Fevralın 26-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 maqnitudalı zəlzələlər Türkiyənin 10 vilayətində böyük dağıntılara və insan tələfatına səbəb olub. Dağıdıcı zəlzələlərin ardından fevralın 20-də Hatay yenidən 6,4 bal gücündə zəlzələ baş verib. Böyük insan tələfatı yaşanmasa da, onlarla binanın dağıldığı bildirilir.
Son günlər Türkiyəni cənginə alan təbii fəlakətin ardından isə əsas diqqətlər Mərmərə bölgəsinə və İstanbula çevrilib.
“AzPolitika.info” xəbər verir ki, Kandilli Rəsədxanası Zəlzələ Araşdırma İnstitutu ilk dəfə “Böyük İstanbul zəlzələsi” ilə bağlı tarix açıqlayıb.

İnstutun direktoru, professor Doğan Kalafat bildirib ki, qarşıdakı 7 il ərzində İstanbulda 7 baldan yuxarı zəlzələ baş verə bilər.
“Şimali Anadolu qırılma xəttinin orta hissəsində də zəlzələ baş verə bilər. Ancaq zəlzələnin episentri Mərmərə olacaq. Təhlükə göz qabağındadır. Mərmərə dənizindən keçən bir qol var. Bu qol 7 baldan yuxarı zəlzələyə səbəb olacaq. Zəlzələnin yeri məlumdur, amma nə vaxt olacağını deyə bilmərik. Biz yalnız statistik tədqiqatlar apara bilərik. İlkin tədqiqatlara görə, İstanbulda 2030-cu ilə qədər yüzdə 64 faiz, 2050-ci ilə qədər yüzdə 75 faiz, 2090-cı ilə qədər isə yüzdə 95 faiz zəlzələ baş vermə ehtimalı var”,-deyə o, bildirib.
“AzPolitika.info”

Şərhlər