"Paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətini quracağıq!"
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edib.
Ayaqda alqışlarla qarşılanan Mahmud Abbas müstəqil Fələstin Dövlətimizi qurmaq üçün mübarizəni davam etdirəcəklərini bəyan edib
“Xalqımız öz vətəninə sadiqdir və nəyin bahasına olursa-olsun qəsbkarları öz torpaqlarından qovacaq” - deyə, o, çıxışı zamanı bildirib.
Fələstin Dövlətinin Prezidenti qeyd edib ki, oktyabrın 7-dən bəri Qəzzada 40 min insan həlak olub, 80 min yaralı və 10 min itkin var.
“Buna baxmayaraq, xalqımız sınmayacaq, təslim olmayacaq, biz dik durmağa davam edib torpağımızı tərk etməyəcəyik. Qəzza Fələstin Dövlətinin ayrılmaz hissəsidir. Qəzzada başqa dövlət qurula bilməz. Qəzzanı yenidən quracağıq. Biz bunu gələcəkdə paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətimizi qurmaq üçün edəcəyik”, - Mahmud Abbas vurğulayıb.
Mahmud Abbas “İsraili Fələstinin varlığını yox etmək və fələstinliləri bir daha deportasiya etməkdə” ittiham edib və əlavə edib ki, “İsrail bu məqsədinə nail olmayacaq”.
O bildirib ki, Qəzzanın üçdə iki hissəsi dağılıb: "Ərazidəki məktəblər, məscidlər və digər tikililər məhv olub: “ABŞ isə bütün bunlara qarşı susur, veto hüququndan istifadə edir. Təəssüf ki, ABŞ-nin dünyaya gətirdiyi fəlakət davam edir”.
Fələstin Dövlətinin Prezidenti Qəzzaya gedəcəyini də bəyan edib.
Mahmud Abbas qeyd edib ki, ölüm təhlükəsinin olmasına baxmayaraq, o, bu qərarından geri çəkilməyəcək.
"AzPolitika" həmin çıxışı təqdim edir:

Şərhlər