"GƏLƏN HƏFTƏ DÜNYA DƏYİŞƏCƏK..." - Deputatdan sensasiyalı açıqlama

Tahir Mirkişili: "İnsan ya Allahın ona bəxş etdiyi intellektdən istifadə etməyi bacaracaq, ya da texnologiyaların quluna çevriləcək…"

Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili sosial mediada süni intellektlə bağlı maraqlı iddia ilə çıxış edib. 

"AzPolitika.info"-nun məlumatına görə, millət vəkili yazıb ki, gələn həftədən etibarən insanlığı böyük, inqilabi xarakterli dəyişiklik gözləyir. 

Deputat bu iddasının belə əsaslandırıb:  "Hazırkı #ChatGPT-dən (Süni İntellekt) 500 dəfə güclü olan GPT-4 gələn həftə istifadəyə veriləcək.

ChatGPT-nin cari versiyası 175 Milyard Maşın Öyrənmə Parametrləri ilə GPT 3.5 üzərində qurulub.

Lakin GPT-4 100 TRİLYON Maşın Öyrənmə Parametrlərinə malikdir!

GPT-4 Videolar, Şəkillər, Səslər, rəqəmlər və s. daxil olmaqla bir çox məlumat növünü emal edə biləcək.

Gələn həftədən etibarən, məsələn, siz film ssenarisini yazmaq üçün Süni İntellektdən istifadə edə, film üçün Aktyorlar yaratmaq üçün süni intellektdən istifadə edə, filmi istehsal edə və Real Həyat aktyorlarını işə götürmədən filmi ictimaiyyətə təqdim edə biləcəksiniz.

Gələn həftədən etibarən siz tam illüstrasiyalı 200 səhifəlik kitabı bir gündə sıfırdan sona qədər yaza biləcəksiniz.

Gələn həftə dünya dəyişəcək... İnsan ya Allahın ona bəxş etdiyi intellektdən istifadə etməyi bacaracaq, ya da texnologiyaların quluna çevriləcək…"

"AzPolitika.info"

635x100

Şərhlər

dadaşyev 2023-03-13 22:57:48

Bahooo!Neynirrrəbu?!

Son yazılar