Çin sosial mediasında Qərb analitiklərinin artıq “J-36” adlandırdıqları üç mühərrikIi futuristik döyüş təyyarəsinin yeni görüntüləri yayılıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, görüntülər Siçuan əyalətindəki Chengdu Aviasiya Sənaye Qrupu zavodunun uçuş zolağının yaxınlığında lentə alınıb.
“J-36”-nın ilk fotoşəkilləri keçən ilin sonunda ortaya çıxmış və tez bir zamanda hərbi ekspertlərin diqqətini çəkmişdi. Bu həftə yayımlanan yeni görüntülər altıncı nəsil qırıcı olduğu güman edilən təyyarənin dizaynına daha yaxından nəzər salmağa imkan verib.
“J-36”, Çinin Qərbin yeni nəsil qırıcılarına ciddi cavabı ola bilər və hətta Pekinə bu texnoloji rəqabətdə ABŞ-ni üstələməyə imkan verə bilər.
Birləşmiş Ştatların ixtiyarında beşinci nəsil qırıcılar - F-22 və F-35- olsa da, Çinin buna qarşı iki analoqu var: J-20 və J-35. Lakin onlar hələ real döyüş şəraitində sınaqdan keçirilməyib.
“AzPolitika.info”
J-36 pic.twitter.com/PJ1Thqt4tZ


Şərhlər
Azərbaycan və Türkiyə kimi hər dövlət yeni məhsulunu, işini dünyəvi üstün reallıqda icraya çalışır? J-36nın da yeni RF və Bayraktarlardan fərqli göstəriciləri, eləcə istehsal maya dəyərləri, Yer sakinlərini başları üzərində daha çox narahat edən pilotsuz uçuş aparatlarından nə qədər operativ təsirli və zərərsizliyi ən çoxu təkrar istifadə imkanı ilə dəyərli deyilmi? Siyasi diplomatiyanı səmərəli-bir tam-mükəmməl danışıqla razılaşmaq, ya da heç bir şərtsiz atmacalar kimi illərlə boşuna çeynəmək də olar?