Menu

ŞAHİN BAĞIROV ƏZİMOVA VƏZİFƏ VERDİ - Xalq artistinin oğludur

13.09.2024, 20:50
ŞAHİN BAĞIROV ƏZİMOVA VƏZİFƏ VERDİ - Xalq artistinin oğludur

Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyinə yeni direktor müavini təyin olunub.

"AzPolitika" "Demokrat.az"-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Eldar Rafiq oğlu Əzimov "Azərterminalkompleks" Birliyinin direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Eldar Əzimov bundan əvvəl "Azərterminalkompleks" Birliyində Xidmətlərin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.

Eldar Əzizov Xalq artisti Rafiq Əzimovun oğludur. Bu barədə "qaynarinfo"-ya danışan aktyor bildirib ki, oğlu Eldar Əzizovun vəzifəyə təyin olunması ilə bağlı xəbəri ona həyat yoldaşı verib: "Çox sevindim, qürurlandım. Yoldaşım məlumatı mətbuatdan oxuyub və mənə zəng edib. Eldar uşaqlıqda aktyor olmaq istəyirdi. 10-cu sinifi bitirənə qədər bu sənətlə maraqlanırdı. Amma bir gün başqa bir sahəyə meyl etdi və biz də onun həvəsini görürdük. Bu gün onun uğurlarını mətbuatdan oxuyuruq".

Şərhlər

dadaşyev 2024-09-14 00:00:59

Rafiq Əzimov əsl ziyalılardandı.Belə atanın pis oğlu olmaz.Amma Gömrük deyilən yer bir başqa aləmdi ee vallah.Fateh sultan Mehmet İstanbula hücum etməzdən az əvvəl fikrə gedib bu məşhur sözlərini deyibmiş:"Bu gecə ya mən İstanbulu alacağam,ya da İstanbul məni".İndi bu,Gömrüyü alacaq görəsən,yoxsa Gömrük bunu?Bax orası müəmmadı.

Adam 2024-09-13 22:14:59

Belə çıxır münasibətləri yoxdur? Uğurlarını mətbuatdan oxuyuruq nə deməkdir? Evdə rastlaşmırlar?

Cəmşid Dərələyəzli 2024-09-13 17:02:49

Neçə ki, Azərbaycanda dövlət görəvləri vətəndaşın əmisinə, dədəsinƏ atasına, qohumluğuna, görə veriləcək, bu sahəfdə ədalətdən və irəliləyişdən danışmaq olmaz. Zamanında bu gediş qardaş Türkiyedə hökümətdə və dövlətdə böyük əyintilərə yol açdığı üçün, onda kreçdilər kimsəsizləri vəzifəyə gətirməyə Yəni sadalanalara görə yox, tək özünə və savadına görə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol