Menu

PAŞİNYAN İTV-yə MÜSAHİBƏ VERDİ - Ərazi iddialarına dair sualı da cavablandırıb + VİDEO

16.05.2025, 20:59
PAŞİNYAN İTV-yə MÜSAHİBƏ VERDİ - Ərazi iddialarına dair  sualı da cavablandırıb + VİDEO

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

"AzPolitika" xəbər verir ki, azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib.

"Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır” - deyə, o, bildirib.

Ətraflı süjeti təqdim edirik:

Şərhlər

B.Qarabağlı 2025-05-16 10:54:48

Hər həqiqətin-gerçəyin tam dəqiq aşkar-açıqlanması, sonrakı aydın mülahizəyə şans və hüquqi qiymətləndirmə imkanı demokrat diplomatiyanın ilkin bütövlük şərt deyilmi? Deməli, Ermənistanın ərazisindən kənar özgə ərazilərinə iddialı məğz-mənalı akt, ya digər (yabançı) sənədlərin qəbul olunduğu üsulla da ləğvi gərək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol