Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.





Şərhlər
Qarabağda boş qalmış yaşayış məntəqələrimiz insanlarımızla nə qədər tez dolarsa o qədər yaxşıdır,çünki oralar boş qaldıqca xaricdən baxıb ağızlarının suyunu axıdanlar çox olur.Həm də paytaxtımız yarıbayarı seyrələr,şəhər sıxlıqdan qurtular,tıxac problemi aradan qalxar.Həm də nəhayət qaçmayanların da həyat şəraitini yaxşılaşdırmaq barədə hökümət nəsə tədbirlər görər.Qaçmayankom idarəsi kimi bir qurum yaratmaqla məsəla.Amma görüntü xatirinə bəziləri gedib bir-iki ay fırlanandan sonra evini kirayə verib yenə geri dönəcəksə ki daha bir şadlıq sarayı və ya market açsın paytaxda,ağacların dibinə gecəyarısı xəlvətcə salyarkadan-benzindən töküb qurudub kəsərək, bu gedişlərin bir xeyri olmayacaq.Yeddi-səkkiz il əvvəllər hələ Bakı ətrafında müftə verilmiş evlərini kirayə verib mərkəzə dönənlər vardı deyə Əli Həsənov həyəcan təbili kimi bir şey çalmışdı,”belə hallar davam edərsə verilən evləri geri alacağıq” deyə dodaqaltı qımışaraq.Odur ki gedənlərin orada qalıb-qalmamasına ciddi nəzarət edilməlidir ki,Qarabağımız boş qalmasın.Pasport rejimi tətbiq edilməlidi azı beş illiyə.Kimə orada ev verilibsə bu zamana qədər verilmiş evi geri alınsın ki,qayıtmaq istəyəndə qalmağa yeri olmasın.Məcbur olub orada qalsın.