Keçmiş məhkəmə sədri Vladimir Ruvinov pensiyasının az hesablandığını əsas gətirərək məhkəməyə müraciət edib.
"AzPolitika"nın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, 15 il hakimlik etmiş 67 yaşlı Ruvinov daha çox pensiya almalı olduğunu bildirib.
V.Ruvinov iki il əvvəl təqaüdə göndərilib. Həmin vaxtdan da ona 8 min 133 manatlıq orta aylıq maaşın 51 faizi və əlavələrlə birlikdə aylıq 4615 manat əmək pensiyası kəsilib. Lakin Ruvinov bu məbləğlə razılaşmır, daha çox pensiya almalı olduğunu düşünür. O, pensiyanın son iki ilin orta aylıq maaşının 80 faizi əsasında yenidən hesablanmasını və aradakı fərqin ödənilməsini tələb edib.
Eks-hakimin iddiasına Bakı İnzibati Məhkəməsində baxılıb.
Cavabdeh qismində tanınmış Dövlət Sosial Müdafiə Fondu isə tələbi əsassız sayaraq iddiaçının hakim olduğu dövrdə qüvvədə olan qanunvericiliyə əsaslandığını bildirib. Fondun nümayəndəsi məhkəmədə qeyd edib ki, Vladimir Ruvinov pensiya hüququnu 2023-cü ilin dekabrında əldə edib, həmin səbəbdən əvvəlki qanunlara əsaslanmaq düzgün deyil.
Buna baxmayaraq, məhkəmə keçmiş hakimi haqlı hesab edib, onun pensiyasının yenidən hesablanmasına qərar verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı təsdiq edib. Fondun şikayəti rədd edilib.
Qeyd edək ki, məhkəmənin qərarından sonra Ruvinovun pensiyası ən azı 6 500 manat olacaq.
Qeyd edək ki, Vladimir Ruvinov əvvəllər Sumqayıt və Xaçmaz rayon məhkəməsinin hakimi, daha sonra təqaüdə çıxana kimi Qubadlı Rayon Məhkəməsinin hakimi və sədri işləyib.

Şərhlər
Bunun bu qeder pensiya almasinin sebi nedir.Niye biz alim, muallim diger ishciler 400-700 manat pensiya alir. Hec bir ish gormeyen teputat, hakim, dovlet guluqcusu bu geder alir. Bu cemiyyet bir qrupun maragini mudafiye edenlerin elinde esir yesir olub. SOKAR-da ishleyenin pensiyasi 3000 manata catir. Kohne patoktatlar 2500 alir her defede artirirlar.Hardadir edalet prinsipi. KIshilerin yarisi pensiya yashina catmamish olur. Onlarin pensiyasida bu rushfetxorlara verilir.. Bu ciddi problemdir
Hörmətli hakimin aylıq pensiyası akademiyada hal -hazırda çalışan 7 ( yeddi ) professorun aylıq maaşlarının cəminə bərabər oldu. Bu ədalətli qərar deyil. Məncə nisbət 1:7 kimi yox , 1:70 kimi olmalıdır.
Mən pensiya məsələsinə həmişə fikrimi bildirmişəm və bir daha fikrimi bölüşürəm. Belə ki, pensiyalarda minimum məbləğ olduğu kimi, maksimum məbləğə də limit olmalıdır və bunlar arasında nisbət 2 dəfədən artığ olmamalıdır. Yəni minimum məbləğ bu günkü reallığı nəzərə alaraq 600-700 arası, maksimum məbləğ isə 1200-1400 manat olmalıdır. Bəyənmədiyimiz Sovet dönəmində bu belə idi, yəni minimum pensiya 70 rubl, maksimum isə 132 rubl idi və bu da əsil sosial ədalətlilik idi. İndi biri 200-300 manat o biri 5000-6000 və bəzən bundan da çox alır. Az alanın pensiyası dərmanlarına, uzağı kommunal xərclərinə çata-çatmaya, o birisi yəni çox alan isə XAN kefində yaşayır. Niyə, nə üçün???...Deyəcəksiniz ki, o bazasına çox vəsait toplayıb və s...olsun da, bu birisinin işi olmayıb və bu səbəbdən də bazasına vəsait toplaya bilməyib...nə isə əsil sosial ədalətsizlikdir bu da Cəmiyyətdə haqlı olaraq böyük narazılığlar yaradır...