KILIÇDAROĞLU ƏRDOĞANA RƏQİB OLA BİLƏCƏKMİ? - Hüseynbala Səlimovun yazısı

Bir çox təhlilçilər belə hesab edir ki, o, siyasi Olimpi qalib kimi tərk edəcək....

Hüseynbala Səlimov

Lap əvvəlcə onu deyim ki, qardaş Türkiyənin müxalifət düşərgəsində vahid namizəd məsələsi müzakirə olunanda mənim yadıma qeyri-ixtiyari olaraq bizim Azərbaycan təcrübəmiz düşdü – bəli, çox da uzaq olmayan keşmişdə bizdə də buna bənzər proseslər gedirdi.

Müxalifət partiyalarımız az qala, sonsuz siyasi müzakirələr-məsləhətləşmələr keçirir və bir qayda olaraq, hətta ən yaxın siyasi vektorlar belə vahid namizəd məsələsini razılaşdıra bilmirdilər. Bir çoxları bundan az qala, dramatik şəkildə gileylənir, həm də yaxşıca qazanırdılar – özü də təkcə siyasi yox, həm də maddi mənada.

Amma Türkiyənin siyasi təcrübəsi müvafiq Azərbaycan ssenarilərindən hər halda fərqləndi. 

Birincisi, bizim təcrübəmiz artıq keçmişdədir, keçmişdəki siyasi qəhrəmanların, demək olar ki, indi yalnız adları qalıbdır.

5b064483493b0 (1).jpg (68 KB)

Prinsipcə, Türkiyədə də bu illər ərzində bir çox partiyalar keçmişə gömülüb və yeniləri yaranıb, amma Türkiyədə müxalifət deyəndə heç kim bu sözə ironiya qatmır, rişxənd etmir, ona görə ki, burada müxalifət elə sözün əsl mənasında müxalifətdir. O ki qaldı əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasına, onu sözün əsl mənasında siyasi uzunömürlü hesab etmək olar, ona görə ki, bu partiyanın əsasını böyük Atatürk qoyub.

İkincisi, Azərbaycanın siyasi partiyalarından fərqli olaraq heç kim Türkiyə müxalifətini vahid namizəd kimi “asan məsələ”ni həll edə bilməməkdə qınamırdı. KİV-lər vəziyyəti sakitcə işıqlandırır və şərh edir, öz yanaşmalarında müxalifət düşərgəsində baş verən prosesləri kəskin qiymətləndirmələr və ittihamlar olmadan çatdırırdılar.

Bizdə isə vəziyyət başqa cür olmuşdu. Hər tərəfdən müxalifət partiyalarının ünvanına ittihamlar yağardı, hamı bir ağızdan deyərdi ki, bunların ambisiyasına bax, özlərindən başqa heç kimi düşünmürlər, sadə siyasi problemləri belə həll edə bilmirlər, dövlət məsələlərini necə həll edəcəklər...

1677663129erdogan.jpg (74 KB)

Üçüncüsü, bir daha deyirik ki, bizim müxalifət partiyalarından fərqli olaraq Türkiyə müxalifəti hər halda, vahid namizəd məsələsini həll edə bildi və Kamal Kılıçdaroğlu əsas müxalifətin vahid namizədi oldu.

İndi burada başqa bir sual meydana çıxır: əsas müxalifətin bu qərarı nə qədər uğurludur?

Doğrusu, biz hesab etmirik ki, Kamal Kılıçdaroğlu seçimi ən əffektiv, hətta uğurlu qərardır. Müxalifətin başqa imkanları da var idi. Məsələn, burada Əkrəm İmamoğlunun adını çəkmək olar, o, bir neçə il bundan əvvəl İstanbulda bələdiyyə seçkilərini udmuşdu. 

Bundan başqa, sorğular hazırki prezident Rəcəb Tayyib Ərdoğan üçün yüksək reytinq göstərir. Son vaxtlar onun beynəlxalq reytinqi də xeyli artıb və eyni proses ölkə içində də baş verir. Bir çox təhlilçilər belə hesab edir ki, o, siyasi Olimpi qalib kimi tərk edəcək– bu, onun üçün sonuncu prezident seçkisidir.

Əlbəttə, prezident Rəcəb Tayyib Ərdoğan üçün də qələbə asan başa gəlməyəcək – məsələn, sonuncu bələdiyyə seçkilərində müxalifət bütün böyük şəhərlərdə seçkiləri udmuşdu. 

Müxalifət üçün başqa bir problem bundadır ki, seçkilər özü özlüyündə Kılıçdaroğlu üçün elə də yeni hadisə deyil, amma o, hələ ki siyasi cameyəni özünün siyasi uğurları ilə təəccübləndirə bilməyib.

11bb.jpg (89 KB)

Bu səbəbdən bir çox təhlilçilər və siyasi müşahidəçilər onu qoca və ambisioz siyasətçi hesab edirlər, hansının ki, ambisiyaları imkanlarına adekvat deyil.

Düşünürük ki, bu seçkilər elə Kamal bəy üçün də sonuncu olacaq və gələcək seçkilərdə Əkrəm İmamoğlu kimi nisbətən gənc siyasətçilər önə çıxacaq.

Qardaş Türkiyədəki seçkilərin Azərbaycan üçün nəticələri də az maraq kəsb etmir. Birincisi, bir az əvvəldə qeyd etdik ki, güman, seçkiləri indiki prezident R.T.Ərdoğan udacaq. İkincisi, vəziyyət başqa cür olsa belə, Bakı-Ankara müstəvisində elə bir dəyişiklik baş verməyəcək.

Prezident Ərdoğanın dövründə iki ölkə arasındakı münasibətlər daha məzmunlu və ardıcıl oldu. Gələcəkdə də belə olacaq. Ona görə ki, Azərbaycan Türkiyə üçün artıq, izafi yük, “problemli qohum” deyil, qarşılıqlı əməkdaşlıqdan hər iki ölkə qazanır. Ona görə də “Bir millət - iki dövlət” formulu bundan sonra da öz qüvvəsini saxlayacaq. Özü də bu, tək Azərbaycana aid deyil. Postsovet məkanının gənc türk dövlətləri Ankara üçün hələ də tam istifadə olunmamış geoiqtisadi və geosiyasi resursdur. Ümid edirik ki, Türkiyənin təkcə hakim siyasi elitası deyil, bütün siyasi spektri bunun fərqindədir... (musavat.com)


635x100

Şərhlər

Davud 2023-03-12 12:56:34

Ərdoğanı qalib gələcəyinə heç kimin şübhəsi yoxdur zatən. Türk dünyasının duaları onunladır!

Veteran 2023-03-11 20:31:39

Sayın Ərdoğan Yüksək faizlə qələbə calacaq.

Səadət 2023-03-11 13:04:26

Əlbəttə, Türki yə üçün də, bizom üçün də Ərdoğanın qalinb gəılməsi əhəmiyyətlidir. Türkiyədə Ərdoğanın əlryhinə kimlərdir baxaq - PKK, İŞİD, Makron Fransası, fars rejimi, Yunanıstan, Bayden adminstrasiyası, Sorodsçular, FETO . Bunların hansı Türkiyənin, Türk dünyasının, türkün yüksəlməsini istəyir. Deməli ərdoğan haqq yolundadır, yolu işıqlı olsun!

Son yazılar