2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12 faizdən çox azalaraq 30 milyard 995 milyon ABŞ dollarına düşüb.
“AzPolitika” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Son bir ildə ölkə üzrə ixrac da 25 faizdən çox azalaraq 18 milyard 231 milyon, idxal isə 14 faizdən çox artaraq 12 milyard 763 milyon dollar təşkil edib. Xarici ticarət dövriyyəsində 5 milyard 467 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.4 dəfə azdır.
Ekspertlərə görə, ticarət dövriyyəsində kəskin azalma neft hasilatının sürətli azalması ilə bağlıdır. Bu ilin birinci yarısında hasilatda 800 min tondan artıq azalma olub ki, bu da neft sektoru ilə bağlı proqnozların özünü təsdiqlədiyini göstərir.
Neftin qiyməti də aşağı düşməyə başlayıb. Son həftlərdə dünya birjalarında 10 faiz azalma qeydə alınmağa başlayıb ki, bu da Azərbaycanın xarici ticarət göstəricilərinə təsir edən əsas amillərdən biridir. Bu tendensiyanın əsas mənfi təzahürləri isə ikinci yarımilin göstəriciləri açıqlanan zaman məlum olacaq.
Rasim
“AzPolitika.info”

Şərhlər
Guya neft,qaz,qızılın.pambığın xalqa aidiyyıəti var?Onların gəliri bəzilərin xaricdəki mülklərində,banklardakı hesablarında qalır.Azərbaycan-türk vətəndaşı isə mizer maaş,pensiya ilə ölkməmək üçün sürünürlər.
Piyada iqtisad naziri olanda,yalanla baş dolandıranda necə olmalıdır ki?Ölkə importdan asılı vəziyyətə salındı..... Milli Məclisə yazılan "deputatlar"Azərbaycana heç bir yaxşı şey vəd etməyəcək.İxtisaslar ,iş təcrübəsi uyğun deyil,Təhsilləri şübhəli kadrlardan xalq nə gözləyə bilər?
Məmur uşaqlarını göndərmək lazımdır ora heç olmasa gedib işləsinlər. Müharibə vaxtı hamısı girdilər deşiyə. Bakıda və rayonlarda Türk oğlu Türkə iş yoxdur. Uİş ancaq bizdən olmayanlaradır