Menu

MANDAT GETDİ, 8 MİLYON BORC ÖDƏTDİLƏR - Sabiq deputat daha 1,2 milyon ödəyəcəyinə söz verib

03.10.2024, 20:42
MANDAT GETDİ, 8 MİLYON BORC ÖDƏTDİLƏR - Sabiq deputat daha 1,2 milyon ödəyəcəyinə söz verib

Milli Məclisin sabiq deputatı İqbal Məmmədov son 15 gündə "Kaspi Yıldız" şirkətinə görə dövlətə olan milyonlarla borcunu ödəyib.

"AzPolitika" "qaynarinfo"-ya istinadla xəbər verir ki, illərdir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 10 milyon manata yaxın borcu olan İqbal Məmmədov parlament seçkilərindən sonra 8 milyon 123 min 438 manat 13 qəpik ödəyib.

Məlumata görə, sabiq deputata məxsus "Kaspi Yıldız" şirkətində külli miqdarda vergidən yayınma halları qeydə alınıb.

İqbal Məmmədov deputat seçilmədiyinə görə, cinayət məsuliyyətindən azad edilməsi üçün 9 milyon 393 min 819 manat 13 qəpik vergi borcunun böyük hissəsini ödəməli olub.

Hazırda deputata məxsus olan şirkətin 1 milyon 270 min 381 manat 90 qəpik vergi borcu qalmır. O, bu ilin sonuna qədər sözügedən borcu də ödəyəcəyinə söz verib.

Qeyd edək ki, Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədova məxsus olan "Relax" İstirahət Mərkəzinin əl dəyişdirəcəyi iddia edilir. 

Şərhlər

tt 2024-10-04 13:05:51

Aha

Baba 2024-10-04 10:45:39

Milyoner milyarder deputatların millət nə vecinədir. Bunlar millət vəkili yox təyin olunmuş millət düşmənləridirlər

İbrahim Babayev 2024-10-04 09:30:09

Deputatın biznesi varmış ? Bəs qanun? Qanunlara nəzarət edən orqanlar?Hökumət? Bunlar qanunsuz əməllərin qarşısını niyə almayıblar və ya almaq istəməyiblər.Kim bununla maraqlanmalıdır?Biznesmen deputatlar necə Parlamentə yazılıb?Hələ bunlardan bir neçəsi hətta yenə parlamentin tərkibinə də soxuşdurulublar.Məsələn Feyziyev və sair.Biz hansı cəmiyyətdə yaşayırıq.Qanun icra edilmirsə niyə yazılır?

rr 2024-10-04 06:29:27

Aha

Tariyel 2024-10-03 22:15:51

Bəs vergi ödənilməsiə nəzarət etməli və təmin etməli orqanlar niyə illərdir susublar və niyə illərdir vergi ödənilməsi tələb edilməyib,büfcəyə daxil olmalı vəsaitlər gizlədən deputata gözün üstə qaşın var deyən olmayıb.Bu necə dövlət idarəçiliyidir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol