“İMTAHAN ZALINA BIÇAQ, QUMBARA KEÇİRMƏK İSTƏYİBLƏR” - “Mənə qibtə eləyənlərə deyirəm ki..."

“Sosial şəbəkələrdə şagirdlər tərəfindən paylaşımlar edilir. İmtahandan öncə kim hansı zala düşüb, bir-birlərini tapırlar ki, köməkləşsinlər”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu paylaşımlardan DİM-in də xəbəri var:

O bildirib ki, kriminal xronikanı heç vaxt şişirtməyiblər: “Bizim nəzarətçi müəllimlər artıq əvvəldən bilirlər ki, hansı zalda, hansı imtahan binasında necə problemlər ola bilər. Onlar imtahana hazırlıqlı daxil olurlar. İmtahan zalına müxtəlif əşyalar, daha çox telefon keçirmək istəyənləri müşahidə etmişik. Hətta bıçaq, qumbara keçirmək istəyənlər də olub. Bunu şişirtməmişik. Hüquq-mühafizə orqanlarına müraciət olunur və belə hallarla bağlı, onlar tədbir görürlər. Təəssüf ki, bəzən belə hallar olanda insanlar sosial şəbəkələrdə qaydaları pozanlar əvəzinə, bizi qınamağa cəhd edirlər”

M.Abbaszadə qeyd edib ki, rəhbərlik etdiyi quruma qarşı bəzi qərəzli fikirlərin onun şəxsi ilə əlaqəsi yoxdur: “Mənim kimləsə şəxsi qərəzim yoxdur. Əgər kiminsə mənimlə şəxsi qərəzi varsa, açıq deyə bilər. Ancaq mənə qibtə eləyənlərə deyirəm ki, sağ əlim onların başına”.

635x100

Şərhlər

Qalib 2023-03-28 20:22:51

Məleykə xanımın əsil adını və soyadın ,milli mənsubiyyətini dəqiq bilən varmı?Axı o kitab dilində danışır.Bilənlər varsa açıqlasalar millət onin əməllərinin səbəbini daha yaxşı anlayardı.

t.ədalət 2023-03-17 11:47:05

Məleykə xanım aid olduğu sovet dövrünün şər və böhtan priyomundan bəhrələnmək istəyir.Məlumdur ki,Məleykə xanımın tapşırığı olmasa heç kim imtahan zalına partlayıcılarla girməz.Görünür,Məleykə xanım təşkil etdiyi bu oyunla bacarıqsızlığını ört-basdır etməyə çalışıb.

Son yazılar