Menu

Deputat olmasalar da, deputat pensiyası alacaqlar! - SİYAHI

14.08.2024, 12:22
Deputat olmasalar da, deputat pensiyası alacaqlar! - SİYAHI

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.

“AzPolitika” "modern.az"-a istinadən xəbər verir ki, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.

Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.

Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:

- İsa Həbibbəyli - 74 yaş

- Sədaqət Vəliyeva - 70 yaş

- Oqtay Əsədov - 69 yaş

- Vahid Əhmədov - 76 yaş

- Fəzail Ağamalı - 76 yaş

- Sabir Rüstəmxanlı - 78 yaş

- Tahir Kərimli - 68 yaş

- Aqiyə Naxçıvanlı - 66 yaş

- Bəxtiyar Sadıqov - 72 yaş

Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.

Şərhlər

Kirpi 2024-08-14 22:47:05

Görəsən Aya ilk dəfə uçan layka adlı itin varisləriə pensiya verirlər ya yox

Rasim Quliyev 2024-08-14 13:33:20

Fəzail Ağamalıya elə pensiya verinki.Gilas almaga imkani olsun

Cəmşid Dərələyəzli 2024-08-14 12:44:21

Kim nə deyər "bizim deputatlarda" olan fərasətə Təbii ki, onların ilk öncə qəbul etdikləri qanunlar onları ölənəcən sığartası olmalıdır və olur da. Ona görə də təccübllü gəlmədi. Çünki....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol