"Beynəlxalq Kitab Sərgisi başlayıb. Hardadı nazirliklərimiz? Hardadı böyük şirkətlərimiz? Bağça uşaqlarını kitab sərgisinə gətirməklə hesab edirsiniz ki, işinizi bitirdiniz? Yox, belə olmur".
"AzPolitika" xəbər verir ki, bunu "Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, Bakı Ekspo Mərkəzində oktyabrın 2-8-də Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılıb.
Eyni zamanda sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edirlər.
Ş.Xuduoğlu dövlət rəsmilərini kitab sərgisinə dəvət edib: "Cənab daxili işlər naziri, sizi sərgidə görmək istəyirəm. Cənab baş prokuror, sizi sərgidə gözləyirəm. Milli Məclisin sədri, Sahibə xanım, siz intellektual insansınız, niyə sərgiyə gəlmirsiniz?
Bir nazir müavini gəlmişdi, dedi ki, "ən böyük hədiyyə kitab hədiyyəsidir". 500 manatlıq kitab yığdı, heç bir ödəniş etmədi. Yenilikçi Mikayıl müəllim, sizi də sərgiyə dəvət edirəm. Səfirlər, diplomatlar, böyük şirkətlər, komitə rəhbərləri – kollektivinizlə sərgiyə gəlin. Bu sərgi sizlər üçündür. Azərbaycan kitabı sizi gözləyir!"
"AzPolitika.info"

Şərhlər
Ay Şahbaz müəllim,a balam sən əsl ziyalılardansan,ağıllı adamsan,sən elə bilirsən bunlar kitab oxuyandı?Rəhmətlik Tağıyev görəndə ki,balıqçılar vətəgədə az balıq tuturlar,həvəssizdirlər,barmağındakı çox bahalı brilyant üzüyü bir balığa keçirib suya buraxır,deyir kim tutsa üzük onundu.Balıqçılar da özlərini vururlar dənizə səhər axşam.Tutduqları balıqları yığıb yığışdırmaq olmur.Sən də belə elə.De ki kitablardan birisinin arasına yüz manat qoymuşam,hansı nazir,nazir müavini,komitə sədri tapsa onundu,vəssalam.Çəkil dur kənarda.Bir də görəcəksən axışıb ee bütün şəhər metroya axışdığı kimi.Vallah kitablar əl-əl gəzəcək.Kitab alıb 500 manatı ödəməyən nazir müavini isə əlbət elə bilib ki,yarmarkada kitab hədiyyə edirlər,nə bilsin yazıq.Məşdibaddakı keçi də bazarda dükanın qabağında kişmiş görəndə elə bilib ki müftədi və məxsusi olaraq onun üçün qoyublar,başlayıb şappaşap yeməyə.Dükanın sahibi də tutub qulağından ki,keç,ay keçi,ay Allahın heyvanı,bu ehsan deyil.
İndi PDF zamanıdır. Sən heç kimi daş dövrünə qaytara bilməzsən. Ora yaxşıdırsa özün get. Elə bil nəvəsinə sünnət eləyir. Qapı-qapı düşüb dəvətnamə paylayır. Özü də ancaq elitanı çağırır. Məclisdə bir nəfər də olsun rəiyyət görmək istəmir.