“Pensiyaların gecikməsi bu aidiyyatı qurumu qurumun büdcəsində pulun yoxluğu ilə bağlı deyil”.
“AzPolitika” xəbər verir ki, bunu iqtisadçı Rəşad Həsənov oktyabr ayında ölkədə müavinətlərin və təqaüdlərinin gecikdirilməsini şərh edərkən bildirib.
Qeyd edək ki, əmək pensiyaları sentyabrda ayın 17-də, oktyabrda isə ayın 24-də ödənilib. Digər ödənişlər isə oktybarın 28-də kartlara köçürülüb.
"Biz Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) gəlirlərinə baxanda görürük ki, gəlirlərində artım var və proqnozdan artıq icra olunur. Dövlət büdcəsinə baxanda da görürük ki, burada profisit var. Bu, onu deməyə əsas verir ki, burada söhbət pulun yoxluğu ilə əlaqədar deyil", - Rəşad Həsənov əlavə edib.
İqtisadçı gecikmələrin səbəbinin texniki məsələlər olduğunu düşünür: "Bu, hesabatlarla bağlı ola bilər. Ola bilər ki, xəzinədarlığın reqlamenti dəyişib".
O, vurğulayır ki, reqlament qurumlara müəyyən çərçivədə manevr etmək imkanı verir: "Məsələn, "ayın ilk 10 günündə" və ya "ayın son 10 günündə" kimi ifadələr iki-üç gün fərqlə ödənişləri etməyə imkan verir. Ola bilsin ki, idarəçilər onu çox bəsit məsələ kimi görürlər və bu, fərqli şəraitdə yaşadıqları üçün onların qayğılarına daxil olmayan bir məsələdir".

Amma, R.Həsənovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, söhbət çox böyük sosial qrupdan – 1 milyon 100 mindən artıq pensiyaçıdan və 600-700 min digər sosial ödənişlər alanlardan gedir: "Onların da çox böyük əksəriyyəti azgəlirli həssas sosial qruplardır və bütün ailə gəlirlərinin planlaması məhz dövlətdən ödənişlər üzərində qurulub. Zamanında bu ödənişlərin edilməməsi fəsadlar yaradır: kreditlərə əlavə faizlər hesablanır, kommunal ödənişləri vaxtında edilmədiyinə görə işıq, su, qaz, internet xidmətləri kəsilir. Yəni, insanlar çətin vəziyyətdə qalırlar".
DSMF-dən verilən məlumata görə, pensiyaların və təqaüdlərin ödənişində heç bir gecikmə yoxdur: "Pensiya hər ay üçün verilir. Əvvəlki aylarda olduğu kimi, bu ayın pensiya ödənişləri də ay ərzində, hər hansı gecikmə olmadan vətəndaşların bank kartlarına köçürülüb".
Qeyd olunub ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i arasında gerçəkləşir. Ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin ödənişləri isə hər ayın 20-28-i aralığında nəzərdə tutulub: "Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir".
“AzPolitika.info”

Şərhlər
firlatir
Gətirilən arqumentlərin heç biri doğru deyil...Ya pul olmur(başqa məqsədlərə xərclənir) ,ya da pulu dövriyyəyə buraxıb faiz qazanırlar....Çox sadə ....
Bədbəxt pensionerlərin pulu bircə gün gecikdiriləndə onların miskin yaşayışından kabinetlərdəki kəlboyunların ümumiyyətlə xəbərləri olmadığı üçün o pensionerlər onların yeddi arxa dönənini,əbə-əcdadını,ölənlərinin kəllələrini necə ağızları köpüklənə-köpüklənə söyürlərsə bilmirlər də,yoxsa gecikdirməzlər.Gör o beş-on manat pul bir gün yox,on gün gecikəndə o kəlboyunların qəbirlərdəki ölüləri o dar qəbirlərdə neçə dəfə fırlanırlar “nədəəbu?” deyə-deyə?Gah dombalırlar,gah ayaqlarını trolleybus ştanqaları kimi yuxarı qaldırırlar,gah most gedirlər,gah şpaqat açırlar.
Demək ki ortada millətdəngizli nəisə var. Adamdan soruşarlar ki ay adam niyə həmişə ay gecə çıxırdı, indi gündüz çıxır. Bax niyə? Bizə bunun niyəsini tapıb deyən yoxdur. Elə bilirsiniz ki, bilmiriiik?
İqtisadçı aydınlaşdırmadı ,bir həftənin gecikdirilməsi faizi nə qədər edir ? Banklar bir həftəlik pulu faizlə dövriyyəyə buraxarsa ( yəqin ki ,belədir ) nəqədər gəlir götürə bilərlər? , Gecikmənin səbəbini burada axtarmaq lazımdır .DTX məşğul olsa ,yaxşı olar