KREMLİN ERMƏNİ TƏBLİĞATÇISI SAYIQLADI... - “Zəlzələdən istifadə edib İstanbula hücum edək” + VİDEO

Quyruğu qapı arasında qaldığı üçün üzdə Türkiyə ilə dostluqdan, tərəfdaşlıqdan danışan Rusiya hakimiyyətinin, eləcə də onun himayə etdiyi imperiyaçı, millətçi, şovinist qüvvələrin Türkiyəyə və türk xalqlarına düşmən gözü ilə baxdığı heç kimə sirr deyil. Bəzən bu düşmənçilik Kremlin rəsmi və qeyri-rəsmi media orqanlarında, telekanallarında, internet resurslarında açıq-aşkar ifadə edilir.

“AzPolitika.info” xəbər verir ki, Kremlin “təbliğat ferması”nın ən “parlaq” sakinlərindən olan Vladimir Solovyovun kanalında Rusiya Dövlət Dumasının erməni əsilli sabiq deputatı, Solovyovun verilişlərinin daimi “ekspert” qonağı və şəxsi keyfiyyətlərinə görə Solovyovdan geri qalmayan erməni Semyon Baqdasarov Kremlə Türkiyə siyasətilə bağlı bəzi “məsləhətlər” verib.

Solovyovla kimi Kremlin təbliğatçılarından biri olan Baqdasarov təklif edib ki, Rusiya ordusu Türkiyədəki dəhşətli zəlzələnin yaratdığı faciədən, böhrandan, çətinliklərdən istifadə edərək, bu ölkəyə hücum etsin və İstanbulu tutsun: “Türkiyə indi çətin vəziyyətdədir. Gəlin böhrandan istifadə edək. Onu Orta Asiyadan qovaq, Ukraynaya təsirini parçalayaq, Cənubi Qafqazdan qovaq, Türkiyədə müəyyən qüvvələri də qaldıraraq tarixən bizə məxsus olanları - Konstantinopolu(İstanbul-red.) qaytaraq. Gəlin bunları qaytaraq... böhrandır, şükür Allaha ki, böhrandır. Bu böhran çöküşə və bizim ərazilərimizin özümüzə birləşdirilməsinə səbəb olmalıdır”. Öz dediklərindən ekstaz vəziyyətinə çatan Baqdasarov Ayasofya məscidinin üzərinə xaç asmağı və orada dualar oxumağı da təklif edib...

Bir ölkədəki təbii fəlakətdən istifadə edib, ona hücum etmək əlbəttə ki, yalnız bütün bəşəri, insani dəyərlərdən, əxlaqdan, namusdan məhrum qatı erməni millətçilərinin və onların Rusiyadakı rəzil həmfikirlərinin ağlına gələ bilər. Və Baqdasarov kimi şərəf yoxsulu erməni Kremlin qulluğundadırsa, ona efirlərdə bu cür çıxışlar etməyə şərait yaradılırsa, deməli onun Kremldəki sahibləri də elə onun tayıdır və onun kimi düşünür...

Baqdasarovun türklərə nifrətinin mənşəyi məlumdur. Ancaq eyni zamanda açıq görünür ki, bunun təkcə şərəf, ləyaqət və s. sarıdan deyil, həm də psixi sağlamlıq cəhətdən ciddi problemləri var. Rusiya ordusu Ukraynanın yarı-Sovet ordusuna qalib gələ, hansısa Avdeyevka kəndini belə 1 ildən çoxdur tuta bilmədiyi halda, bu məxluq NATO üzvü və dünyanın ən güclü ordularından birinə malik olan Türkiyənin ən böyük şəhərini ələ keçirməkdən dəm vurur.

Bunu hansısa ruhi xəstənin sayıqlaması kimi qiymətləndirib, üzərindən keçmək olardı. Lakin məsələ ondadır ki, bütün bu sayıqlamalar Kremlin ruporu olan Solovyovun kanalında, verilişində yer alır. Deməli, bunun üçün Kremldən “yaşıl işıq” yandırılıb və bütün bunlar Rusiya hakimiyyətinin ürəyindən keçən, lakin elə ürəyində də qalacaq arzulardır...

C.Məmmədov

“AzPolitika.info”


635x100

Şərhlər

Turan 2023-03-19 15:18:42

Moskoviyanın axırı yavaş -yavaş yaxınlaşır

Roma 2023-03-19 11:12:04

Dadaşyev adı ilə yazana: Yazırsınız ki, "Baqdasarov deyil,Baqdasaryandı.Çilinqarov deyil,Çilinqaryandı əslində."...davamı...Şahnazarov deyil Şahnazaryandı, Zatulin deyil Zatulyandı, Miqranyan, Babayan, Mirzoyan, Kedmi, Solovyob, Skayobova və s. və i...necə deyərlər, at ilxısı, it sürüsü....

Senan 2023-03-19 07:59:27

"Ты раб,ты трус,ты арменин" А.С.Пушкин

Türk 2023-03-18 23:12:08

Ermənidir,düşmən qanı aır,,it qanı axır onun damarlarında. Başqa nə gözləmək olar düşməndən

Adam 2023-03-18 22:18:52

Ermeni ki ermeni

dadaşyev 2023-03-18 21:41:53

Solovyovun verilişindəkilər əsasən ermənilərdi.Çilinqarov,bu,Simonyan-filan,90 faiz ekspert deyilənlər ermənilərdi.Baqdasarov deyil,Baqdasaryandı.Çilinqarov deyil,Çilinqaryandı əslində.Türk millətinin dünya xristianlarıyla əsrlərlə arasını pozan ermənilər olub.Bu gün də ermənilərdi.Baxın,dünyanın üz döndərdiyi Rusiyaya Türkiyə ta müharibənin əvvəlindən adam kimi yanaşır,Putin Ərdoğanın buna görə Nobel mükafatına layiq olduğunu bildirir,amma mütləq səhnəyə ermənilər dürtülür və Rusiyayla Türkiyənin arasını vurmağa çalışırlar.Fransayla,Amerikayla,Kanadayla da eləcə.Almanlarla,ingilislərlə də aramızı pozmağa çalışdılar,amma onlar ağıllı millətlərdi,hər gədə-güdəyə baş qoşmazlar.Kül olub Rusiyanın başına ki,onun ictimai rəyini dığalar formalaşdırır.Elə buna görədir ki,hərləyib fırlayıb o boyda Rusiyanı biabır etdilər bütün dünyada,bataqlığa batırdılar.Bu bədbəxtlər adicə bir şeyi qanmırlar ki,ordu zəlzələylə-vulkanla zəifləməz,böhrana düşməz.Xalq təlaşa düşər,amma ordu əmr-komuta sistemindədi,o sistem necədirsə zəlzələ olsun,vulkan olsun,heç fərq etməz.Ümumiyyətlə,türk milləti ordu millətdir.İkinci belə bir millət yoxdu Yer üzündə.Yəni ordu xalq üçün deyil,xalq ordu üçündür.İstər Mete xan,Atilla xan vaxtında,istər Çingizxan,Teymurləng vaxtında,istər Nadir şah,Ağa Məhəmməd şah vaxtında,istərsə də bu gün.Türkiyədə hər hansı bir leytenant,mayor,və ya onbaşı küçədə hər hansı bir vətəndaşa,istər baqqala,istər şoferə,istər bələdiyyə sədrinə,fərq etməz,müraciət etsin,ondan nəsə soruşsun,mütləq sözünün əvvəli də,axırı da “buyur komutanım” olacaq.Yəni sivil olsam da sən mənim komutanımsan,əmr et.Bu acaib gözəl bir şeydir,istərəm bizdə də belə olsun.Axı biz də türk insanlarıyıq.

Cəmşid Dərələyəzli 2023-03-18 21:33:14

Qozbeli qebr düzelder. Rusiya sanmasın ki, Türkiye onun iki üzlü siyasetinden xebersizdir. Çünki, Rusiyanın tarixdə Türkə qarşı olan alçaklıkları unudulmadı. Türkiye siyasetini zamanagöre bedirler. Amma keçmişini de unutmaz.

Son yazılar