DÖVLƏT AGENTLİYİNİN TENDERİNDƏ "KORRUPSİYA İYİ" - Qardaşdan qardaşa şikayət nəticə verəcəkmi...

Dövlət Məşğulluq Agentliyi məsləhət xidmətlərinin satın alınması üzrə açıq tenderin rezonans doğuracağını vəd edən nəticələrini açıqlayıb: nəticələrin açıqlanmasından az əvvəl müsabiqə iştirakçılarından biri sosial şəbəkələr vasitəsilə təşkilatçı və qalibi əlbir olmaqda ittiham edib.

"“Keçmiş vergilər nazirinin dövründən korrupsiya ilə işləməyə adət etmiş şirkət maya dəyəri 120-140 min manat olan işə görə 440 min manatlıq şişirdilmiş tender təklifi verir. Biz 220 min manat məbləğində tender təklifi veririk”, - deyə “Saga Solutions” (https://sage.az/) şirkətinin direktoru Fikrət Məmmədov (https://www.facebook.com/fikret.mamedov.90663) bildirib.

Daha sonra Qərb filmlərində olan "dəhşətli" tenderlərə bənzər bir şey olur, düzdür, hələ atışmasız.

 “Əvvəlcə bizi dilə tuturlar, sonra hədələyirlər, sonra kompromatla hədələyirlər, sonra əsassız tələblər irəli sürürlər, sonra tenderi yubadırlar, sonra zəmanət müddətinin uzadılmasını tələb edirlər, sonra bank işçisini rüşvətlə ələ alırlar, sonra bizi tenderdən kənarlaşdırırlar sonra biz onlardan əsaslandırma tələb edirik və əsaslandırma əvəzinə tez bir zamanda tenderin bitdiyini elan edirlər”, - "Saga Solutions" şirkətinin baş direktoru iddia edir.

Fikrət Məmmədov

Tender (https://etender.gov.az/main/competition/detail/282017) Gəncə Peşə Tədris Mərkəzinin tədris materiallarının tərtib edilməsi və maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə keçirilir.

“Tenderin şərtləri elə yazılıb ki, külli miqdarda dövlət vəsaitinin israfçılığı üçün cinayət işi açıla bilər. Daha doğrusu, müxtəlif podratçılardan eyni məsləhət xidmətlərinin təkrar satın alınması üçün. Bütün bunları bizim Dövlət Məşğulluq Agentliyi kommersiya bankının işçiləri ilə əlbir olaraq edir, çünki faktiki sahibi tələbə kredit fondunun rəhbəri olan şirkətin nümayəndələri onlara rüşvət verəcək”, - Fikrət Məmmədov qeyd edir.

Onun sözlərinə görə, “Universitas-İnternational” MMC-nin sahibi Araz Paşayev tenderdən imtina etməsi üçün onu dilə tuturmuş.

Araz Paşayev

Dövlət Məşğulluq Agentliyi dəyər təklifi 430,4 min manat olan "Prima Consulting" MMC-ni (https://prima.az/az/) tenderin qalibi elan edib.

“Saga Solutions” MMC Antiinhisar Xidmətinin (dövlət satınalmalarının tənzimlənməsinə cavabdeh olan struktur) bu tender üzrə qanun pozultusu ilə bağlı müraciətə ədalətli baxacağını gözləmir.

Çünki antiinhisar qurumu ilə Dövlət Məşğulluq Agentliyinin rəhbərləri doğma qardaşdılar.

“Ona görə də biz Prezident Administrasiyasına şikayət məktubu göndərmişik və nəticəsini gözləyirik. Ümid edirik ki, heç olmasa orda himayəçilik yoxdur”, – Fikrət Məmmədov yazır.

Qeyd edək ki, tenderin şərtlərinə əsasən, peşə və ixtisaslara tələbatın müəyyən edilməsi məqsədilə Gəncə-Daşkəsən iqtisadi rayonunda əmək bazarının ekspress tədqiqat aparılacaq.

Tenderin qalibi işsizlər və işaxtaranlar üçün peşə hazırlığının həyata keçirilməsi üzrə Gəncə Peşə Tədris Mərkəzinin fəaliyyətinin ümumi konsepsiyasını hazırlayacaq.

Ekspress tədqiqatın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramları və bu proqramlar əsasında tədris materialları hazırlanacaqdır. /"Turan"

635x100

Şərhlər

Miri-yə 2023-03-25 23:39:45

bunlarda nüfuz qalıb ki?Düşüncəsi talanioğurla,daşı olanlarda nüfuz olmaz!

ƏNHU 2023-03-25 00:57:52

Görəsən Azərbaycana kim qarğıyıb? Bu ölkəni nə pis qarğış tutub.

Kamil 2023-03-24 16:00:34

babaye sahil işləyir də.

Vətəndaş. 2023-03-24 15:14:56

Boş-boş tender,mənasız Agentliklər,ağılsız təhsil təşkil və idarəçiliyi,düşüncəsiz Ali təhsil planları,ağılsız qərarlar,qohum və qudalara güzəştlər,qanunun işləməməsi,rüşvət və korrupsiyanın yuxarı ranqlara daşınması və bu kimi hallar Azərbaycanı və Azərbaycan millətini uçurum qarşısında qoyub.Hakimiyyət isə var dövlət toplamaqla məşğuldur.Buhallarla Azərbaycanı böyük fəlakətlər gözlədiyi isə diqqətə alınmır..

Orxan 2023-03-24 15:01:02

Aohum və Yerlibazlıq idarəçiliyinin nəticələri belə də olmaıdır.Kukuşka xvalit petuxa" tak i prodoljaetsya.Guya başqa yerlər bundan fərqlidir?Sistem çürük qurulub ve elə də idarə edilir.

miri 2023-03-24 14:52:49

Sizi "işgüzar nüfuzuna ziyan vurmaq" istəyi ilə məhkəməyə verib, təzminat tələb etməyiblərsə, yaxşı qurtarmısınız. Antiinhisar komitəsi isə bu cür məsələlərin həllində ya "gücsüz" yada "susqun" olmalıdır müəyyən edilmiş göstəriş ilə. ... Qısası: bütün yollar Romaya gedir.

Son yazılar