Menu

DÖVLƏT QURUMU 448,5 MİN MANATA "LEXUS" ALDI - Rəhbəri Nəbiyevdir + FOTO

09.01.2025, 20:43
DÖVLƏT QURUMU 448,5 MİN MANATA "LEXUS" ALDI - Rəhbəri Nəbiyevdir + FOTO

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” (AQTİ) Publik Hüquqi Şəxsi xidməti avtomobillərin alınması üçün 448 min 800 manat ödəyib.

“AzPolitika” xəbər verir ki, qurumun elan etdiyi tenderin qalibi “LEXUS-BAKI” MMC olub. AQTİ bu şirkətdən sedan tipli 4 xidməti avtomobil alıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 01 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir. Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

İnstitutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Əli Nəbiyevdir. Bundan başqa qurumun ştatında dörd sədr müavini var.

Qeyd edək ki, Ə.Nəbiyev Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür.

Ə.Nəbiyev bundan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.

“AzPolitika.info”

Şərhlər

Aftandil 2025-01-17 08:03:19

MƏN ONLARƏIN"NAZ LİFAN"MİNMƏDONİ QƏBUL ETMƏRƏM.PUILARI VAR YƏNİ QAZAMDIQLARI DAHA YAXŞISINI ALSINLAR!

Məmməd 2025-01-17 07:37:42

Çox pis ,dövlətin pulların havaya uçurmayın.

rr 2025-01-10 22:46:39

hede ) homush ,,, yuxari hara baxir ? ayibdiyee vaiiahi

Salman 2025-01-10 20:42:54

AQTİ-nun yarım milyonluq avtomobilə ehtiyacı nədən doğub?Bu məbləğdə .dövlətəin xəzinəsindən boş.mənasız istifadə üşün avtomobil almağa,bu avtomibilin institutun hansı işində ehtiyac yarandığını kim izah edə bilər:Nəzarət qurumları niyə bunu görmür?

Baba 2025-01-10 13:07:42

Bu ölkə qanun ancaq kasıblar üçündür

dadaşyev 2025-01-10 10:26:35

Respublikamızda elə idarə müdirləri var ki,baxırsan dədəsi-babası yüz il qabaq tarlalarda üçtəkərli traktor sürüb tullana-tullana,kolxozlararası da nəqliyyat vasitəsi kimi eşşək arabasından istifadə eliyib,amma özü indi "yeşka" mersedesə maşın demir. Bəziləri utanmasalar xidməti maşın adıyla Ferrari,Kadillak alarlar.Niyəmi? Çünki bir ildən sonra "yaramır" adıyla spisat edib satışa çıxaracaqlar,o maşınları guya başqa adamlar alacaq və nə sirrdirsə sonra həmin başqa adamlar o maşınları elə o idarə müdirlərinə satmış olacaqlar.Ona görə də nə qədər bahalı xidməti maşınlar alınsa io qədər çox mənimsəmə olacaq idarələrdən.Milyonları mənimsəməyin ən təhlükəsiz üsuludur bu.

Kohne 2025-01-10 07:37:31

AQTA ....AQTİ......MEŠEDƏ YAŠAYIRIQ....

Yetimoğlu 2025-01-10 01:32:21

Yazıqlar olsun....

dadaşyev 2025-01-10 00:44:46

Yarım milyon manata 30 ton qoyun əti düşür.30 ton ət alıb yetim yesirə paylamaqdansa maşın alıb.

miri 2025-01-09 21:14:53

Yarım milyon dəyərində xidməti avtomobil almaga maliyyə verən hakimiyyət cətinki, insanların qida təhlükəsizliyini qorumaq fikri ola. Bu qədər vəsaiti qida sektorunda olanlara keyfiyyətli işləmək ücün ayrılsaqidalarımız indikindən dəfələrlə keyfiyyətli olar. Bu publik şəxs statuslu institut ücün ayrıllan milyardlar ilə vəsait büdccədə qalar və həqiqi sosial layihələrə xərclənər.

Molla Nəsrəddin 2025-01-09 20:03:17

Yəqin Naz Lifan dan iygəlir.

musa imanov 2025-01-09 12:49:56

heyif o pula o qeder ac susus vetendasimiz var ki o pul sosyal proqramlara ayrilardi

nemat 2025-01-09 12:47:40

bunun vidine bax fasonuna bax dovlet hara baxir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol