"Bu nə yanaşmadır? Təklif edirsən ki, Azərbaycan xalqı öz evini gəzmək üçün pul versin? Tahir Rzayev hansı rayonun deputatıdır? Bu təklif, düşüncə bilavasitə Azərbaycan xalqına, eləcə də xalqın müqəddəs dəyərlərinin qorunmasına qarşı təxribatdır. İçərişəhərdə geydirmə ofislər var, Tahir müəllim zəhmət çəksin, onları sökdürsün. Gücü çatmır? Nə qədər otellər var, gücü çatırsa, gedib onları sökdürsün".
"AzPolitika" xəbər verir ki, bunu "qaynarinfo"-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Milli Məclisin deputatı Tahir Rzayevin "İçərəhərə giriş piyadalar üçün də pullu olsun" fikirlərinə münasibət bildirərkən deyib.
Aktyor İçərişəhərin həm də yaşayış məskəni olduğunu xatırladıb: "İnsanlar orada yaşayır. Söhbət orada hansısa muzeylərdən gedə bilər. Xaricdə necədirsə, bizdə də elə olsun, amma vətəndaşların öz evlərinə gəlib-getməsi niyə pullu olmalıdır? Getsin öz işi ilə məşğul olsun. Bizi adətimizdən, torpağımızdan, kəndimizdən etmək istəyir? Bəlkə havanı da pullu etsin? İçərişəhər bizim əxlaqımız, mənəviyyatımız və and yerimizdir. Mən orada doğulub-böyümüşəm. Dədə-baba evimə getmək üçün pul verməliyəm? Orada yüzlərlə obyektlər fəaliyyət göstərir, antikvar əşyalar satılır. Camaat mədəniyyətini, tarixini təbliğ edir. İşərişəhərə girişi pullu edib camaatı qaçırdaq? Bəlkə Qız qalasını da hasarlayaq, heç kəsi yaxın buraxmayaq?".
Xalq artisti deputata məsləhət görüb ki, qanunların qəbulu ilə məşğul olsun: "Yaxşı olar ki, Tahir müəllim uşaq pulu, pensiya, qazilərin sosial ödənişləri ilə məşğul olsun. Camaatın güzəranı haqqında fikirləşsin. Sosial problemlər haqqında düşünsün".
Bundan əvvəl Milli Məclisin komitə sədri Tahir Rzayev təklif edib ki, İçərşəhərə giriş piyadalar üçün də pullu olsun: "Bütün ölkələrdə turistlərin gəzdikləri zonalar, kitabxanalar, muzeylər, parklar və s. pulludur. Həmin yerlərin qorunmasına, abadlaşdırılmasına əlavə vəsait sərf olunur. Buna görə də İçərəhərə də giriş müəyyən qiymətlərlə ölçülməlidir. Amma qiymətlər münasib olmalı, insanları narazı salmamalıdır. Gələn turistləri də qane etməlidir. Eləcə də rayonlardan gələn vətəndaşlarımız da İçərişəhərdə gəzirlər. Buna görə də qiymətlər qaneedici olmalıdır".

Şərhlər
axsaq ulağın çəpgöz nalbəndi olar.Belə MM-in də belə deputatı olmasına kiminsə şübhəsi var?f
A kishi, sonradan pul gormushler iceri sheheri menimseyib, oranin genefondunu mehv edibler,.
bu deputatlar xalqin dùşmenleridir.
Tegsir ona deputat olmaga I AZE verendedir. Ona kartof satmag Tara sir.
Sən hələ anlamamısan ki.deputatların 90 faizi.yüksək vəzifəlilərin 85 faizi adlarını Azərbaycanlaşdıran əcnəbilərdir?Onlardan zərbaycan xalqı nə gözləməlidir ki?UsubyanUsubov olur,Allahverdiyan Allahverdiyev və sair.Milləti.cinsi qarışıqlar Azərbaycan türkünün dərdinə baxar?
Təyn olunmuş deputatlar ölkəmizdə sakitliyi pozmağa çalışırlar. Onlar camaatıda elə bilirlər ki,özləri kimi yağın-ablın içində yaşayırlar. Cənab Prezidentimizdən örnək götürmək əvəzinə sosial narazılıqları artırmağa səy göstərirlər.
Bu dumxananın qlasnısının sayaqlaması və digər qlasnısnıların ona irad tutmaması , onların hamısının xalq tərəfindən seçilməməsinin ən bariz nümunəsidir.
Bizim parlamentə ən acımasız adamları təyin ediblər ki öz dediklərini desinlər..... Bu qədər Allahsız dinsiz imansız olmayın
Deputatımıza bir neçə təkliflə də mən kömək etmək şərəfinə nail olmaq istəyirəm.Qanun çıxarın ki,piyadalar səkilərdə harada istəsələr dayanammazlar.Dayandısa ştraf edilsin.Dayanmaq istəyənlər üçün səkilərdə pullu piyada dayanacaqları qoyulsun,orada dayansıznlar.Yoxsa kim harada gəldi dayananda digər piyadaların hərəkət təhlükəsizliyini pozmuş olur.Və ya hamı ayda bir dəfə texosmotrdan keçsin xəstəxanalarda,texosmotr birkalarını da alınlarına yapışdırsınlar ki uzaqdan qaişniklər görsünlər.Hər kəs kəmər taxsın ki,acından şalvarı düşməsin.Hər kəs də cibində dərman qutusu gəzdirsin.Kim yolun soluna çıxsa ştraf edilsin.Tindən sola dönən sağa dönənə yol verməsə radara düşsün,telefonuna mesaj gəlsin.Hansı piyadanın mostu qaçıbsa,pompası partlayıbsa,qluşiteli ekologiyanı korlayırsa dərhal tutulub inzibatı məsuliyyətə cəlb edilsin.A balam,siz camaatı doğrudanmı qoyun yerinə qoymusunuz?Torpaqlarımızı işğaldan azad edən qəhrəmanların ataları-anaları,nənələri-babaları deyilmi ştraflarla,əcaib-qəraib təkliflərinizlə belini qırdığınız bu xalq?Niyə camaatın güzəranı üçün xeyirli olan bircə təklif dilinizə gəlmir?Xalq cibini tiksinmi girməyəsiniz deyə?
Bu deputatlar xalqın düşməlidirlər heç bir ölkədə deputat nazir bizneslə məşğul olmur amma bizdə hər biznes nazirlərin deputatların əlindədir hələ vergidən vermirlər hər il şirkətin adını dəyişir güya yeni iş qururlar deyib vergi vermirlər
Millətin seçdiyi vəkillər görəsən niyə ancaq millətin cibində olan-qalanını da dartıb söküb çıxartmaq üstündə baş sınıdırırlar?Bu nə əndrəbadi təklifdir?Beyinə gələn fikrə bax daa.İçərişəhərə giriş pullu olsun.İçərişəhər Ermitajdırmı,Luvr muzeyidirmi ki ora pul verib girək?Demək onda Qoşa Qala qapısına və ondan yuxarı İsmailiyyənin sol böyründəki qapıya da,Baksovetin sağ böyründəki qapıya da,Bağçabağdakı qapıya da iki-üç polis qoyub kassa aparatı qurmalıyıq,Qız Qalasına qədərki və sonrakı ara dalanlara da hasar çəkməliyik ki qapıya bənzər bir şey olsun,heç kim pulsuz girəmməsin?Bəs İçərişəhər sakinləri necə girib çıxacaqlar?Hərəsinə bir propusk düzəldəcəksiniz ki,arayış verilir filankəsə ki,o,həqiqətən də İçərişəhərdə yaşayır?Hər girib çıxana da deyəsiniz iki-iki gəzmək olmaz,Mixaylo İçərişəhərdədi?Komendant saatıdı bəyəm İçərişəhərdə?Nə danışır ədə bu?Biz dedik yeni seçkilərdən sonra xalqın güzəranıyla maraqlananarlar nəhayət.Amma başlayıblar ştraflara ştraflar yükləməyə,İçərişəhərə propusk-filan düzəltməyə.A balam,özünüzün maaşına ayda on-on beş qoç kəsib yeyə bilərsiniz,camaat isə ayda bircə kilo ət ala biləndə evdə əti qoyur stolun üstünə,qırağında şamlar yandırır,şıdırğı ləzginka oynayır ki,nəhayət iki aylıq arzumu yerinə yetirdin ya Rəbbim,imkan ver qoy əti bişirim yeyim,gözümün qurdunu öldürüm,öldürəsisənsə ondan sonra öldür məni.A balam,bu xalqın cibinə bu qədər girməyin,o ciblərdə siçanlar oynayır,türk demiş ısırabilir pambıq əllərinizi.Başqa işiniz-gücünüz yoxdurmu yəni sizin?Allah Allaaaah!