Azərbaycan manatının məzənnəsi 2029-cu ilə qədər sabit qalacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Economist Group”-un tədqiqat və analitik bölməsi olan “Economist Intelligence Unit”(EIU)-nin proqnozunda deyilir.
Nüfuzlu qurum hesab edir ki, Azərbaycan Mərkəzi Bankının 2024-2028-ci illərdə əsas prioriteti böyük həcmdə valyuta ehtiyatları nəzərə alınmaqla manatın məzənnəsinin sabit saxlanılmasıdır.
Qeyd edək ki, bir çox tanınmış azərbaycanlı iqtisadçılar yaxın illərdə, hətta bəziləri gələn il manatın devalvasiya ehtimalını yüksək qiymətləndirirlər.
“AzPolitika.info”

Şərhlər
Vallahi Super bank-Xəzinədarlarımız var! Digər dövlətlərdən fərqli vətəndaşlarımızın pul-alıcılıq, mübadilə qayğılarını da öz daxili münasibət və xəzinələrində həll edirlər. Bərəkət də dövlətdən prosifitlə puldan pul doğur!
Manatın məzənnəsini o qədər valyuta hesabına zorla stabil saxlamaqdansa,manatın alıcılıq qabiliyyətini ilbəil öldürə-öldürə Bayden kimi canlı meyidə çevirməkdənsə məzənnəni rahat buraxın qoy gəzib dolaşsın inflyasiya çöllüyündə,madam ki monopolistlər üzündən inflyasiya millətin belini qırıb,qoymurlar millət adam kimi yaşasın.Məzənnəni saxlamağa hər il xərclədiyimiz yüz milyonlara isə uşaq pulu verin heç olmasa uşaqlara,böyüklər böyükpulundan çoxdan ümidlərini kəsiblər onsuz da..Qamışdan evləri olan papuaslarda da uşaq pulu verilir,bizdə yox.Yəni heç utanan sifətimiz qalmayıbmı ki uşaqlara pul qıymırıq neft-qazın yüz milyardlarla sərvətindən?Bəs 8 ildir Formula kimi tamamən gərəksiz,donqili və ayda bircə kilo ət yeyə bilməyən milləti hövsələdən çıxaran bir şeyə yüz milyonları haradan tapırıq?Uşaqpulu verməmək üçünmü lazımdır bizə Formula kimi donqililiklər?Guya aristokratlara xas yarışlarla Avropa bizi sevəcəkmi?Sevsəydi ilk Avropa oyunlarına görə sevərdi.Sevdimi?Əksinə,bizə nifrətlərinə görə AŞPA-da fəaliyyətimizi dayandırmalı olduq sonunda.5 milyard dollarla başlayıb yüz milyarda nəticələnməli olan donqili "Xəzər adaları" macərasından 17-ci il devalvasiyasıyla qurtulduq,Formuladan qurtulammırıq bir türlü.Ay aman!