Menu

REKTOR ƏVƏZİNİN ELMİ ADI LƏĞV EDİLDİ - AMEA-nın müxbir üzvüdür

30.12.2025, 23:59
REKTOR ƏVƏZİNİN ELMİ ADI LƏĞV EDİLDİ - AMEA-nın müxbir üzvüdür

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib.

"AzPolitika"-nın Globalinfo.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.

Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.

2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilib.

Qeyd edək ki, Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olub. 1985-ci ildə  Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib.

1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilib.. 2021–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində işləyib. 

12 yanvar 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edilib. 10 fevral 2025-ci ildən Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edir.

Evlidir, 1 qızı və 2 oğlu var.

Şərhlər

sadiq 2025-12-31 20:05:08

yəqin bu rektor əvəzi professor adını saxta yolla alıbmış onun üçün də ləğv ediblər.

eLM2-ə 2025-12-31 12:14:02

Professor elm çini olan və xeyli pedaqoji fəaliyyətə görə verilən addır.Bu elmi çin deyil! Eımi çim-elmlər namizədi velmlər doktorna deyilir.Akademik də elmi çin deyil.elmi işlə uzun müddət çalışan və yüksək naliyytər.dünyəvi açılışlar edənelmlər doktoruna verilir.Azərbaycanda 30ildir pulunu ver adını al prinsipi hökmsürür.niyəbuna diqət
verilmir ? Bax bu maraqlıdır.

Aslan 2025-12-31 12:06:17

Bu gün elmin inkişafına mane olan əsas amillərdən biri sovet qalığı olan AAK-dır. İndi AAK saxtakarlığın əsas mənbəyinə çevrilib. Bir tərəfdən kiminsə diplomunu ləğv edir, digər tərəfdən plagiat dolu dissertasiyanı təsdiq edir. Öz saytlarında da elmi dərəcələr və elmi adlar alanlar barədə normal informasiya yoxdur. Bunlar niyə gizlədilir, hamıya məlumdur.

ELM2 2025-12-31 03:16:36

PR0F ELMİ RÜTBƏDİR

İmran 2025-12-30 15:00:41

..... Axı bu çinlər "pulludur"!

Alim 2025-12-30 14:28:51

.... Rüşvət mənbəyi olan AAK ləğv edilməlidir və orada işləyənlərin hamısı həbs edilməlidir

Könül 2025-12-30 14:08:45

Səbəb nə olursa olsun Əminağa müəllim cox gözəl insandır. Yəni elmi adı ləğ olundu ziyalı deyil adı ona yaraşmır

Eli 2025-12-30 12:06:46

Dünyada möcğzeye benzer hadiseler ancaq Azerbaycanda baş vere biler.İnsan EA-nın müxbir üzvüdür ve bunun professor adı elinden alınır gülmelidir vallah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol