin işi casusluq maddəsi ilə aparan müstəntiqləri Azərbaycan xalqı görməlidir. Biz görməliyik. Mən şəxsən bu üzrü gözləyirəm. Burdan danışıram. Mənə casusları müdafiə edirsiniz deyənlər – özləri yaxşı bilir kimlər idi, çıxsınlar üzr istəsinlər. Demək biz casusları deyil, ədaləti müdafiə edirmişik”.
O, həmçinin bu işin ədalətlə açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib: “İnanıram ki, televiziyalarımız bəraət alan insanlar barədə geniş verilişlər verəcəklər ki, onların balaları məktəbələrə o psixoloji təzyiq olmadan alnı-açıq, üzüağ getsin. Onların valideynlərin yaşadığı o acı ən azı biraz yumşalmış olsun”.

Şərhlər
Kisi, bunlar kimdir ki, musteqil ish aparsinlar? moskvanin tapshiriqlarini qul kimi yerine yetiribler; bunlarin cezasinin zamana ehtiyaci var, oda hele yetishmeyib...!
bunları aramağa nə ehtiyac var.Onların hamısı PA-na,Prokurorluğa,Ədliyyə nazirlitinə və DİN-nə bəllidir.Bəlli olanları istənilərsə isə üzə çıxarmaq heç də çətin deyil. Sadəcə bunu tələb edən və ortaya çıxaranlara ehtiyac var.
Hörmətli Qənirə xanım tamamilə haqlıdır.Millətin övladlarına ləkə atıb işkəncə verənləri hamı tanımalıdır.Azsaylı bir xalqın içində bir-birimizə qarşı bu nə qəddarlıqdı?Demokratik ölkə deyilən məkanda hər hansı bir adam təqsirkardırsa verilsin məhkəməyə,ayırd edilsin təqsiri varmı ya yoxmu?Sovetdən çıxan bizlərə o cür mənhus 37-ci il hadisələri dərs olmadımı?
BU MƏSƏLƏ ÜZRƏ SIĞAN MƏSƏLƏ DEYİL...
Zahid Oruc deyir, bu əməllərə görə Keçmiş Baş Prokror Zakir Qaralov, herbi prokror Xanlar veliyev Ali Baş komandandan, ordudan, xalqdan, zərərçəkmişlərdən üzr istəməlidirlər. Bu nə cəfəngiyat bu nə yavşaqlıq. Fikir bildirirsən əgər, onda Heydər Əliyev demişkən, cəsarətin çatsın qeti mövqeyini də qoy ortaya. iYoxsa üzr nə demək. Onlar bu əməlləri ilə təkcə günahsız insanların nahaqdan cəzalabndırılmasına göz yummayıblar.. Onlar bu əməlləri ilə həm də ordumuzun ləkələləməsinə göz yumub,Dövlətə, Dövllətçiliyə böyük zərbə vurublar. Onlar ölkədə hüququn keşiyində durmalı olan bir ali orqanı, Prokrorluq sistemini çökürdüb, mənasız bir qruma çevriblər. Ondandır ki, ölkədə şahsım da daxil Prokrorluq sisteminə bir faiz inam qalmayıb. Oğlumun öldürüılməsi ilə bağlı Baş Prokrorluq elə bir ittiham aktına imza atıb ki (Baş Prokrorun keçmiş müavini Rüstəm Usubovun imzası ilə) o ittiham aktını qardaş Türküiyədə çırıb çöpə atarlar, onu yaznı da ittiham edərlər. Hansı ki, bu ittiham aktları onlrın dövründə on minlərlədir. Ona görə də bütün bu qanunsuzluqlara göz yuman keçmiş Baş prokror və müavinlərinin haqqında bir an əvvəl hüquqi işləmlər başladılmalı, hamısı kazamata salınmalıdırlar. Bəlkə onda, indiki Baş prokror, rəhbərlik etdiyi qrumun şöhrətini azacıq da olsa bərpa eolunmasınə nail ola. Bu kadar açık və net.