Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.
Bəs bahalaşmanın səbəbləri nədir?
"AzPolitika" xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a iqtisadçı Kənan Qulizadə açıqlama verib: "Bakının bəzi ərazilərindəki evlərin qiyməti son 3 ildə 2 dəfədən daha çox artıb".
İqtisadçının sözlərinə görə, 2022-ci ilin mart-aprel aylarında paytaxtın mərkəzi rayonlarında yeni tikililərin qiyməti xeyli aşağı olub. Mənzil bazarında baş verən qiymət artımlarının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır. Nəsimi və Xətai rayonlarında xüsusilə 3 il əvvəl kvadratı 1600-2000 civarında olan mənzillər hazırda 2300-5000 manat aralığındadır. Bu bilavasitə sünii bahalaşmadır. Bu bahalaşmanın səbəbləri tikinti materialları, tikinti xidmətlərinin baha olması ilə bağlıdır.
Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ şəhər ərazisində qeydə alınıb. Həmçinin Nardaran bağlarında torpaq 70 faiz bahalaşıb. Ekspert artım prosesinin davamlı olacağını bildirir. Baxmayaraq ki, 2023-cü ilin sonunda Bakı şəhərinin baş planı təsdiq olundu və bu dövrə kimi tikinti şirkətlərinə verilən icazələrin sayı məhdudlaşdırıldı. Artıq məhdudlaşma ilə bağlı hər hansı əsas yoxdur. Buna baxmayaraq yeni başlayan inşaat layihələrinin sayı azdır. Bu da o deməkdir ki, bu ilin sonuna kimi tikinti şirkətləri arasında rəqabət olmayacaq.
Ekspert onu da qeyd edib ki, paytaxtda 150-dən çox bina qəzalı vəziyyətdədir. Bununla bağlı rəy verilib ki, həmin binaların istismar müddəti başa çatıb. Lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb. Bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyasi davam edəcək.

Şərhlər
Hazırda imkanlılar binaları bütöv alaraq, ya icarəyə verirlər, ya da müəyyən mənzilləri baha qiymətə satışa qoyurlar, satılar satılsın, satılmırsada baha qiymətə kirayəyə verirlər. Kasıb da gedib qazandığını gətirib bunlara verir və müvəqqəti yaşayır.
Boş-boş söhbətlərdi. Ekspertdi bu. Bu hələ bilmir ki, bazar tələb və təklif əsasında formalaşır.
Nəfəsiniz də yalandı, proqnozlarınız da məkrli və pis niyyətlidir.
Bütün bu xəbərlə düşünlümüş şəkildə reklam olunur bəzi dırnaq arası ekspertlər də onların dediyi təbliğata züy tuturlar. Təklif çox, alıcı yox. Çünki, əhalidə həm artım yox, olanların da əksəriyyətində imkan yoxdur. Ona görə də boş-boş laflardı bunlar.
Bahalı evləri alanlar talançı məmurlardırlar. Onlar isə artıq Bakıda o qədər ev alıb doyublar. İndi isə evləri onlar xarici ölkələrdaə alırlar. Kasıb uşaqları vətən qoruyur xaricə gedənlər də orada əziyyət çəkir. Talançı məmurların uşaqları isə xarıcə gedir bahalı evləri obyektləri kef çəkirlər istər burada istərsə da xaicdə..
Satışda olanların yarıdan çox Yarasız-icazəsiz-sənədsiz *həyət-villa*, digər yarısı Hündür mərtəbəli (AAAF Park kimi) qeyri-təyinatlı dəmir-beton-kərpic *alayarımçıq qutu*lardan ibarətdir. Yararlıların da qiymətləri azı İki-Üç qat bahadır? Ən azı yarısı resursunu tam, ya azı 50%ni aşındırıb? Bir ilə satılmayanları ləğv etmək iki milyonluq tıxaclı şəhər üçün optimal xilas yoludur!?