Menu

NAZİR BABAYEVƏ YENİ VƏZİFƏ VERDİ - Rəis müavini təyin etdi

05.09.2024, 20:38
NAZİR BABAYEVƏ YENİ VƏZİFƏ VERDİ - Rəis müavini təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi polkovnik Taleh Babayev vəzifəsindən azad edilib.

"Qaynarinfo"-nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb

Nazirin digər əmri ilə Taleh Babayev Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunub.

Qeyd edək ki, Taleh Babayev bir müddət əvvəl vəzifəsindən azad edilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyevin yerinə gətirilib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol