"Biz 5-10 gündən sonra İmişli rayon Ağsaqqallar Şurasında seçki keçirəcəyik. Vahid Tağıyev müvəqqəti təyin olunub. Biz hətta istəyirik ki, orada şura üzvlərinin tərkibini də dəyişək".
“AzPolitika” xəbər verir ki, Bunu "Unikal"a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Deputat "Vahid Tağıyevin də tədbir zamanı sinəsində "Georgi lenti" olub" sözlərimizə belə cavab verib: "Onların hamısında o lent olub. Ağılları ora qədər işləyir. Biz növbəti həftə orada seçki keçirib, onları dəyişəcəyik".
-Eldar müəllim, şuranın Aparat rəhbəri dünən İmişli rayon Ağsaqqallar Şurasında iclas keçirib. Bu zaman Saleh müəllimin otağında olan Stalinin büstü və digər SSRİ simvolları otaqda görünməyib. Bunu necə qiymətləndirirsiniz?
- Bizi heç Stalin maraqlandırmır. Bizə təsir edən orada SSRİ-nin bayrağı və "Georgi lenti"nin olması oldu. Bununla bağlı kəskin tədbirlər gördük. Mən axtarıram ki, həmin "Georgi lenti"ni bunlara kim verib. Biz fərziyələrlə yaşaya bilmərik. Onlar bu nöqsanı törədiblər. Biz bu günaha görə onları cəzalandırmışıq. Biz Salehi həm sədrlikdən, həm də şuradan çıxarmışıq. Digərləri ilə bağlı da tədbir görəcəyik. O nə qədər imkanlı olsa da, biz icazə verə bilmərik ki, Azərbaycan bayrağının yanında SSRİ bayrağı olsun.

Şərhlər
Vəli adı ilə yazana: Yazırsınız ki, "EL AĞSAQQALI" ilə şam yeməyində onun necə "etikalı, alicənab" birisi olduğunun şahidi olmusunuz, hətda söyüşün də birinin bir qəpik olduğunu qeyd edirsiniz. Görürsünüz söyüşün də qiymətini "şok endirimə" salıb ki, xalq üçün əlçatan olsun...
Vəli adı ilə yazana: qardaş mən də onun "yüksək mədəniyyətindən" bir nümunə deyərəm ki, yazdığı şeirində belə bir misrası da var idi, "Şəkiliyə dərs də keçər kəndçimiz"...bax budur "Möhtərəm AĞSAQQALIMIZ" Eldar Quluyev...
Eldar müəllim rayonlara sədr təyin edəndə, kimliyini araşdırmalı idin...? Rayonlara təyin etdiyin sədrlərinin demək olar ki, hamısı o gündədir.....? Təcili tədbirlər görülməlidir!
Bir dəfə Eldar Quliyev seçkilərlə əlaqədar müavini ilə rayona gəlmişdi. Azərittifaqın sədri idi Onlarla bərabər şam yeməyində olmalı oldum. Onda bunun necə biri olduğunun şahidi oldum. Ədəb yox, danışığında küçə jarqonu söyüşün biri bir qəpik.... Son dərəcə təəccüblü idi ki, belə birisi necə bu böyüklükdə vəzifə tutur. Sonra daha da təəccüblü oldu ki, belə birisi daha da "inkişaf" elədi ....
Ağası gülüm olanın başına külüm olar. Sənin kimi Baş ağsaqqalın da bundan betər rayon sədri olmalıdır. Əminəm ki, bu olay belə səs-küy yaratmasa heç Eldar Quliyevin də bu lentləri mahiyyətində xəbəri yox idi. Ramiz Mehdiyevin sayəsində bir az da pulunun bu gün ortalıqda meydan sulayır. Bu onlardan da betər savadsızdır